127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2015 № 99. Fevral

№ 99. Fevral

Nurlan MƏMMƏDZADƏ - Gəncliyi Nemət Bilənlər

PDF faylını alÇapE-poçt

04.05.15 11:59 ərzində olan dəyişikliklər Yazan redaktor 24.02.15 10:30

Gənclik insan ömrünün ən qiymətli və münbit çağıdır. Gənclər bir millətin gələcəyi, böyük və məsuliyyətli məfkurələrin davamçısı və daşıyıcılarıdırlar. Buna görə dəbütün dinlərdə və mədəniyyətlərdə gənclərə xüsusi diqqət ayrılmış, onların xidmətləri yüksək qiymətləndirilmişdir. Hər bir fikri cərəyanın vüsət tapması da adətən məhz həmin ideya ətrafında gənclərin səfərbərliyi nəticəsində mümkün olmuşdur.

Ardını oxu...

 

İlham SOVQATOV - GƏNCLİYİN QƏDRİNİ BİLMƏK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 10:29

Ömür çox sürətlə ötüb keçir. Onu saxlamaq mümkün deyil. İnsan doğulandan sonra ona bəxş edilən bu həyat nemətini yaşamaq məcburiyyətindədir. Körpəlikdən uşaqlığa, uşaqlıqdan gəncliyə, gənclikdən də qocalığa qədər bütün bu mərhələlərdən keçməlidir. Əlbəttə ki, Allah bu mərhələləri yaşamaq üçün ömür verərsə. İnsan yaşamaq məcburiyyətindədir. 

Ardını oxu...

 
 

Rüfət ŞİRİNOV - KAPİTALİZİMİN KÖLGƏSİNƏ SIĞINAN GƏNCLİK

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 10:27

Bəşər övladının ən aktiv və faydalı dövrü gənclik çağıdır. Buna əsasən də bütün quruluş və cəmiyyətlər gənc nəslə əhəmiyyət vermiş və onları özlərinə cəlb etmək üçün xüsusi qayğı göstərmişdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, günümüzdə gənclərin əksəriyyəti öz dəyərli və əvəzolunmaz vaxtlarını küçələrdə, internet-kafelrdə, oyun zallarında və s. yerlərdə hədər edirlər. 

Ardını oxu...

 
 

Firdovsi HƏSƏNOV - Gənc ağaca Balta vurmaq

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 10:02

Lap qədim zamanlardan hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsil ilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur.Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla onun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir.

Ardını oxu...

 
 

MÜSAHİBƏ - Mehmet Lütfi ARSLAN:

PDF faylını alÇapE-poçt

02.03.15 11:05 ərzində olan dəyişikliklər Yazan redaktor 24.02.15 09:59

ROL MODELLƏR YERİNƏ ÜSVEYİ-HƏSƏNƏLƏRƏ EHTİYAC VAR!

İrfan: Mehmet Lütfi bəy, öncə özünüz haqda qısa məlumat verin zəhmət olmasa.

Mehmet Lütfi Arslan:1972-ci ildə dünyaya gəlmişəm. İqtisadiyyat və menecerlik təhsili almışam. 1997-ci ildə “Altınoluk” jurnalının yazı işləri bölümündə çalışdım. “Altınoluk English”, “Altınoluk Portal” və “Söz Ola” jurnalının baş redaktoru kimi fəaliyyət göstərdim. 2000-2002-ci illərdə ABŞ-ın Corctaun Universitetində iletişim sahəsində magistraturanı bitirdim.

Ardını oxu...

 
 

Kamal SƏLİMOV - "Gəncliyimiz gələcəyimizdir"

PDF faylını alÇapE-poçt

02.03.15 11:02 ərzində olan dəyişikliklər Yazan redaktor 24.02.15 09:59

     Gəncliyimiz gələcəyimizin təminatıdır. Gəncliyimizi necə, harada, hansı şəkildə keçirməyimi gələcəyimizə böyük ölçüdə təsir edir. Xüsusilə, elm və texnologiyanın sürətlə inkişaf etdiyi əsrimizdə ciddi rəqabət sahəsi formalaşıb ki, fərd olaraq burada özümüzü sübut etmək üçün, biz gənclərə daha çox məsuliyyət, daha böyük və ciddi  vəzifələr düşür. 

Ardını oxu...

 
 

Müşfiq XƏLİLLİ - Şükür Etmək

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 09:56

Uca Allah bəndələrinə öz  nemətlərindən heç bir xəsislik etmədən bol-bol vermişdir. Bununla yanaşı qullarını müsibətlərlə imtahan elədiyi kimi, nemətlərlə də imtahan edir. Bu barədə Qurani-Kərimdə buyurulur:

Ardını oxu...

 
 

Rövşən Əhmədov - Xocalı Qətliamı

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 09:52

İki əsrdə Azərbaycan türklərinə qarşı etnik təmizləmənin əyani sübutu

Əsrlər boyu soyqırım siyasəti total ideoloji təcavüzlə, türk və azərbaycanlılara (müsəlmanlara) qarşı, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhu yüksək olan oğullarına qarşı terrorla müşayiət olunmuşdur.

Ardını oxu...

 
 

Eldar Kərimov - Uşağın Cavabı

PDF faylını alÇapE-poçt

04.04.15 06:13 ərzində olan dəyişikliklər Yazan redaktor 24.02.15 09:49

Yağışlı bir gün idi. Vacib bir işlə bağlı İstanbulun Fatih səmtində Süleymaniyə camisinin ətrafında bir ünvana getməli idim. Orda mənə deyilən bir adamla görüşüb ondan bəzi məsləhətlər alacaqdım. Hər zaman izdiham və səs-küylü olan İstanbul həyatını dayanmadan yağan yağış daha da çətinləşdirmişdi.Daşıdığım çantaların ağırlığından əlimdəki çətiri başım üzərində çətinliklə saxlayırdım.

Ardını oxu...

 
 

MÜSAHİBƏ - Doç. Dr. Semih CEYHAN: ŞƏRİƏTSİZ TƏRİQƏT BATİLDİR.

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 09:48

Doç. Dr. Semih Ceyhan kimdir?

1973-cü ildə İstanbulun Fatih səmtində anadan olan Semih Ceyhan Mərmərə Üniversiteti İlahiyyat Fakültəsindən məzun olmuşdur. Mərmərə İlahiyyat Universitetində təsəvvüf sahəsində magistraturanı bitirdikdən sonra Bursa İlahiyyat Universitetində doktoranturaya qəbul olmuş və buradan doktor ünvanı almışdır.

Ardını oxu...

 
 

İRFANDAN - “İslamofobiya”ya qarşı nə etməli?

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 09:46

 

Bu gün İslamın dünya çapında rəğbət görməsindən narahat olanlar buna mane olmaq üçün “İslamofobiya” adı altında İslama və müsəlmanlara qarşı çirkin yollara əl ataraq nifrət və düşmənçilik rüzgarı əsdirirlər. Artıq bir sıra insanlar ya bilməyərəkdən, yaxud da qəsdən “İslam” sözünü zəmanəmizin ən böyük bəlalarından biri olan “terror”la birlikdə işlətməyə çalışırlar.

Ardını oxu...

 
 

Fuad QULİYEV - Bir AYƏ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 09:00

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

فَاسْتَقِمْكَمَاأُمِرْتَوَمَنْتَابَمَعَكَوَلَاتَطْغَوْا ۚ إِنَّهُبِمَاتَعْمَلُونَبَصِيرٌ

Hud surəsi,11/112

Ardını oxu...

 
 

Səfa MURADOV - BİR HƏDİS

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:59

عَنْ أَنَسِ بْنِ مَالِكٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {إِنَّ اللهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فَيَحْمَدَهُ عَلَيْهَا أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدَهُ عَلَيْهَا}

            Ənəs b. Malik (r.ə)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah Təala yemək yedikdən və su içdikdən sonra Ona şükr edən qulundan razı qalar.” (Müslim, Zikr, 24; Tirmizi, Ətimə, 18)

Ardını oxu...

 
 

Osman Nuri TOPBAŞ -HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Bəyazid Bistami -1-

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:56

Bəyazid Bistami həzrətləri [777 - 848] buyurur:

“O kəs bəxtəvərdir ki, yalnız bir təlaşı va (yəni daim bir olan Allahı zikr halındadır).Gözünə sataşan, qulağı ilə eşitdiyi lüzumsuz şeylərlə qəlbini məşğul etməz. Kim mərifətullah sirrinə agah olarsa, özünü Allahdan uzaqlaşdıran hər şeydən üz çevirər”.[1]

Ardını oxu...

 
 

Salih Zeki Meriç - FATİHƏ SURƏSİNDƏ QORXU VƏ ÜMİD TARAZLIĞI

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:54

Uca Kitabımız Qurani Kərim kainatın mündəricatı və bütün varlıqların istiqamət rəhbəridir. Quran insanlıq üçün yeganə bələdçidir. Qurani-Kərimdəki surələrin və hər surədə keçən ayələrin, hətta hər bir sözün ardıcıllığı hikmətə əsaslanır. Fatihə Surəsinin Quranın ilk surəsi olması da təsadüfi deyil.

Ardını oxu...

 
 

Kamran Məmmədov - QURAN GÜNDƏLİYİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:39

NƏCM SURƏSI

Nəcm surəsi Məkkədə nazil olmuşdur və 62 ayədir. Məkkədə enən digər surələr kimi, burada da ümumi olaraq peyğəmbərlik, öldükdən sonra dirilmə və hesaba inanma mövzularından bəhs edir. Ərəb dilində nəcm-ulduz deməkdir. Bu mübarək surənin ilk 18 ayəsiPeyğəmbərimiz Hz. Muhəmmədin (s.ə.s)  möcüzəsi olan Merac mövzusunu ələ alır.

Ardını oxu...

 
 

Xidmətdə 101 addım

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:37

Hər hansı nəfsani mənfəət əldə etmək düşüncəsindən uzaq, sırf Allah rizası üçün ifa edilən hər bir səmimi xidmət əslində Rəbbə vüslət arayış və istəyinin əməllərə əks etmiş ifadəsidir.

Ardını oxu...

 
 

Mübariz Əlioğlu - Bütlər Aləminin Vahiməsi

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:34

1915-ci ildə qəhrəman Türk ordusu Çanaqqala savaşında zəfər qazanana kimi mən elə zənn edirdim ki,

Tanrı da ingilislərdəndir.                                      

                                                                                                      Mahatma Qandi

Ardını oxu...

 
 

Rüstəm HUDULOV - İslamda Təmizlik

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:32

Müqəddəs İslam dininin diqqət yetirdiyi məsələlərdən biri də təmizliyə riayət etməkdir. İslam sözün əsl mənasında təmizlik dinidir. İslamın maddi və mənəvi təmizliyə verdiyi əhəmiyyəti başqa heç bir din və sistemdə görmək mümkün deyil. Təmizlik təkcə dini cəhətdən deyil, eyni zamanda tibbi cəhətdən də çox önəmlidir.

Ardını oxu...

 
 

Adem ŞAHİN - Araşanda Günorta Dəstəmazı

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:31

Atayurd Qırğızıstanın paytaxtı Bişkekdən 20 km aralıda yerləşən mübarək bir yerdir. Araşanda İlahiyyat fakültəsi və hafizlik müəssisəsi var. Hafizlik məktəbinin yanından axan çayın şırıltısı ilə hafizlik edən tələbələrin əzbər oxuduqları Quranın səsi bir-biri ilə yarışır. Quran qəlblərə, Araşan dərəsi ilə axan çay da güldən tikanına, ilanından quzusuna hər canlıya həyat olur.

Ardını oxu...

 
 

Saleh Şirinov - Misvak

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:30

Sivak (və ya misvaq) lüğətdə ovmaq, ovalamaq və bunu etmək üçün istifadə edilən əşya mənasındadır. Termin olaraq isə dişlərdə və dişlərin ətrafında olan sarılığın və buna bənzər digər şeylərin təmizlənməsi məqsədi ilə misvak ağacından düzələn çubuğun və buna bənzər şeylərin istifadəsi deməkdir.

Ardını oxu...

 
 

ƏzizSultanov - Məhbus

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:17

Uşaq atasından soruşur:

-  Ata, buludlar niyə hərəkət edir?

Sualın ciddiyətdən uzaq olduğunu düşünən ata:

Ardını oxu...

 
 

Aqil Əliyev - Telefon Neməti

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:16

Cib telefonu da Allahın insanlara bəxş etdiyi digər nemətlərdən biridir. Bütün nemətər kimi onun da bəzi külfəti yəni məsuliyyəti vardır. Hər bir işimizdə olduğu kimi, telefon nemətinə sahib olduğumuz zaman da möminliyimizə zərər gətirməməyə çalışmalıyıq. Yəni telefonumuzu da mömin etməyi bacarmalıyıq. Bu necə olacaq deyirsinizsə o zaman aşağıdakı xüsusları diqqətlə nəzərdən keçirək.

Ardını oxu...

 
 

Alpay Azər - Balaca çinli və diktator

PDF faylını alÇapE-poçt

Yazan redaktor 24.02.15 08:14

Pekindəydim, şəhərdə bir xeyli gəzəndən sonra avtobusla qaldığım otelə qayıdırdım. Arxa oturacaqda üç çinli oturmuşdu, – ər, arvad və onların ortasında oturmuş iki-üç yaşında olan toppuş, saçları düz qaşına qədər tökülən oğlan uşağı. Bu uşaq o qədər şirin idi ki, arada çevrilib ona baxmaya bilmirdim. 

Ardını oxu...

 
 

Xəbər

PDF faylını alÇapE-poçt

02.03.15 11:02 ərzində olan dəyişikliklər Yazan redaktor 24.02.15 07:35

Bu gün Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyi, Gəncliyə Yardım Fondu və 20 Yanvar Fondunun birgə təşkilatçılığı ilə “20 Yanvar Ümumxalq Hüzn Günü” mövzusunda tədbir keçirilib.

Ardını oxu...