Mustafa ŞAHİN/ BOŞANMANIN UŞAQLARA TƏSİRİ

Çap

11.09.13 14:25 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 10:20

Share

Boşanma uşaqlar üçün anormal bir haldır və qətiyyən onlar tərəfindən bu qəbul edilməzdir. Hətta bu onları təhlükəli şok hallarına belə gətirib çıxardır ki, bu da onlar üçün ölüm yaşanmış qədər çətin olur. Ancaq fərqli olan tərəf odur ki, ölümdə qətililik vardır. Boşanmada isə valideyinlər vardır lakin onları əldə edə bilmə çətinliyi yaşıyırlar.

Bunu yaş keçidi ilə əlaqədar dəyərləndirəsi olsaq  bu vəziyyət uşaqların həmin kiçik yaş aspektivindən olduqca çətindir.

Bu kimi hallar  onlarda  4 ilə 12 həftəyə qədər davam edir. İlk olaraq uşaqlarda ana və ata arasında mübahisələr olduğunda uşaqlarda kədərli (sevincsiz) olduqlarını müşahidə etmək mümkündür. Boşanmanın ciddiliyinin səbəbini isə bir o qədər dərk etməyə bilərlər. Ümumiyyətlə  boşanma uşağa kədər, şok, təklik duyğusu və utanqanclıq kimi hallar yaşadır. Uşaqlar böyüklərdən fərqli olaraq  daha çox özünə qapanıqlıq olduqları və hər şeyi özlərinə meyilləndirilər. Bu səbəblə onlarda; Mənə nə olacaq? Harda qalacam? və s. kimi sualları ilə qarşılaşa bilərsiniz.

Kiçik uşaqlarda tərəf tutma kimi hallarla rastlaşmaq mümkündür. Hansı ki, bu da böyüklərin davranışlarının,  xətalarının və səhvlərinin əks olunmasıdır. Boşanmadan bir çox uşaqlar ciddi bir şəkildə təsirlənir. Ancaq bu onların daim problemli olmaları mənasına gəlmir. Uşağın reaksiyası və yaşayacaqları çətinliklərin dərəcəsi iqtisadi vəziyyət, uşağın yaşı, valideynlərdən hər birinin problemləri həll etmə metodları, onlarla asanlıqla əlaqə saxlama, üçüncü şəxsin varlığı və yaşanan problemlərin böyüklüyünə bağlıdır.

Boşanma halları 6-10 yaş qurupundakı uşaqlarda cox ciddi sarsıntılar meydana gətirə bilir. Həqiqətlərin fərqindədirlər, amma məsuliyyət daşımadıqlarını biləcək qədər yetişkin deyillər. Bu yaşlarda uşağı tərk edən valideyn daha çox istənir. Təkrar birləşmək üçün ümid çoxdur.

Yetkinlik başlanğıcında və yetkinlik dönəmində qəzəb, qərarsızlıq normal reaksiyalarıdır. Bu qəzəbi, qərarsızlığı və şübhəni uğurla gizləyərlər. Bu yetişkinlik dönəmində keçid olaraq valideynlərdən ayrılma və müstəqil olma istəyi baş qaldırır. Digər tərəfdən bu yaş dövrü çevrənin və ictimai-sosial təsirin önəmli olduğu bir dövrdür. Boşanma çətin bir ana təsadüf etmişdir. Ona görə də özlərində valideynlərdən birinin tərəfini tutma ehtiyacı hiss edərlər. Yeni ailənin qurulmasında baş rolda çıxış edərlər. Bəziləri isə çətinlik yaratmağa çalışarlar. Əsil səbəbi, disiplin və məsuliyyətdən qaçışdır. Mümkün olduğu qədər müstəqilliyi ələ almaq istəyərlər.

Tecox component by www.teglo.info