PEYĞƏMBƏR DUALARI

PEYĞƏMBƏR DUALARI

Hz. Adəm (ə.s):

“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz və bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”. (əl-Əraf, 23)

 

Hz. Nuh (ə.s):

“Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”. (Nuh, 28)

 

Hz. İbrahim (ə.s):

“İnsanların dirildiləcəkləri gün məni rüsvay etmə! O gün nə mal-mülk, nə də övladlar fayda verər. Ancaq təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsə bundan istisnadır!”. (əş-Şuəra, 87-89)

“Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et!”. (İbrahim, 40)

 

Hz. Əyyub (ə.s):

“Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!..” (əl-Ənbiya, 83)

 

Hz. Yaqub (ə.s):

“Mən qəm-qüssəmi yalnız Allaha ərz edirəm!” (Yusuf, 86)

 

Hz. Yusuf (ə.s):

“Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusuf, 101)

 

Hz. Musa (ə.s):

“Ey Rəbbim, qəlbimi genişlət! İşimi asanlaşdır! Dilimdəki düyünü aç ki, sözümü başa düşsünlər!” (Taha, 25-29)

 

Hz. Davud (ə.s):

“Allahım, Səndən Səni sevməyi, Səni sevəni sevməyi və sənin sevginə qovuşduracaq əməlləri sevməyi diləyirəm! Sənin sevgini mənə canımdan, ailəmdən və soyuq sudan daha sevimli et!”. (Tirmizi, Dəavat, 73)

 

Hz. Süleyman (ə.s):

“Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh qullarının arasına daxil et!”. (ən-Nəml, 19)

 

Hz. Yunus (ə.s):

“(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. (əl-Ənbiya, 87)

 

Hz. Zəkəriyya (ə.s):

“…Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”. (Ali-İmran, 38)

“…Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!..” (əl-Ənbiya, 89)

 

Hz. İsa (ə.s):

“…Ey Allahım, ey Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, bizlər və bizdən sonrakılar üçün bayram və Səndən gələn bir möcüzə olsun! Bizə ruzi ver! Sən ruzi verənlərin ən xeyirlisisən”. (əl-Maidə, 114)

“Əgər onlara əzab versən, şübhəsiz, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, əlbəttə, Sən qüdrətlisən, hikmət sahibisən!” (əl-Maidə, 118)

 

Hz. Muhamməd (s.ə.s):

“Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən də məni xoşluqla çıxart və Öz dərgahından mənə yardım edən bir güc ver!” (əl-İsra, 80)

“Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən, yaşlılıqdan doğan taqətsilik və səfehlikdən, qatı qəlbdən, qəflətdən, yoxluqdan, zillətdən, mal və xeyrin azlığından, pis haldan Sənə sığınıram! Nəfsin doymaq bilməyən ehtiyac hissindən, küfrdən, fasiqlikdən, haqqa müxalifətdən və ayrılıqdan, nifaqdan, əməlləri insanlara eşitdirmək üçün etməkdən, riyadan Sənə sığınıram! Karlıqdan, lallıqdan, dəlilikdən, cüzamdan, alaca xəstəliyindən və hər cür pis xəstəlikdən Sənə sığınıram!”. (Buxari, Təfsir, 16/1; Suyuti, əl-Camius-sağir, № 1489)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz