Firdovsi HƏSƏNOV - Zaman bir çaydır, axar,durmaz.

Çap

22.12.14 10:43 ərzində olan dəyişikliklər Yazan redaktor 18.12.14 06:08

Share

Zaman:XXI əsr.Yəqin ki bu tarixi bilməyən heç kim yoxdur.Bu əsrdə hər şeyin dəyişdiyi, inkişaf etdiyi kimi, illərdir qoruyub saxladığımız dəyərlərimiz də yavaş yavaş öz yerini təhvil verir.Söhbət bu gün  uşaqların virtual aləmə olan marağından gedir.Texnika və texnologiyanın inkişaf etdiyi bir vaxtdahər şeyin internet üzərində qurulması bunun bariz nümunəsidir.

Bu bir yandan müsbət, bir yandanda  mənfi nəticədir.Texnologiya və yeniliklər insan həyatında sürətlə daha böyük yer tutmağa başlayıb, yeni həyat stilinə çevrilib. Bu yenilikləri izləməkdə uşaqlar artıq böyüklərdən də irəlidədirlər.

Bizim uşaqlığımız hər gün yuxudan duran kimi əl üzümüzü yumadan belə qaçaraq məhəllədə müxtəlif oyunlar oynamaqla keçib.Biz bununla boyümüşük bununla tərbiyə almışıq.Hələ o oyunların təsiri ayrılamayıb bizdən.Hərdən yenə fikirləşirəm ki, kaşki uşaq olaydım, yenə o oyunları oynayaydım.Amma birdə illər sonrasına baxıram. Görürəm ki, nə həmin oyunlar var, nə də köhnə məhəlləmizdə uşaqlar.İndi uşaqlara baxıram, hərəsi əlində bir telefon müxtəlif oyunlar oynayır, kompüterin qarşısında müxtəlif filmlərə baxır.Harda qaldı o köhnə oyunlar? “Gizlənpaç”, “Hənzəli”,” Saqqaqoz”, “Moza-Moza”, “Əlsəndə” və bu kimi adını saymaqla bitməyən oyunlarımız.İndi bu oyunlar öz yerini internetdə olan saysız-hesabsız oyunlara verməkdədir.

Uşaq vaxtı hər gün biz axşamlar saatın 8:00 olmağını gözləyirdik ki,indi bizim saatımızdı.Çünki bu vaxtıtelevizorda “Sehrli Güzgü”verilişi olurdu və biz oradan hər hansı bir çizgi filminə baxırdıq.İndi tamamən hər şey dəyişib.Uşaqlarınmaraq dairəsində olan oyunlarını internet uzərindən oynaması,dostluqlarını internet üzərindən qurması,maraqlı uşaq proqramlarını və çizgi filmlərinə internet üzərindən izləməsi bunun bariz nümunəsidir.Milli mentalitet öz yerini yavaş-yavaş “virtual mentalitetə” verir.Əslində bu, qınaq obyektinə çevriləcək haldır.Çünki bu halın adi hala çevrilməsində valideynin də rolu böyükdür.Uşaq ağlayarkən onun susması üçün əlinə mobil telefon və ya bunun kimi bir neçə vasitə verilməsi uşağın yaddaşına yapışdırıcı ilə vurulan bir yazı kimidir. Hansı ki,onun formalaşmaqda olan psixologiyasına mənfi təsir göstərir.Lakin bizim uşaqlıq vaxtımızda öz oyuncaqlarımız vardı.Hələdə həmin oyuncaqları saxlayan, dəyər verən insanlar var.Çünki biz onlarla böyümüşük,onlarla oynamışıq, onun üçün də bizdə mənəvi dəyəri böyükdür.Lakin indiki uşaqlaroyuncaqlar əvəzinə planşetlə, mobil telefonla oynayırlar.Ənənəvi və əvəzolunmaz uşaq oyunlarımız virtual oyunların,tanışlıqların kölgəsi altında qalır.

Şəhərdə fəaliyyət göstərən internet klublarda istənilən yaşda məktəbliyə rast gəlmək olar. Uşaqların çoxu internet klublardan müxtəlif oyunlar oynamaq üçün istifadə edirlər. Bunun dayaradıcılıq baxımından, o cümlədən sosial nöqteyi-nəzərdənyetişməkdə olan yeni nəslə pis təsirlərinin olduğu danılmazdır. Belə götürəndə,bu işdə valideynlərin də günahı az deyil, çünkionlar da evdəuşaqlarla səmərəli vaxt keçirmirlər.

Bir məsələni də qeyd edək. Bu gün uşaqların internetdən istifadəsinin qarşısını tamamailə almaq qeyri-mümkündür. Lakin azyaşlıların internetdən ziyan çəkməsinin qarşısını almağın yeganə yolu maariflənməkdən keçir.

Burada psixoloqlar;n ailələrə bir neçə məsləhətini də qeyd etmək yerinə düşərdi:

-Uşaqların yaşı ilə uyğun olan saytlara girdiyindən, oyunlar oynadığından əmin olun. Nəzarəti əldən verməyin.

-Bəzi saytlara filtr qoyun, təhlükəsizlik proqramından istifadə edin.

-Uşaqlarla hər zaman ünsiyyətdə olun. Sadəcə anlatmayın, onları da dinləyin.

Onları ittiham etmədən internetdə nə ilə məşğul olduqlarını öyrənin.

-Evdə kompüteri uşaq otağına qoymayın.

-İnternetdən istifadə ilə bağlı evdə qayda-qanun, məhdudiyyətlər qoyun. 

Tecox component by www.teglo.info