Home Arxiv 2016 № 111 Fevral

№ 111 Fevral

Nurlan MƏMMƏDZADƏ - ANDINI XATIRLA, İNSAN OĞLU!

Uca Yaradan Qurani-Kərimdə belə buyurur: “Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının sülbündən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər”. (əl-Əraf, 172) İslam insanı sadəcə bu gün göründüyü halı ilə ələ almır. 

Ardını oxu...

 

Rufət Şirinov- “İNSAN” OL,“İNSANLAR”LA OL!

Allah bəşərövladını insan olaraq yaradaraq ona böyük bir lütf bəxş etmişdir. Bu lütfünün isbatı olaraq da ona ağıl vermiş və bütün məxluqatı xidmətinə vermişdir. Bu mənada Qurani-Kərimdə “Biz insanı ən gözəl biçimdə xəlq etdik”(ət-Tin 4)buyurulmuşdur. Odur ki, hər bir insanın insanlıq borcudur ki, Uca Xaliqinin tələblərinə uyğun şəkildə “insan” olsun. Əks təqdirdə Quran ifadəsi ilə “Rəzillərin rəzili” (ət-Tin 5) olar. Yəni Allahın nəzərində, ən mükəmməl şəkildə xəlq etdiyi varlığın heç bir dəyəri olmaz. İnsan “insan” olduğu üçün dəyərlidir.

Ardını oxu...

 
 

Əziz SULTAN -Bəs söz vermişdik...

“Qalu-Bəla” deyəndə bir çox müsəlman bunun nə demək olduğunu bilir. Rəbbimiz Adəm oğullarının bellərindən gələcək nəsilləri yığaraq “Mən sizin Rəbbiniz deyiləmmi?” dedi və onlar da “Bəli, belədir” deyərək özləri özlərinə şahid oldular. Allah bizi bizə şahid tutdu ki, biz Allahı Rəbb olaraq tanımışıq... Allah insan oğluna ağıl verdi, vəhy endirdi və “andını xatırla” deyərək onu dünya imtahanı ilə baş-başa buraxdı. Bu “ağıl” deyilən nemət elə bir vasitədir ki, vəhy ona bələdçilik eləməsə insanı çox təhlükəli uçurumların kənarına sürükləyə bilər. Onlardan biri də elə “Qalu-Bəla” məsələsidir. Yeni “ağılçı” bəzi fikir adamlarının təsirində olan bəzi müsəlman qardaşlarımızdan belə bir söz eşidirik: “Mən Qalu-Bəla hadisəsini xatırlamıram...” Bəs biz nəyi xatırlayırıq ki?

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU -Eşitdik və itaət etdik

Eşitdik və(bu çağırışa hələki hazır deyiləm, mənə ağıl vermə, sən mənədarğa deyilsən, 70yaşından sonra başlayaram, beynimə yerləşmir, ata babalarımızın adəti üzrə gedirəm, get işinlə məşğul ol, - deyə sayğısızca qarşılıq verməyərək)itaət etdik.

Uca Allah Qurani-Kərimdə belə buyurur:

Ardını oxu...

 
 

Ramiz MƏMMƏDOV - Ah Vəfa!!!

Bəşər övladı sosial bir varlıq olaraq yaradılmışdır. Doğulduğu andan etibarən ömrünüailəsi, qohumu, tanışı, qonşusu və s. ilə ünsiyyət quraraq keçirməkdədir.Bütün bu sosial münasibətlərdə vəfanın önəmi böyükdür. Vəfa“Qalu-Bəla” ilə başlayıbqiyamətə qədər  davam etməkdədir. Allah-Təalailk insandan qiyamətə qədər yaradılacaq insanların ruhlarını daha əvvəl yaratmış və onları toplayaraq belə demişdir:

-Mən sizin rəbbiniz deyiləmmi?

Ardını oxu...

 
 

Adəm ŞAHİN - İRFAN 111

1990-cı illərin başında TRT kanallarında Zeynəb Xanlarovadan, al-əlvan pulcuqlu paltarlar içərisində, Şəhriyarın “Sizə salam gətirmişəm” mahnısını dinləmişdim. Yağış kimi saf, qar kimi ağ və göy üzü kimi dərin olan bu mahnı insanlara salam gətirməyi, salam götürməyi və sevgi üzrə olmağı təlqin edir. Səmimi olsaq, salam gətirmək və aparmaq təndirdən yeni çıxmış çörək kimidir.

Ardını oxu...

 
 

AqiL ƏLİYEV - ALLAHA GÜVƏNİB YALNIZ ONA TƏVƏKKÜL ETMƏK

Hər bir dövrdə olduğu kimi, bu gün də Allaha güvənib təvəkkül etmək mövzusu ən aktual məsələlərdəndir. Təvəkkül -hər bir işdə Allaha güvənmək, bütün işlərimizi Allaha həvalə etmək deməkdir. Bir növ Allahı hər bir xeyirli iş üçün vəkil tutmaqdır. Bu baxımdan təvəkkül bütün səbəb və vasitələrə sarıldıqdan sonra işlərin nəticəsini Allaha həvalə etməkdir.

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV - Gənclərimiz Gələcəyimiz...

Bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də, heç şübhəsiz, Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyi hər zaman dövlətimizin, millətimizin qürur mənbəyi olmuşdur. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri vardır.

Ardını oxu...

 
 

Gənclərdən soruşduq...

Yusifli Şahin

Bakı Dövlət Universiteti - Magistr

Azərbaycan gəncliyi sizə nə ifadə edir?

- Bir gənc kimi deyə bilərəm ki, bugün ölkəmizdəki gənclik həm müsbət, həm də mənfi tərəfləri ilə səciyyələnir. Belə bir deyim var: “gənclik həmişə düşündürür”. Bu söz gəncin nə qədər həssas təbəqə olduğunu göstərir. Ölkəmizdə gənclərin təhsil baxımından oxuyan, özünü inkişafetdirən, sosial-ictimai fəaliyyətlə məşğul olanlar olmaqla yanaşı, eləcə də, böyük uçurum olan oğurluq, küçə həyatı, ara söhbətləri ilə əhatə olunmuş bekar toplumlara bölünməsi bir çoxlarımıza məlumdur.

Ardını oxu...

 
 

Müşfiq XƏLİLLİ - Onlar İstiqbalımızdır

Gənclik bir millətin ümidi, güvəni və gələcəyidir. Gəncliyini uçuruma aparan bir millət ümidini,  güvənini və gələcəyini itirmiş deməkdir.    

 Uca Allahın biz bəndələrinə ərməğan etdiyi ən böyük nemətlərdən biri - axirətin sərmayəsi olan ömürdür. Digər tərəfdən “gənc” kəlməsi fars dilində “xəzinə” deməkdir. Buna əsaslanaraq deyə bilərik ki, gənclik insan ömrünün xəzinəsidir. Bu xəzinəni dəyərləndirmə şəklinə görə insan ya böyük bir zənginliyə nail olur, ya da ziyana düşür.

Ardını oxu...

 
 

Mahmud Sami Kirazoğlu

Ailədə Mahmud SamiƏfəndi

Mahmud Sami Ramazanoğlu həzrətlərinin vəfatının ildönümünə…

Əfəndimiz Həzrət Mahmud Sami babam hüzuruna özəl qəbul etdikləri xaric, söhbətlərində adını yazmağı bilməyəni və elmiylə arif olanı da, uşağı da, böyüyü də eyni cümlələrlə irşad edərdi. Anladan ariflər sultanı, dinləyən də arif olmalıdır ki, lazımi nəticə hasil olsun. Təbii ki, bu, ruhani məclis, irfan və ehsan məclisidir. Mən də onun nəvəsi olaraq ailədaxili münasibətlərindən bəzi xüsuslardan söz açmaq fikrindəyəm.

Ardını oxu...

 
 

Ələddin SULTANOV - Bir ayə

بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاء عَرِيضٍ

“Biz insana nemət verdiyimiz zaman o,(Bizdən)üz döndərib (haqdan) uzaqlaşar. Ancaq ona bir pislik toxunduğu zaman(Allaha) yalvarıb-yaxarar”.[1]

Ardını oxu...

 
 

Səfa MURADOV - Bir Hədis

عَنْ جَابِرٍ، أَنَّ رَجُلًا سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الْحَلَالَ، وَحَرَّمْتُ الْحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الْجَنَّةَ؟ قَالَ: «نَعَمْ»، قَالَ: وَاللهِ لَا أَزِيدُ عَلَى ذَلِكَ شَيْئًا

            Cabirdən (r.a) rəvayət olunduğuna görə, bir nəfər Rəsulullaha (s.ə.s) sual verərək belə demişdi:“Nə deyərsən,mən fərz namazlarımı qılsam, Ramazan orucunu tutsam, haram və halala diqqət etsəm və bunlara hər hansı başqa bir şeylər əlavə etməsəm Cənnətə girərəmmi?” Rəsulullah (s.ə.s) ona cavab olaraq "Bəli" dedi. Həmin şəxs də belə dedi:“Allaha and olsun ki, mən bu (dediklərimə) başqa heç nə əlavə etməyəcəm”. (Müslim, İman, 16)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Şeyx Sədi (q.s) -1-

Şeyx Sədi həzrətləri buyurur:

“Xidmətdəki fəzilət özünü güclü və sağlam gördüyün zaman şükür əlaməti olaraq zəiflərin yükünü çəkməkdir”.

Fərdi ibadətlər arasında ən mühüm və fəzilətli olanı “namaz”dır. İctimai ibadətlərin ən mühümü isə “xidmət”dir.

Bizə saysız-hesabsız nemətlər lütf edən Haqq-Təalaya şükrün ən gözəl ifadəsi Onun lütf etdiyi nemətləri Onun rizası yolunda xidmət məqsədi ilə istifadə edə bilməkdir.

Ardını oxu...

 
 

Saleh Şirinov - Hədislər İşığında Bir Həyat ƏBU BƏRZƏ ƏL-ƏSLƏMİ Radiyallahu anh

Əbu Bərzə əl-Əsləmi radiyallahu anh adından çox künyəsi ilə tanınan bir səhabədir...

Suffə əhlindən olan, Allahı çox zikr edən alim, abid, zahid bir elm əri...

Ömür boyu həyatını hədislər işığında keçirən qəhrəman bir cihad əri...

Ardını oxu...

 
 

Kamran MƏMMƏDOV - TƏKFİR VƏ TƏKFİRİN TƏHLÜKƏLƏRİ

Təkfir etmək hər hansı bir adamı kafir saymaq deməkdir. Bir insanın etiqadi mənada imandan çıxıb-çıxmadığını əqaid və kəlam elmi müəyyənləşdirir. Hz. Peyğəmbərin həyatı araşdırıldığında onun yalnız Məkkə dövründə müəyyən qrup və şəxsləri təkfir etdiyi görülməkdədir. Halbuki Mədinə dövründə də müsəlmanlar arasında münafiqlərin varlığı bilinirdi.

Ardını oxu...

 
 

Müsahibə-Xocalıda səkkiz günlük düşmən əsirliyindən sağ qurtulan rabitəçi Dürdanə Ağayeva ilə müsahibə

Dürdanə xanım

İrfan: Özünüzü təqdim edin, zəhmət olmasa.

DürdanəAğayeva:  Dürdanə Allahverdi qızı. 1972-ci ildə Xocalıda anadan olmuşam. Elə Xocalıda da orta məktəbi bitirib Xocalı faciəsinə qədər orada yaşamışam.

- Hadisələr zamanı iyirmi yaşınız var idi. Yəqin ki, işləyirdiniz.

Ardını oxu...

 
 

İlham SOVQATOV-EGEY DƏNİZİNDƏ SOLAN GÜLLƏR

Bəzən elə bir hal yaranır ki, öz-özümüzə düşünürük, deyəsən, qiyamət artıq yaxınlaşıb. Çünki dünyada baş verən haqsızlıqların, ədalətsizliklərin, cinayətlərin sayı o qədər artıb ki,  insana elə gəlir, artıq sabah qiyamət qopacaq. Bu qədər cinayətlərin, bu qədər axıdılan qanların cavabını kim verəcək? Hər kəsin yaşamaq haqqı var deyirik. Ancaq bəzən gözümüzün qarşısında insanların qətlinə bais olanlara heç bir müdaxilə edə bilmirik. Egey dənizində boğulan məsum uşaqların günahı nə idi? Onlar bu dünyaya kiminsə siyasi münaqişəsinə qurban üçünmü gəlmişdilər? 

Ardını oxu...

 
 

Eldar KƏRİMOV - NAMAZ PSİXOLOGİYASI

Namaz nə üçün qılınır? Namazın bizim ruh aləmimizə necə bir təsiri var? Namaz qıldıqdan sonra bizim həyatımızda nə kimi dəyişikliklər olur? Namaz qılarkən edilən hərəkətlər müşahidə psixologiyası baxımından hansı mənaları kəsb edir?  Bu kimi suallara bəzi insanlarda namaz qılmağa başladığı ilk günlərdən, bəzilərində isə bu ibadətin adət halına çevrilməsindən sonra rast gəlinir.

Ardını oxu...

 
 

Elsəvər Əhmədov - RUH VƏ BƏDƏN QƏFƏSİ

Ey Muhamməd! Səndən ruhu soruşurlar. De ki: “Ruh Rəbbimin bildiyi bir işdir və sizə elmdən ancaq az bir şey verilmişdir”.(əl-İsra surəsi, 85)

Ruh-bədən əlaqəsi:   Ruh əmr aləmindən olub, bədən ölkəsini idarə etməsi üçün özünə müstəqil bir varlıq verilən bir qanundur. Bədən olmayınca da varlığını davam etdirə bilən lətif bir varlıqdır. Ruhun öz mahiyyətini bilməkdə də acizliyi vardır ki, bu acizlik nə qədər həqiqətlərə pəncərələr açır. Ruhla bədən arasındakı əlaqə, həqiqətən, çox mükəmməldir. Bədən xidmətçi, ruh isə əfəndi. Xidmətçi əfəndiyə tabedir. Gözdən axan yaş, kədərdən xəbər verir. Kədərlənən nə gözdür, nə də onun bağlı olduğu bədən maşını. Çünki bədənin kədərlə bir əlaqəsi yoxdur. Ruhdakı kədər gözdən yaş olaraq tökülməkdədir.

Ardını oxu...

 
 

Anar QURBANOV - Sual Cavab

Balıq tutanlar zəkat verməlidirmi? Verirsə bunun ölçüsü nədir?

Cavab: Əgər balıq tutan bunu ticarət məqsədilə edirsə, başqa sözlə, balıq ticarəti ilə məşğul olursa zəkat verməlidir.Tutduğu balıqlar nisab miqdarına çatdıqda, yəni 80 qram qızıl dəyərində olduqdan sonra zəkatla bağlı digər şərtlər də meydana gəlmişsə, nisab miqdarına çatdıqdan bir il sonra balıqların qiyməti əsas alınaraq və ticarətindən gələn gəlir hesablanaraq 2,5 % (qırxda bir) nisbətində zəkatını verməlidir. Ticarəti ilə məşğul olmadığı təqdirdə balığın zəkatı yoxdur.

Ardını oxu...

 
 

Alpay Azər - Ata

Altı uzun hörüyü vardı iyirmi dörd yaşlı Fatimənin, hər birinin ucunda bir qızıl onluq. Əlində səhəng kəhrizdən su gətirəndə qızıl pullar bir-birinə dəyib cingildəyirdi. Həyətlərdən boylanıb tamaşasına durardılar. Arvadlar üzünə deməsələr də, öz aralarında pıçıldaşardılar: görərsiz, bunu göz aparacaq. Qulağına gəlib çatsa da özünü eşitməməzliyə vururdu, saçları səs sala-sala düz qamətiylə su dolu səhənglə evə qayıdırdı. Hərdən əri Əliş danlayırdı onu: “O onluqları saçlarından çıxart, at sandığa”. Amma Fatimə sevirdi bu onluqları, ərinin dediyinə fikir vermirdi. Dörd yaşında Rəna adlı bir qızları, Tahir adlı körpə oğulları var idi.

Ardını oxu...