Möhtərəm Abdullah Sert “İrfan” müsəlman gündəminin aynasıdır.

Möhtərəm Abdullah Sert “İrfan” müsəlman gündəminin aynasıdır.

Bir jurnal üçün işıq üzü görən 200-cü sayı 18 illik bir zamanı əhatə edir. Tam bir gənclik çağıdır, 18 yaş. Duamız odur ki, bu gün 18-ci ilini tamamlayan dərgi yüzilliyini qeyd etsin. Bəlkə də, 100-cü ildə bu jurnalı çıxardacaq olanlar ilk təsisçilərinə dua edər, onları rəhmətlə yada salarlar.

Hər yeni sayı gəldikdə bir-bir bütün səhifələrinə göz gəzdirirəm ki, görüm Azərbaycandakı qardaşlarımız nəyi qələmə alıblar, könül dünyalarında nə var? Bəzən özüm üçün jurnalınızdan qeyd də tuturam. Nəşr olunan hər bir dərgi və kitab cəmiyyət üçün gözəl bir xidmətdir. Möhtərəm Osman Nuri Topbaş ustadımızın dediyi kimi: “istiqbala yazılan məktublardır”. Məsələn, bu jurnalda bir könül insanının yazısı var. Hərdən deyirəm ki, İstanbul boğazına bir gül yarpağı atırsınız, Xəzər dənizindən götürürsünüz.

İnsan əlinə çatan hər bir dərginin onun irfani və elmi inkişafına öz töhfəsi var. Dərgini kitabdan fərqləndirən ən əsas xüsuslardan biri müəyyən zaman içərisində nəşr olunmasıdır. Bir jurnal cəmiyyətin ogünkü gündəmində nə varsa, onu yaxalamaq məcburiyyətindədir. İnsanları məşğul olduqları gündəmlə əlaqəli məlumatlandırmaq kimi bir missiyası var. Məsələn, Qurban bayramının yaxınlaşdığı ərəfədə “Can bula cananını, bayram o bayram ola” deyə bir sayı çıxartmısınız. Bunun adı gündəmi yaxalamaqdır. İnsanlar qarşıdan gələn bayram ərəfəsində həm qurbanın mahiyyətini bir daha oxumuş olacaq, həm də müəyyən əskikləri varsa, oxuyub onu da düzəldəcəklər. Dərgilərin ən mühüm missiyası “Bu ay müsəlmanlara nələri söyləmək lazımdır?” sualına cavab axtarmaqdır. 15 yaşımdan etibarən dərgi oxuyan biri olaraq deyə bilərəm ki, ta 1962-ci ildə oxuduğum jurnallar bu gün də bizim “Erkam Nəşriyyatı”nda arxivimizdə saxlanır. İndinin özündə də onlardan istifadə edirik. Dərgilər həm bu günə, həm də gələcəyə verilən mesajlardır. Sadəcə içini gözəl doldurmaq lazımdır. “İrfan”ın ərsəyə gəlməsində əməyi keçən bütün qardaşlarıma müvəffəqiyyətlər diləyirəm. Yazarından, dizaynerindən tutmuş abunə təmsilçisinə qədər hər kəsə təşəkkür edirəm. Qafqaz dağlarının ətəyindən, Xəzərin sahillərindən hər ay belə bir əks-səda almaq bizi məmnun edir.      

Allah-Təala “İrfan”a uzun nəşr ömrü versin. İllər uzunu bu xidmət davam etsin. “İrfan” dərginiz mərifətin, irfanın tərcümanı olsun!

 

PAYLAŞ:                

Abdullah Sert

Abdullah Sert

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz