Əziz Azərbaycanlı qardaşlarımız!

Əziz Azərbaycanlı qardaşlarımız!

Allaha həmd-sənalar olsun ki, elm və irfan ocağına çevrilən “İrfan” dərgisi bu adı doğruldaraq 200-cü sayına qədəm basdı. Allah mübarək etsin!

Bu fürsətdən istifadə edərək jurnalın hazırlanmasında və işıq üzü görməsində əməyi olan bütün qardaşlarımıza həm təşəkkür edir, həm də onları səmimi-qəlbdən təbrik edirik.

Həyata keçirdiyiniz nəşriyyat xidməti bir növ irfan məktəbi olaraq beyinləri zənginləşdirməyə, könülləri nurlandırmağa davam edir. Bu səbəblə çox xeyirli və mübarək bir xidmət görürsünüz.

Rəbbimiz ümməti-Muhammədə elminizdən, irfanınızdan, kəlamınızdan və qələminizdən uzun illər faydalanmağı nəsib etsin. Dərginizə uzun xidmət ömrü və davamlı olmağın bərkətini ehsan etsin.

Jurnal və kitablar əslində məchula göndərilən məktublardır. Kimin ürəyinə toxunacağı, gələcəkdə hansı xeyirlərə vəsilə olacağı yalnız Allah-Təalaya məlumdur. İnşallah, neçə-neçə nəsibi olan könüllər dərginizdən aldığı feyzlə həyatına xeyirli istiqamət verər, dünya və axirətini abad edərək sizin üçün də sədəqeyi-cariyə olar.

Xüsusilə yaşadığımız bu zəmanədə qeyri-etik media təsirləri qarşısında “İrfan” dərgisi Azərbaycanda haqqın və xeyrin səsini ucaldaraq elm, irfan və əxlaq cəbhəsinə güc verir.

Azərbaycanın 30 il əvvəlki vəziyyəti ilə bugünkü halına baxdığımız zaman azərbaycanlı qardaşlarımızın 70 illik əsarət və məhrumiyyətdən sonra mənəvi dəyərlərini yenidən dirçəltmək üçün eynilə 20 Yanvar ərəfəsində olduğu kimi vətəni müdafiə və azadlıq eşqi ilə göstərdikləri fədakarlıqlar fövqəladə təqdirə layiqdir. Həmd olsun ki, bu gün “İrfan” dərgimiz də bu ruhu və məfkurəni yaşayıb yaşatmaq, eyni həyəcanla gələcək nəsillərə ötürmək üçün nəşriyyat cəbhəsində səmimiyyətlə səy göstərir.

Onu da ifadə etməliyik ki, biz eyni dini, milli və tarixi köklərə sahib olan türkiyəli qardaşlarınız olaraq Azərbaycanın sevincində və kədərində tək ürək olan “bir millət, iki dövlət”ik. Müştərək tariximizdə Çanaqqala cəbhəsində şəhid olan qəhrəman azərbaycanlı qardaşlarımızla Azərbaycan torpağındakı türkiyəli şəhidlərimiz bunun tarixi nişanələridir.

Dünən olduğu kimi bu gün də qəlblərimizin eyni qayələr üçün döyündüyünün nişanəsi isə Azərbaycanın dədə-baba torpağı olan Qarabağı düşmən işğalından qurtararaq şanlı zəfər dastanı yazan azərbaycanlı və türkiyəli fədakar qəhrəmanlarımızdır.

Həmçinin Türkiyəmizin böyük acılar yaşadığı 6 fevral zəlzələsində azərbaycanlı qardaşlarımızın göstərdiyi fədakarlıq, səxavət və alicənablıq da sarsılmaz qardaşlığımızın bugünkü nişanələrindən sayılır.

Rəbbimiz birlik, bərabərlik, məhəbbət və qardaşlığımızı daim etsin. Azərbaycanımızın və “İrfan” dərgimizin yolu və bəxti açıq olsun!

Amin!..

 

 

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz