Yazan redaktor 05.05.13 05:37
Fevral ayının gəlişi ilk növbədə bütün azərbaycanlıların yadına dəhşətli Xocalı faciəsini salır. XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsi özü ilə birlikdə sağalmaz yaramız olan Qarabağı da gözlər önünə gətirir. O Qarabağı ki, hər zaman bizə dost görünən, əslində əbədi düşmənimiz olan mənfur qonşularımızın iştahını qabardırdı. Ümumi götürəndə deyə bilərik ki, tarixən qonaqpərvərliyi ilə tanınan türk xalqları hər zaman təbiətin ən gözəl guşələrində, səfalı obalarda məskunlaşmışlar. Lakin əlindəkiləri qonşusu ilə bölüşməyi özünə adət etmiş, darda qalana, imdad diləyənə kömək əli uzadan, genində nəcib duyğuların hakim kəsildiyi bu xalqın övladları tarixin müəyyən mərhələlərində mənfur qonşuları tərəfindən xəyanətə uğramışlar.
Yazan redaktor 05.05.13 05:26
Azərbaycan xalqı əsrlərdən bəri vətən torpaqlarını müxtəlif dövrlərdə hissə-hissə itirmişdir. Gəlin tarixə bir anlıq nəzər salaq:
1534-cü ildə Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında bağlanan 5 iyun müqaviləsi nəticəsində Mosul, Kərkük, Ərbil, Süleymaniyyə elləri İraqın tabeçiliyinə verilmişdir.
05.05.13 05:24 ərzində olan dəyişikliklər Yazan redaktor 05.05.13 05:20
Biri vardı, biri yoxdu. Azərbaycan adlı məmləkətdə hər tərəfdən dağlarla əhatə olunmuş, suyu da, havası da dərman olan bərəkətli bir yer var idi. Ərazidə böyük bağlar olduğundan adına Qarabağ deyərdilər o yerlərin. Axı qədim zamanlarda əcdadımızın dilində “qara” təkcə rəng bildirmirdi, həm də böyüklük anlamında işlənirdi.
Yazan redaktor 05.05.13 05:16
Yer: Azərbaycan / Xocalı
Zaman 26 fevral / 1992
Əlləri arxadan ağaca bağlanmış hamilə bir qadının başının üstünü kəsdirən iki erməni püşk atırdı. Bu qanlı qumarı təxminən 100 il bundan əvvəl Anadolu torpaqlarında, Qarsda, Ağrıda, Vanda, Ərzurumda da oynamışdı ataları. Onlardan eşitmişdilər. Qarnı burnunda çarəsiz halda olan azərbaycanlı qadının doğum vaxtına az qalmışdı. Biçarə xəzan yarpağı kimi tir-tir əsirdi. Paltarları cırılmış, ayaqları yalın idi...
Yazan redaktor 04.05.13 07:50
Qarabağ düzünün cənub qərbində yerləşən Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran, Xocavənd və Füzuli rayonları ilə həmsərhəddir. ərazisi 1154 km2, əhalinin sayı isə 177,6 min nəfərdir (2010). Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə və 123 kənd vardı.
Ağdam Azərbaycanda insanların məskunlaşdığı, mədəniyyət qurduğu, ən qədim yerlərdən biri olmuşdur. Şuşa Qarabağın gözü, Ağdam da Qarabağın ürəyi adlandırılırdı. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, Ağdam rayonunda insanlar 8-10 min il bundan əvvəl yaşamışlar. Xındırıstan, Qərvənd, Sarıcalı, Ağdamkənd, Zəngişalı, Kəngərli kimi kəndlər ən möhtəşəm yaşayış məskənlərindən biri olmuşdur. Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı Eneolit (e.ə. VI-IV minillik, mis-daş dövrü) və Orta Tunc (e.ə.III minillik)dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə dair maddi-mənəvi abidələr aşkar edilib.
Yazan redaktor 04.05.13 07:39
İrfan: İlk növbədə özünüz haqda qısa məlumat verərdiniz mümkünsə?
Şamil Sabiroğlu: 1965-ci ildə Salyan şəhərində dünyaya gəlmişəm. Ali təhsilli jurnalistəm. Əmək fəaliyyətimə Səhər qəzetinin müxbiri kimi başlamışam. Xocalı soyqırımı haqqında Azərbaycan mətbuatına ilk məlumat verən jurnalistəm. Müdafiə Nazirliyinin Azərbaycan Ordusu qəzetində müxbir, şöbə müdiri, daha sonra Veteran qəzetinin baş redaktoru işləmişəm. Hazırda Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin sədri, o cümlədən Ana Harayı qəzetinin baş redaktoruyam. İki kitabım işıq üzü görüb. İlk kitabım belə adlanır: “Onu eldən soruşun”. “Bir kışın vahşeti: Hocalı” adlı ikinci kitabım Ankarada nəşr olunub. Üçüncü kitabım çapa hazırlanır. Adı belə olacaq: “Qəhrəman şəhər”. Tərəqqi medalına layiq görülmüşəm. Müharibə veteranıyam.
Yazan redaktor 04.05.13 07:35
Türkdilli-türksoylu xalqların məişətində ən çox vüsət tapmış içki çaydır. Bu gün ölkəmizdə elə bir ev yoxdur ki, orada çay içilməsin. Təbii ki, çay süfrəsi ilə çay mədəniyyətinin formalaşması danılmazdır. XIX əsrdə Qarabağın tanınmış simalarından və şairlərindən olan Mir Həmzə Seyid Nigari tərəfindən yazılan “Çaynamə məsnəvisi”ndə də o dövrdə Azərbaycan xalqının örf və adəti, məişəti, süfrə mədəniyyəti haqqında ətraflı məlumat verilmişdir. Ən əsası isə bu əsərin XIX əsr təsəvvüf ədəbiyyatmızın ən önəmli nümunələrindən biri olması və bu dövrdə yaşayan məşhur sufilərlə bərabər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında da məlumat verməsidir. Əsər XIX əsrdə yazılmış məsnəvilər içində öz dolğunluğu və vermək istədiyi ideya etibariylə də önəmli yerə sahibdir. Əsərdə samovarı vəfalı aşiqə bənzədən şair onun müxtəlif hissələrinə də təsəvvüfi məzmunlar yükləmişdir. Şair ilahi eşq ilə yanıb tutuşan samovarın qaynatdığı çayı ilahi eşqin şərabına oxşadaraq bu çaydan içənlərin qəlbinə fərəh və sevinc gəldiyini poetik bir dillə ifadə edir.
04.05.13 06:34 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:52
İnsanlığın qurtuluşu üçün göndərilən son və ən böyük peyğəmbər Hz. Məhəmməd (s.ə.s)-dir. Onun dünyanı şərəfləndirdiyi gün isə miladi 571-ci il, hicri Rəbiuləvvəl ayının 12-si olmuşdur. Bu mübarək gecəyə də “Mövlud Gecəsi” deyilir. Hz. İsanın doğum günü dünyada “milad” adıyla necə məşhurdursa, Peyğəmbərimizin doğum günü də dünyada “Mövlud” adıyla məşhurdur.
04.05.13 06:42 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:49
04.05.13 06:44 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:46
Allah insanlara görünən və görünməyən, bilinən və bilinməyən bütün pis və qorxunc şeylərdən Özünə sığınmalarını əmr edir. “Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın!” (əl-Fussilət, 36)
Bu ifadədən Allahın himayəsinə sığınmağı tələb edən bir çox pisliklərin var olduğu açıq-aydın bilinməkdədir. Pisliyin qaynağı istər şəxsən şeytan, istərsə də onun oyuncağı halına gəlmiş bir qism insanlar olsun, bu pisliyi rədd etmənin mümkün olduğu bilinməlidir. Şeytandan qurtuluş bütün varlıqların yaradıcısı və Rəbbi olan Allaha sığınmaq, Onun həyat nizamı olan İslam dininin əmr və qadağanlarına tabe olmaqla mümkündür.
İnsanlar ona yapışaraq səmaya doğru yüksəlsinlər deyə Allahın göydən endirib bizə uzatdığı ipi
04.05.13 06:46 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:36
Uca Allah Qurani-Kərimdə buyurur:
“İnsanlar içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub onları Allahı sevən kimi sevənlər vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.” (əl-Bəqərə, 165)
İlahi muradın əsəri olan insan övladı bu muradın incə təbiətinə nüfuz edə biləcəkruhani qabili
04.05.13 06:57 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:28
Ebû’l-Hasan Harakānî Hazretleri buyurur:
“Türkistan’dan Şam’a kadar olan sahada bir din kardeşimin parmağına batan diken, benim parmağıma batmıştır; birinin ayağına çarpan taş, benim ayağımı acıtmıştır. Bir kalpte hüzün varsa, o kalp benim kalbimdir.”[1]
04.05.13 07:06 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:25
Qış öz gəlişi ilə mən buradayam deyir. Qışın gəlməsi ilə sanki insan daha çox ölüm xəbərləri almağa başlayır. Yarpaqların budağından bir-bir tökülməsi kimi növbəsi çatan gedir. Olum və ölüm daim yaşanır.
Bir neçə gün əvvəl tanışlardan birinin cənazə namazını qıldıq Əyyub Camesində. Üzlərdə kədər, gözlərdə yaş vardı. Sözün bitdiyi yerdə idik. Hər kəs tərif edə bilmədiyi bir həqiqəti yaşayırdı. Halbuki hər gün onlarla ölüm xəbəri alırıq. Amma tanıdıqlarımızdan biri olduqda insan fərqli hisslər keçirir. İnsan qışda bir az daha özünə qapanıq yaşayır. Öz səsinə daha çox qulaq verir. Və həyatı daha çox fərqində olaraq yaşayır. Ona görə də eşitdiklərindən çox təsirlənir.
04.05.13 07:07 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:22
Qılınc və qələm deyiləndə dərhal yadımıza görkəmli ədibimiz Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı gəlir. Bu romanı oxuyanlara məlumdur ki, ədib burada qılıncın və qələmin gücündən bəhs edir. Əsərin qəhrəmanlarından biri sərkərdə Fəxrəddin, digəri isə şair Nizami Gəncəvidir. Biri qılıncı ilə mübarizə aparır, haqqı müdafiə edir, digəri isə qələmi ilə haqqı təbliğ edir. Təbii ki, bu, əsərin ideologiyasıdır.
04.05.13 07:10 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:19
İrfan: Ələddin dayı, əvvəlcə özünüz haqqında məlumat verməyinizi xahiş edirik.
Ələddin dayı: Mən 1928-ci ilin noyabr ayında Şamaxının Padarçöl kəndində anadan olmuşam. Böyük qardaşımın 8, mənimsə 4 yaşım olanda anamızı itirmişik. Allah ölənlərinizə rəhmət eləsin. Rəhmətlik bir qoca nənəmiz vardı. Mənim 11 yaşıma qədər bizə baxıb, analıq qayğısı göstərib. Nənəmiz Haqqın rəhmətinə qovuşandan sonra atam ikinci dəfə evlənmək məcburiyyətində qalıb. Mənim 13 yaşım olanda Böyük Vətən müharibəsi başlandı. Qardaşım Nurəddin davaya getdi və qayıtmadı. Atamın ikinci evliliyindən də 4 uşağı oldu və körpə bacı-qardaşlarımın ehtiyaclarını ödəmək üçün atamdan sonra məsuliyyət mənim üzərimə düşdüyündən, ağlım kəsəndən əmək fəaliyyətinə başlamışam.
04.05.13 07:12 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:14
Fərqli ibadət şəkillərinin bir neçə səbəbi var. Onlardan bəziləri ayə və hədislərin fərqli yorum və təvilləri ilə meydana gəlmişdir ki, namazda əl və ayaqların şəkli, dəstəmazı pozan hallar və sair kimi məzhəb fərgliliyidir.
Bəziləri isə İslama girən xalqların dinin əsasları ilə örtüşən örf-adəti və buna paralel inkişaf edən dini həyat tərzindəki fərqliliklərdir. Misal olaraq hər xalqın təsəttür şəkli və forması, Qurana və qibləyə hörmət anlayışı və sair hallar özünəməxsusdur və digərlərindən fərglidir.
04.05.13 07:18 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:11
1990-cı illərdə Sovet imperiyasının buxovlarından xilas olduqdan sonra Azərbaycan cəmiyyətini aydınlatmağa gələn, İslamın nurunu Qafqaz dağlarının ətəklərinə, uçulmuş məscid minarələrinə, İslamdan uzaq qalan insanlara çatdırmaq istəyən könül insanları olmuşdur. Bu insanların gəlişiylə yüzlərlə, hətta minlərlə insan kimi Dr. Əfəndi Cəfərov da mənəvi qidasını almışdı. O, eyni zamanda bu niyyətlə gələnlərə hər zaman könül qapılarını taybatay açmış, bağçasındakı özəl müayinəxanasını Şəkidə ilk dəfə məsciddən əlavə qızlar üçün Quran kursuna vəqf etmişdi. Bu gün də həmin kurs sədəqeyi-cariyə olaraq varlığını davam etdirir.
04.05.13 07:19 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:08
2010-cu ildən etibarən Ərəb Baharı kimi artıq tarixə düşmüş siyasi kataklizmlərin fonunda Suriyada baş verən qanlı hadisələr regionda baş verən dəyişiklikləri daha çox qara rəngdə göstərir. Artıq BMT-nin rəsmi məlumatlarına görə bu ölkədə ölən insanların sayı 60 mini keçmişdir və böhranın həll edilməsi üzrə BMT və Ərəb Dövlətləri Liqasının xüsusi təmsilçisi Lahdar Brahiminin son bəyanatına görə bu gedişlə qurbanların sayı 2013-cü ilin sonuna 150 minə çata bilər.
04.05.13 07:20 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:05
Sual: Foreks (forex) vasitəsilə pul qazanmaq olarmı?
Cavab: Forex (banklararası beynəlxalq valyuta bazarıdır) ingilis dilində “foreign exchange” sözlərinin qısaltmasıdır və ölkələrin pul vahidlərinin bir-biri ilə mübadiləsi bazarıdır. Öz aralarında xüsusi şəbəkə vasitəsilə müxtəlif ölkələrin valyutalarını mübadilə edirlər. Yəni bir ölkənin pul vahidi müqabilində digər bir ölkənin pul vahidinin alındığı və ya satıldığı bazardır. Bu mübadilə çox böyük məbləğlərlə gerçəkləşdirilir. Belə ki, gündə 3 trilyon dollardan çox məbləğdən söhbət gedə bilər. Bazarın əsas iştirakçıları banklar və broker şirkətləridir. Broker şirkətləri müştərilər tərəfindən tələb olunan alqı-satqıları yerinə yetirirlər. Böyük məbləğləri olan müştərilər üçün banklar özləri də broker xidmətini verirlər.
04.05.13 07:22 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:03
Zalım bir vali vardı. Bu vali bir gün adamlarını göndərərək Həsən Bəsri həzrətlərini tutdurmaq istədi. O da bir vaxtlar dərs verdiyi Həbibi Əcəmi həzrətlərinin daxmasına gəlib gizləndi. Valinin adamları özlərini çatdırıb:
04.05.13 07:23 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 04:52
Myanma Müsəlmanları əziyyət çəkir
Cənubi Asiya ölkələrindən Myanmanın qərbindəki Arakan (Rakhine) əyalətindəki Rohingya müsəlmanlarını hədəf alan şiddət hadisələri azalmasına baxmayaraq davam edir.
Təxminən 100 min Arakan müsəlmanının didərgin salındığı bölgədə həyatını itirənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar verilir. Myanma rəsmiləri, hadisənin “Arakan müsəlmanları ilə budistlər arasında baş vermiş bir qarşıdurma olduğunu və həlak olanların sayının 80 ətrafında olduğunu söyləyir, amma Arakan müsəlmanlarının aktiv qrupları isə bu sayın minlərlə oduğunu israr edirlər.