Asəf QƏNBƏROV\ BEYNƏLXALQ İMAM RƏBBANİ SİMPOZİUMU

Çap

17.12.13 10:52 ərzində olan dəyişikliklər Yazan redaktor 17.12.13 10:11

Share

     Marmara Universiteti İlahiyyat Fakültəsi, Əziz Mahmud Hüdayi Vəqfi, İLAM, İSTAM və başqa elmi-tədqiqat mərkəzlərinin, o cümlədən bir sıra xeyriyyə təşkilatlarının birgə təşkil etdiyi “Beynəlxalq İmam Rəbbani Simpoziumu”nun 15-17 noyabr tarixləri arasında İstanbulda keçirilməsi dərin əks-səda doğuran və əlamətdar bir hadisə kimi tarixə keçdi.

     Simpoziumda Türkiyənin görkəmli ilahiyyatçıları, dövlət xadimləri və eləcə də dünyanın mötəbər universitetlərindən dəvət edilən alimlər çıxış etdi.

     Üç gün davam edən simpoziumda İmam Rəbbaninin həyatı, yaşadığı dönəmin ictimai – siyasi vəziyyəti, əsərləri və ən əsası isə İmam Rəbbaninin dini-təsəvvüfi görüşləri əhatəli şəkildə müzakirə edildi. Açılış mərasimində çıxış edən Diyanət İşləri Başqanı Prof. Dr. Mehmet Görmez İmam Rəbbaninin məktublarının öz dövründən gələcəyə yazılmış olduğunu ifadə etdi: “Bu məktublar o dövrdə yazıldığına baxmayaraq, indi də onu oxuyanlar sanki özlərinə yazılmış olduğu qənaətinə gəlirlər”. İslam hüququ professoru Hayrettin Karaman isə öz gənclik həyatından bir misal verərək, zehnindəki təzadları həll etmə yönündən İmam Rəbbaninin əsərlərindəki təsəvvüfi görüşlərin əhəmiyyətinə diqqət çəkdi: “İmam Rəbbani, təsəvvüf ilə məşğul olan bütün insanların və təsəvvüflə məşğul olmayan bütün alimlərin mütləq oxuması gərəkən bir insandır.” Prof. Dr. Süleyman Uludağ İmam Rəbbaninin yaşadığı dönəmin (XVII əsr) ictimai-siyasi və dini durumunu işıqlandırmadan, İmam Rəbbaninin elmi mübarizəsini doğru şəkildə qiymətləndirmənin mümkün olmadığını ifadə etdi. Hindistanda bütün dinləri “ilahi din” adı altında birləşdirmə aruzusuna düşən dövrün hökmdarı Əkbər Şaha qarşı İmam Rəbbani “məktubları” ilə mücadilə aparmışdır. Təlatümlü zamanlarda bir tərəfdən İslam dininə bir çox xürafələr qarışmış, digər tərəfdən isə Əkbər Şahın təzyiqi ilə İslam dini Hinduizm atributları ilə qarışdırılmışdı. İslam dininin saflığı və hətta Hindistanda İslamın umümi mövcudluğu belə təhlükə ilə qarşı-qarşıya qalmışdı. Belə bir çətin vəziyyətdə İmam Rəbbani dərin bilgisini və cəsarətli mövqeyini ortaya qoymuş, ətrafındakılara İslamı təbliğ etmiş, uzaqda olanlara isə “məktubları” ilə müraciət edərək bu böyük fəlakətin qarşısını almağa nail olmuş və bəşəriyyətə böyük xidmət etmişdir. Daha sonra İmam Rəbbani ölməz əsəri olan “Məktubatı” ilə anılmaya başlamış və “mücəddidi-əlfis-sani”, yəni “ikinci minnilliyi əhya edən” ləqəbinə layiq ğörülmüşdür.

İmam Rəbbaninin dini fikirləri müzakirə edilərkən, mövzunun “vəhdəti-vucud” və “vəhdəti-şühud” nəzəriyyələri ətrafında dönəcəyi gözlənilən bir durum idi. Sufi mütəfəkkir Mühyiddin İbn Ərəbi tərəfindən inkişaf etdirilən vəhdəti-vucud anlayışı (varlığın birliyi) Rəbbani tərəfindən “Məktubatında” yenidən işlənərək, varlığın birliyinə yeni izahlar gətirilir. İmam Rəbbaniyə görə vəhdəti-ücud, həqiqət yolçuluğuna cıxan insanın Rəbbinə qovuşacağı bir zirvə deyil, sadəcə keçilməsi gərəkən bir mərhələ və ya “əbdiyyət” yəni, haqqa həqiqi qul olma mərtəbəsinə aparan müvəqqəti bir məqamdır. İmam Rəbbaninin “vəhdəti-ühud” adlandırdığı bu anlayış, cox mühüm bir problemi həll etməkdə faydalı oldu: Şəriətin zahiri ilə batini arasında hər hansı bir təzadın olmayacağı qəti şəkildə aydınlaşdı. İtaliyanın Modena və Reggio Emilia Universitetinin Professoru Demetrio Giordani bu məqamı vurğulayaraq, Rəbbaninin ən böyük xidmətinin mənəvi inkişaf yolunda şəriətin və nəbəvi sünnənin öncəliyi prinsipinə bağlı qalmasını hesab etdi. Təriqət- Mərifət- Həqiqət mərtəbələri şəriət çərçivəsindən kənara çıxa bilməzdi. Rəbbaninin ifadəsi ilə təriqət və həqiqətin vəzifəsi, şəriətə xidmət etməkdir. Məhz bu dövrdən sonra nəqşbəndilik Rəbbaninin prinsiplərini də əxz edərək bütün müsəlman ölkələrdə qəbul edilməyə başlamışdır.

     Yeni Zellandiyadan dəvət edilmiş islamşünas professor Arthur F. Buehler İmam Rəbbaninin əsərlərindən, onun yaşadığı dərin dini təcrübənin mahiyyətindən bəhs etdi. Sufilərin yaşadığı dini təcrübələrin sübyektivliyinə diqqət çəkərək, bunların hər zaman əhalinin əksəriyyətinin fikirləri ilə uyğunlaşmasının zəruri olmadığını bildirdi. “İmam Rəbbani kimi sufilərin yaşadığı dini  təcrubələri anlamanın yeganə yolu onların yaşadıqlarını olduğu kimi təcrübə etməkdən keçir.” Simpoziumun davamında İmam Rəbbaninin Quran müfəssirliyi, elmi görüşləri, Rəbbaninin fikirlərinin Anadolu bölgələrinə təsiri və başqa mövzular üzərində duruldu.

     Yüksək səviyyədə keçirilən İmam Rəbbani Simpoziumunda iştirak edən hər kəsdə bu görkəmli şəxsiyyətə dərin hörmət hissi yaranmaqla bərabər, onun irsinin öyrənilməsi və təbliğ edilməsinin əhəmiyyəti də ortaya çıxdı. İmam Rəbbani haqq yolunda apardığı mübarizə ilə bir qəhrəmanlıq nümunəsi olduğu kimi dinin xürafələrdən, cəhalətdən təmizlənməsinə qarşı elmi mücadiləsi ilə də Peyğəmbər Varisi, kamil bir insan idi.Marmara Universiteti İlahiyyat Fakültəsi, Əziz Mahmud Hüdayi Vəqfi, İLAM, İSTAM və başqa elmi-tədqiqat mərkəzlərinin, o cümlədən bir sıra xeyriyyə təşkilatlarının birgə təşkil etdiyi “Beynəlxalq İmam Rəbbani Simpoziumu”nun 15-17 noyabr tarixləri arasında İstanbulda keçirilməsi dərin əks-səda doğuran və əlamətdar bir hadisə kimi tarixə keçdi. Simpoziumda Türkiyənin görkəmli ilahiyyatçıları, dövlət xadimləri və eləcə də dünyanın mötəbər universitetlərindən dəvət edilən alimlər çıxış etdi.

     Üç gün davam edən simpoziumda İmam Rəbbaninin həyatı, yaşadığı dönəmin ictimai – siyasi vəziyyəti, əsərləri və ən əsası isə İmam Rəbbaninin dini-təsəvvüfi görüşləri əhatəli şəkildə müzakirə edildi. Açılış mərasimində çıxış edən Diyanət İşləri Başqanı Prof. Dr. Mehmet Görmez İmam Rəbbaninin məktublarının öz dövründən gələcəyə yazılmış olduğunu ifadə etdi: “Bu məktublar o dövrdə yazıldığına baxmayaraq, indi də onu oxuyanlar sanki özlərinə yazılmış olduğu qənaətinə gəlirlər”. İslam hüququ professoru Hayrettin Karaman isə öz gənclik həyatından bir misal verərək, zehnindəki təzadları həll etmə yönündən İmam Rəbbaninin əsərlərindəki təsəvvüfi görüşlərin əhəmiyyətinə diqqət çəkdi: “İmam Rəbbani, təsəvvüf ilə məşğul olan bütün insanların və təsəvvüflə məşğul olmayan bütün alimlərin mütləq oxuması gərəkən bir insandır.” Prof. Dr. Süleyman Uludağ İmam Rəbbaninin yaşadığı dönəmin (XVII əsr) ictimai-siyasi və dini durumunu işıqlandırmadan, İmam Rəbbaninin elmi mübarizəsini doğru şəkildə qiymətləndirmənin mümkün olmadığını ifadə etdi. Hindistanda bütün dinləri “ilahi din” adı altında birləşdirmə aruzusuna düşən dövrün hökmdarı Əkbər Şaha qarşı İmam Rəbbani “məktubları” ilə mücadilə aparmışdır. Təlatümlü zamanlarda bir tərəfdən İslam dininə bir çox xürafələr qarışmış, digər tərəfdən isə Əkbər Şahın təzyiqi ilə İslam dini Hinduizm atributları ilə qarışdırılmışdı. İslam dininin saflığı və hətta Hindistanda İslamın umümi mövcudluğu belə təhlükə ilə qarşı-qarşıya qalmışdı. Belə bir çətin vəziyyətdə İmam Rəbbani dərin bilgisini və cəsarətli mövqeyini ortaya qoymuş, ətrafındakılara İslamı təbliğ etmiş, uzaqda olanlara isə “məktubları” ilə müraciət edərək bu böyük fəlakətin qarşısını almağa nail olmuş və bəşəriyyətə böyük xidmət etmişdir. Daha sonra İmam Rəbbani ölməz əsəri olan “Məktubatı” ilə anılmaya başlamış və “mücəddidi-əlfis-sani”, yəni “ikinci minnilliyi əhya edən” ləqəbinə layiq ğörülmüşdür.

     İmam Rəbbaninin dini fikirləri müzakirə edilərkən, mövzunun “vəhdəti-vucud” və “vəhdəti-şühud” nəzəriyyələri ətrafında dönəcəyi gözlənilən bir durum idi. Sufi mütəfəkkir Mühyiddin İbn Ərəbi tərəfindən inkişaf etdirilən vəhdəti-vucud anlayışı (varlığın birliyi) Rəbbani tərəfindən “Məktubatında” yenidən işlənərək, varlığın birliyinə yeni izahlar gətirilir. İmam Rəbbaniyə görə vəhdəti-ücud, həqiqət yolçuluğuna cıxan insanın Rəbbinə qovuşacağı bir zirvə deyil, sadəcə keçilməsi gərəkən bir mərhələ və ya “əbdiyyət” yəni, haqqa həqiqi qul olma mərtəbəsinə aparan müvəqqəti bir məqamdır. İmam Rəbbaninin “vəhdəti-ühud” adlandırdığı bu anlayış, cox mühüm bir problemi həll etməkdə faydalı oldu: Şəriətin zahiri ilə batini arasında hər hansı bir təzadın olmayacağı qəti şəkildə aydınlaşdı. İtaliyanın Modena və Reggio Emilia Universitetinin Professoru Demetrio Giordani bu məqamı vurğulayaraq, Rəbbaninin ən böyük xidmətinin mənəvi inkişaf yolunda şəriətin və nəbəvi sünnənin öncəliyi prinsipinə bağlı qalmasını hesab etdi. Təriqət- Mərifət- Həqiqət mərtəbələri şəriət çərçivəsindən kənara çıxa bilməzdi. Rəbbaninin ifadəsi ilə təriqət və həqiqətin vəzifəsi, şəriətə xidmət etməkdir. Məhz bu dövrdən sonra nəqşbəndilik Rəbbaninin prinsiplərini də əxz edərək bütün müsəlman ölkələrdə qəbul edilməyə başlamışdır.

     Yeni Zellandiyadan dəvət edilmiş islamşünas professor Arthur F. Buehler İmam Rəbbaninin əsərlərindən, onun yaşadığı dərin dini təcrübənin mahiyyətindən bəhs etdi. Sufilərin yaşadığı dini təcrübələrin sübyektivliyinə diqqət çəkərək, bunların hər zaman əhalinin əksəriyyətinin fikirləri ilə uyğunlaşmasının zəruri olmadığını bildirdi. “İmam Rəbbani kimi sufilərin yaşadığı dini  təcrubələri anlamanın yeganə yolu onların yaşadıqlarını olduğu kimi təcrübə etməkdən keçir.” Simpoziumun davamında İmam Rəbbaninin Quran müfəssirliyi, elmi görüşləri, Rəbbaninin fikirlərinin Anadolu bölgələrinə təsiri və başqa mövzular üzərində duruldu.

     Yüksək səviyyədə keçirilən İmam Rəbbani Simpoziumunda iştirak edən hər kəsdə bu görkəmli şəxsiyyətə dərin hörmət hissi yaranmaqla bərabər, onun irsinin öyrənilməsi və təbliğ edilməsinin əhəmiyyəti də ortaya çıxdı. İmam Rəbbani haqq yolunda apardığı mübarizə ilə bir qəhrəmanlıq nümunəsi olduğu kimi dinin xürafələrdən, cəhalətdən təmizlənməsinə qarşı elmi mücadiləsi ilə də Peyğəmbər Varisi, kamil bir insan idi.

Tecox component by www.teglo.info