Ülvi MƏMMƏDOV / QARABAĞ XALÇALARI

Çap

09.09.14 12:31 ərzində olan dəyişikliklər Yazan redaktor 08.09.14 08:34

Share

   Azərbaycanın cənub-qərbində yerləşən Qarabağın xalça məktəbi iki regionda – dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrə əsasən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Mirseyid, Bağırbəyli, Xanlıq və s. kəndləri əsas rol oynayırdılar.  

  Dağlıq zonaya nisbətən xammalla daha yaxşı təmin olunmuş aran rayonlarında- Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildir.

   "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı– gəbələr geniş yayılmışdır.

   XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng– boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşaratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona– "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.

   Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, hazırda erməni işğalı altında inildəyən Qarabağımızın bütün milli sərvətlərinin mənimsəyən bu azğın düşmənləri qabaqlayıb, öz sərvətlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.

   Qarabağ xalçalarının motivləri

   Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfuqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerinin bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir. "Şəddə" tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.

   Qədim xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən ibtidai, üfuqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin axırlarında Qarabağda "Atlı-itli","İtli-Pişikli","Marallı-Ceyranlı" və s. xovlu xalçalar toxunmuşdur. Bu kompozisiya baxımından heyvan təsvirləri olan üfuqi zolaqlardır.

   Qarabağ məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf etmişdir. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən süurlu surətdə imtina edilməsi simvolikanın və həyat hadisələrinin qrafik şərhinin güclənməsi- bunlar Şimali Azərbayacan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.

   Qarabağ növlü xalçalar

   Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu.  

   Qarabağda istehsal olunan xalçaların rayonlara görə bölgüsü aşağıdakı kimidir və bu adlarla məşhur idi.

   a) Bərdə. Bu rayonda “Bərdə”, “Xan qərvənd”, “Ar­­­an”, “Qoca”, “Çələbi”, “Buynuz”, “Dəryanur”, “Aç­­­ma–yumma”, “Şabalıd buta”, “Balıq” xal­ça­la­rı, həm­çi­nin şədə, vərni, zililəri ilə də məşhurdur.

   b) Ağcabədi. Bu rayonun xovlu xalçalarından “Ləm­­bə­ran”, “Qa­­­­­ra­bağ”, “Xantirmə” xovuz xal­ça­­lar və ce­cim­lər geniş yayıl­mışdır.

  2. Şuşa. Bu qrupda geniş şöhrət qazanmış “Ma­­lı­bəy­li”, “Ləmpə”, “Bağçadagüllər”, “Bulut”, “Sax­­­sıda­gül­lər”, “Nəl­bəki gül”, “Gülyaylıq”, “Mun­­­­cuq” və “Zərməxmər” xalçaları da­xildir.

    3. Cəbrayıl qrupu. Bu qrupa Xanlıq”, “Qu­bad­­lı”, “Kürd”, “Qasımuşağı”, “Bəhmənli”, “Muğan”, “Ta­­­lış” xa­l­ça­ları  həmçinin xovsuz palazlar, ki­lim­lər daxil­dir.

Tecox component by www.teglo.info