Fuad QULİYEV - Bir AYƏ

Çap

Yazan redaktor 24.02.15 09:00

Share

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

فَاسْتَقِمْكَمَاأُمِرْتَوَمَنْتَابَمَعَكَوَلَاتَطْغَوْا ۚ إِنَّهُبِمَاتَعْمَلُونَبَصِيرٌ

Hud surəsi,11/112

Haqqa vasil olmaq üçün istiqamətdən başqa yol olmadığı kimi, hər məsələdə istiqamət qədər yüksək bir məqam və onun qədər də çətin heç bir əmr yoxdur. Hansı iş olarsa olsun, hədəf nə olarsa olsun ona nail olmanın ən qısa yolu doğruluqdur. Bu belə olmaqla yanaşı hər şeydən əvvəl, bir işdə doğrunun hansı xətt üzrə olduğunu təyin və təspit etmək də çox çətindir. İstənilən hədəfə çatdıqdan sonra eyni şəkildə o doğruluq üzrə eyni qaydada heç bir əyri yola düşmədən davam edə bilmək daha da çətindir. Eyni zamanda bu ayədə  Rəsulullaha “məni qocaltdı” dedirtəcək qədər çətin olan məqam  “istiqamət” əmrinin özü ilə əlaqəli olmasından çox, ümməti ilə bağlı olan hissəsidir. Çünkü  “səninlə bərabər tövbə edənlər də”buyrulur. Yəni şirkdən tövbə edib imanda səninlə bərabər olan, müsəlman olan hər kəs də eyni sənin kimi doğru olsun. Ayənin davamında “azmayın”, yəni Allahın təyin etdiyi sərhəddi aşaraq onun xaricinə çıxmayın, doğruluqdan ayrılıb ifrat və təfritə düşməyin, aşırılığa qaçmayın ey müsəlmanlar! ÇünkiO, bütün etdiklərinizi görür və onlardan xəbərdardır. Gözündən heç bir şey qaçmadığına görə onun qarşılığını cəza və ya mükafat olaraq verir.

Bu ayənin məsuliyyəti Peyğəmbər (s.ə.s) nəzdində o qədər böyük hiss olunurdu ki, İbn Abbas (r.a) belə demişdi: “Quranın tamamı diqqətə alındıqda, Həz. Peyğəmbərə bundan daha çətin və ağır gələn, başqa bir ayə nazil olmamışdır.” Buna görə də Allahın Elçisi “Hud surəsi və bənzərləri məni qocaltdı”buyurmuşdu.

Həz. Peyğəmbərə vaxtından əvvəl yaşlandığını söyləyən səhabələr bu vəziyyəti yuxusunda soruşan Əbu Əli əş-Şətəri kimi, Hud və bənzəri surələrdəki hansı xüsusların Onu yaşlandırdığını soruşma ehtiyacını hissetməmişdilər. Çünkü onlar bu surələrin hamsında olan və insan üçün ağır və çətin olan şeylərin Hz. Peyğəmbəri (s.ə.s) yaşlandırdığını anlamışdılar. Buna görə“doğru ol!” əmri ilə birlikdə bu surələrin ehtiva etdiyi halda gərəyini yerinə gətirib-gətirməmə qorxusundan dolayı Rəsulullahaağır gələn xüsusların hamsı Onu yaşlandırmışdır. Çünkü O yüksək bilgisi və məqamı ilə vəziyyətin ciddiyət və çətinliyini hər kəsdən daha çox hiss edirdi.

Bu ayeyi-cəlilə dinin ən təməl prinsiplərindəndir. Fərdi və sosial həyatı nizamlamaq üçün bundan daha əhatəli bir qanun maddəsi təsəvvür edilə bilməz. Çünki istiqamət bütün həyati fəzilətlərin, mədəni prinsiplərin ən birincisidir. İstiqamət, doğruluq və ölçülü şəkildə hərəkət etməkdən ayrılmamaqdır, qulluq yolunda, ilahi dinin irşadi ilə irəli getməkdir. Qısacası istiqamət dini hökmlərə, inanclara, əxlaqi, insani vəzifələrə riayət edib Cənabi-Haqqın və məxluqatın haqlarına təcavüzdən uzaq durmaqdır.

 

 

Tecox component by www.teglo.info