Mübariz ƏLİOĞLU / Axirətin aynası

Yazan redaktor 20.06.13 09:42

“Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbehi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (əl-Fəth, 29)

Ardını oxu...

 

Osman Nuri Topbaş /HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Loğman Həkim u- 3

Yazan redaktor 20.06.13 09:40

Loğman u buyurur:

"Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!" (Loğman, 17)

[Bu nəsihətiylə Loğman Həkim Allahın fərz etdiyi çox əhəmiyyətli əməllər olan; namaz, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmə və səbrə diqqət çəkməkdədir.

Ardını oxu...

 
 

Aqil ƏLİYEV / QEYBƏT VƏ EYİB ARAŞDIRMAQ QADAĞANDIR

Yazan redaktor 20.06.13 09:39

 Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, günümüzdə cahil insanlar bir yana, elm sahibləri də bir-birilərinin eyiblərini araşdırmaqdan, dedi-qodusunu etməkdən qətiyyən çəkinmirlər. İstər televiziya kanallarında, istər internet saytlarında, istərsə də kürsülərdən bir-birilərinin əleyhində danışır, hamıdan savadlı, ən təmiz, ən doğru insanın yalnız özlərinin olduğuna işarə edirlər. Halbuki belə davranışlar cəmiyyətə xeyirdən çox zərər vurur. İslam dini hər hansı bir insanı və ya müsəlmanı təhqiri, dedi-qodusunu etməyi, gizli qüsurlarını və eyiblərini açıb ağartmağı qadağan etmişdir.

Ardını oxu...

 
 

Hasan Enes ÜNLÜ / ELMLƏ XİDMƏT ETMƏ EŞQİ

Yazan redaktor 20.06.13 09:37

İnsanların yaşamaq üçün ən mühüm ehtiyacları su və aşdır. Başqa bir ifadəylə desək; çörəkdir, qidadır. Biz insanlar həyat mücadiləmizi ən yaxşı şəkildə davam etdirə bilmək, bizdən gözlənilənləri maksimum səviyyədə yerinə yetirə bilmək, bu məqsədə çata bilmək üçün elm vasitələrindən yaxşı istifadə etməliyik. Həm özümüz üçün, həm ətrafımızdakıların daha rahat bir həyat yaşaya bilməsi üçün elmimizdən davamlı surətdə istifadə etməliyik. Elmi təbliğ etməyin qarşısına keçmək istəyənlərin bizə doğru atdığı zəhərli oxlara qarşı öyrəndiklərimizi üzümüzə qalxan edərək  özümüzü qorunmağı bacarmalıyıq.

Ardını oxu...

 
 

Səhifə 3 > 4-dəan