№ 77. Aprel

Lokman HELVACI / AFRİKADA BİR SÜBH NAMAZI

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:22

 

Uzun illər azərbaycanda xidmət edən və jurnalımızın yazarlarından olan Lokman Helvacının Afrikadan salamları ilə…

Xəyalınızda bir səhər vaxtınızı canlandırın. Təhəccüdü qılmış və istiğfarla o günə başlamısınız. Sübh namazının sünnəsi də qılınmışdır. Bir azdan qamətlə sübh namazına qalxmaq üçün hazırlaşarkən oturduğunuz məhəllənin küçələrindən keçən bir carçının meqafonla həyəcanlı halda nə isə dediyini eşitsəniz, qəribsəyərsiniz, elə deyilmi? Başa düşdüyünüz dildə danışırsa, qulaq kəsilər, nə dediyini anlamağa çalışardınız yəqin. O dili bilmirsinizsə, bilənlərdən nə deyildiyini öyrənərdiniz.

Ardını oxu...

 

Aqil ƏLİYEV / BİDƏTLƏ MÜBARİZƏ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:21

 

 Sünnətin diqqətlə qorunmasını istəyən və Hicri 1000-ci ildə yaşayan İmam Rəbbani  d.1563 (H.971)  (rəh.ə) bidətlərə qarşı mübarizə etməyi dilə gətirərkən belə deyir: “ Ən bəxtiyar müsəlman  odur ki, İslamın və müsəlmanların qərib kimi olduğu bir vaxtda tərk edilmiş və unudulmuş sünnələrdən birini əhya edib, yayılmış bidətlərdən birini yox edib ortadan qaldırsın. İndi elə bir zamandır ki, Rəsulullah (s.ə.s)-in göndərilməsindən min il keçmiş, qiyamət əlamətləri bir-bir çıxmağa başlamışdır. Rəsulullahın (s.ə.s) Səadət Əsrindən uzaqlaşdıqca sünnələr pərdələnmiş, bidətlər yalan xəstəliyinin çoxalması ilə çoxalmışdır. İndi elə bir müsəlmanlığa ehtiyac var ki, sünnələri əhya etsin, bidət və xurafatları ortadan qaldırmağa səy göstərsin. Çünki bidət və xurafatların rəğbət görməsi dinin saflığına xələl gətirər. (Məktubat, 1, səh; 34-35)

Ardını oxu...

 
 

Mübariz ƏLİOĞLU / TƏQVA ƏMANƏTİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:18

 

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Şübhəsiz bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onu Ruhuləmin (Cəbrayıl) endirdi. Qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə sənin qəlbinə (nazil etdi).” (Şüəra, 192-194)

İlahi əxlaqın qəlblərdə əks-səda doğuracaq dolğun təbiəti ilə əxlaqlanan və bu əxlaqın qəlblərdə yaşanması və kamilləşməsi naminə göndərilən Hz. Məhəmmədin (s.ə.s) aləmlərə ərz etmiş olduğu qulluq dərsləri əhli-beyt və səhabə toplumunda özünün ən zirvə nöqtəsində yaşanmış gerçək bir iman və irfan reallığına çevrilmişdir. “Sabah-axşam Rəbbinin adını an.” (İnsan, 25) buyuran Rəbbimizin əmrinə əmsalsız ibadəti ilə səs verən və “Rəbbinin adını an və bütün mənliyinlə Ona yönəl.” (Müzzəmmil, 8) əmri ilahisinin məzmununa bütün varlığını fəda edən Allah Rəsulunun Rəbbinə qulluğu hərarəti sönmək bilməyən bir çırağa çevrilərək qəlbləri bu gün də isitməkdə davam edir: “Ey iman edənlər! Allah və Rəsuluna itaət edin və (Quranı) eşitdiyiniz halda ondan üz çevirməyin.” (Ənfal, 20) ilahi kəlamının öhdəsində olan Adəm övladlarının mahiyyətində kamil bir iman şüuruna yüksəlməsi üçün bütün varlığı ilə çalışması və buna müvəffəq olması Peyğəmbər iradəsinin ilahi yardımla dəstəklənən qüvvətini bütün aləmlərə ərz edən bir göstərici olmuşdur. Yetişdirmiş olduğu şanlı səhabəsindən sadəcə birisinin, məsələn, Sad bin Muazın son anlarını ümmətinə anladan Allah Rəsulu qulluq libasına bürünmüş insanların Rəbbimizin nəzdində nə qədər qiymətli olduğunu yaddaşlara həkk etdirə bilmişdir: “Sad bin Muazın vəfatına görə Rəhmanın ərşi sarsıldı.”

Ardını oxu...

 
 

Osman Nuri Topbaş / HAK DOSTLARINDAN HİKMETLER Ebû’l-Hasan Harakānî -2-

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:14

 

Əbul-Həsən Haraqani həzrətləri buyurur:

“İki adamın dində çıxardığı fitnəni şeytan da çıkara bilməz:

1) Dünya ehtirasına sahib olan alim,

2) Elmdən məhrum xam sufi!”[1]  

[Allah qatında məqbul bir qulluq həyatı yaşaya bilmək üçün elm, əməltəqva bütünlüyü vacibdir. Quran və Sünnədən xəbərsiz qulluq istiqamətini qorura bilmək çox çətindir. Lakin başlı-başına bilmək də kifayət etmir. Quran və Sünnəni həyata tətbiq edərək təqvaya nail olmaq lazımdır.

Ardını oxu...

 
 

Fuad QULİYEV / BİR AYƏ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:12

 

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə!..

(əl-İsra, 23)

Ardını oxu...

 
 

Səfa Muradov / BİR HƏDİS

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:10

 

VALİDEYNLƏR ÖVLADLARIN CƏNNƏT DƏVƏTÇİSİDİR

Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Burnu yerlə sürünsün! Burnu yerlə sürünsün! Burnu yerlə sürünsün!” Səhabələr: -Kimin, ya Rəsulallah? –deyə soruşduqda Rəsulullah (s.ə.s): “Ata-anasına və ya onlardan birinə yaşlılıq çağında yetişib cənnətə girməyənin” –cavabını verdi. (Müslim, Birr, 3)

Ardını oxu...

 
 

Salih Zeki MERİÇ / SON NAMAZ, SON DUA

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:08

 

Huzura durmak, huzurlu insan işidir. İbadet, önce derin bir arınmayı gerektirir. Kul, Yüce Divan’a yönelir, gönlünü, kalbini bütün hastalıklardan arındırmak için Rabbinin huzurunda boyun bükerse huzur kapısına varmış olur.

İbadet, bir müminlik kıvamıdır. İbadet gönlü cilalar. İncelik kazandırır.

Namaz, ibadetlerin başında gelir. Namaz ayırıcıdır. Arındırıcıdır. Aradaki en hassas çizgidir. Namazsızlık ise felakettir, helâkettir.

Namazlarımızdaki en büyük tehlike, onu sıradanlaştırmaktır. Namaz rutin bir ibadet değildir. Her vakit bir diğer vaktin tekrarı olmadığı gibi her namaz diğer bir namazın tekrarı değildir. Her namaz yeniden başlama fırsatıdır.

Ardını oxu...

 
 

İbrahim EROL / ƏBDÜLQADİR GİLANİ HƏZRƏTLƏRİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:04

 

 

Əbdülqadir Gilani böyük İslam alimlərindən və övliyanın məşhurlarındandır. Hicri 470/ miladi 1077-ci ildə Xəzər dənizinin cənub qərbindəki “Gilan” əyalətinin mərkəzinə bağlı Nəyf kəndində doğuldu. Peyğəmbərimizin soyundan olub həm seyid, həm də şərifdir. Nəsəbi ana tərəfindən Hz. Hüseynə, ata tərəfindən Hz. Həsənə gedib çatır.  Atası Əbu Saleh Musa bin Abdullah, anası Fatimə binti Əbu Abdullah Ümmül-Xayrdır. Atasının adı mənbələrdə fərqli göstərilmişdir.

Ardını oxu...

 
 

Kamran Məmmədov / HİKMƏT LÖVHƏLƏRİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 06:00

 

MƏSNƏVİDƏN

Kar adamın xəstə ziyarəti

Bir kar qonşusunun xəstə olduğunu öyrəndi.

Öz-özünə:

“Bu kar qulağımla qonşumun nə dediyini başa düşmək imkanslzdlr, lakin yenə də getmək lazımdır, getməzsəm olmaz”,- deyə düşündü. Sonra da:

“Xəstəni ziyarətə gedərəm ona:

“Əziz dostum, necəsən?”,- deyərəm. O:

“Yaxşıyam şükürlər olsun”,- deyə cavab verər. Sonra nə yediyini soruşaram. O da hansısa bir şorbanın adını deyər, mən:

“Nuş olsun”, dedikdən sonra həkimlərdən kim gəlir, səni kim müalicə edir?”,- deyə soruşaram.

Ardını oxu...

 
 

Eldar Kərimov / Kişilər ağlamaz

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:57

 

Nə olar, tərpətmə ayrılıq közün,

Əsdikcə küləklər yandırıb, yaxar.

“Kişilər ağlamaz” demə, əzizim,

Kişinin göz yaşı içinə axar.

 

Yəqin nədən yazacağımı çoxunuz elə ilk misralardan anlaya bildiniz. Bəli, kiçik yaşlarımızdan ta indiyədək hər birimizə deyilən məşhur bir söz var: kişilər ağlamaz. İlk baxışdan sadə bir məna kəsb edən bu ifadə əslində dərk edilməsi olduqca çətin və dərin bir mənaya sahibdir. Dünyanın başqa yerlərində belə məsələlərə bir o qədər də mühüm bir şey kimi baxmasalar da çox təəssülər olsun ki, bu bizdə belədir. Kişi dediyin hələ ana bətnindən öz bənzərsiz simasına bürünüb bu dünyanı şərəfləndirir. 

Ardını oxu...

 
 

Adəm Şahin / TÜRKÜSTAN, ACIDƏRƏ VƏ ƏLİABAD

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:54

 

Qazaxıstan ucsuz-bucaqsız boşluğun, səhranın və üfüqün ən kəskin şəkildə hiss edildiyi coğrafi ərazilərdən biridir. Sonsuzluq hissi verən səhrada gedərkən Qazaxıstan bayrağındakı səmanın mavi rəngini, günəşi və qartalı başınızın üstündə hiss edərsiniz.

Çimkəndlə Türküstan arasında, ərazisinə görə dünyanın 9-cu böyük ölkəsində (2.727.300 km2) səfər edərkən sizi yol kənarındakı bir abidə salamlayar. Salama yalnız sözlə qarşılıq vermək olmaz, abidəni ziyarət edirik. Üzərində bunlar yazılıb:

Ardını oxu...

 
 

“DAŞ YUXULAR” görən xəstə təxəyyüllü yazıçıya cavab

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:51

 

Jurnalın bu sayında 1918-ci il mart soyqırımına aid yazacağım məqalə üçün bəzi tarixi mənbələrə bir daha müraciət edərək faktları dəqiqləşdirirdim. Çünki tarixi saxtalaşdırmaqdan, təhrif etməkdən qorxulu heç nə yoxdur. Əlinə qələm alan hər bir şəxs məsuliyyəti itirməməli, həyat həqiqətlərini təhrif etməməli, saxtakarlıqdan uzaq olmalıdır. Vicdanını itirməyən qələm sahibi oxucunu özündən daha ağıllı, daha intellektual, məlumatlı hesab etməlidir.

Ardını oxu...

 
 

Ülvi Məmmədov / HƏYAT DƏFTƏRİNDƏN

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:49

 

Əsil Sevgi

Bir gün müdriklərdən birindən soruşdular: “Sevgidən quru-quru daışanlarla onu yaşayanlar arasında nə fərq var?” Müdrik adam bu sualın cavabını vermək üçün əvvəlcə sevgini dildən qəlbə endirə bilməyənləri çağıraraq onlara süfrə açır. Hamısı yerlərinə oturduqdan sonra boşqablarda isti şorbalar gətirilir. Sonra isə süfrəyə dərviş qaşıqları deyilən bir metr uzunluğu olan qaşıqlar qoyulur. Müdrik adam “Bu qaşıqların ucundan tutub elə yeyəcəksiniz” deyə bir şərt qoyur. Oturanlar razılaşaraq yeməyə çalışsalar da qaşıq uzun olduğu üçün heç bir nəticə hasil olmur. Nəhayət, bacara bilmədikləri ilə razılaşıb süfrədən acqarına qalxırlar.

Ardını oxu...

 
 

Alpay Əhməd / Misir inqilabının daxili siyasi nəticələri

PDF faylını alÇapE-poçt

Yazan redaktor 05.05.13 05:40

 

 

İstənilən inqilabın doğurduğu ilkin nəticələr dəyişikliklərin baş verdiyi ölkədə ilk növbədə eyforiya hissləri doğrurur. Bu baxımdan Ərəb baharının ikinci qurbanı olan Mübarək rejiminin tarix səhnəsindən getməsi təəssüf ki, Misirin, obrazlı desək, mübarək addımlarla inkişafına səbəb olmadı. Biz heç də yazımızda bu ölkənin gələcək perspektivlərinin müstəsna olaraq qara rəngdə verilməsini söyləmirik.

Ardını oxu...

 
 

Səhifə 2 > 2-dəan