Mübariz ƏLİOĞLU / Hz. Ömər (r.a)

Yazan redaktor 20.06.13 07:23

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur!” (Nisa, 13)

Mübarək kitabımızda buyurulan Allaha və Peyğəmbərə itaət əmrini nəfsani, şeytani və dünyəvi əngəlləri aşaraq müvəffəqiyyətlə həyatlarına tətbiq edən səhabə nəslinin bizə örnək olaraq buraxdıqları mənəvi miras öz layiqli varislərinin yolunu qiyamətə qədər gözləyəcək bütövlükdədir. İnsanlıq qeyrətini ilahi hökmləri yaşamaq uğrunda toplayan bu insanların təslimiyyəti hər bir kəsdə heyranlıq yaradacaq ölçülərdir:

Ardını oxu...

 

Salih Zeki Meriç / EY AŞİQ!

Yazan redaktor 20.06.13 07:19

Gizli bir xəzinənin bilinmə muradı ilə başladı sənin macəranın. O ki, bilinmək istədi və bunu arzu etdi. Sonra aləmləri var etdi. Səni aləmlərin ən şərəflisi qıldı. Sənə ruhundan üfürdü. Ruhlar aləmindən, dünya aləminə doğru bir səfərin başladı.

Bir Adəm oldun, bir Həvva. Adəmin Həvvaya meyli və ruhunun ülviliyi Rəbbinin sənə bir lütfü idi. Adəmlə Həvvanı bir-birinə xoş göstərən nə idi heç düşündünmü? Yaxud nə idi onlara ayrılığı daddıran? Quru bir dünyada təkbaşına illərlə dolaşdıran.

Ardını oxu...

 
 

Osman Nuri Topbaş / Məqbul Bir Qulluq Üçün TƏQVA HƏYATI və XİDMƏT

Yazan redaktor 20.06.13 07:17

İslamın hədəflədiyi “kamil bir mömin” ola bilmək üçün dini “elm, əməl və ixlas” bütünlüyü içində idrak edib yaşamaq lazımdır. Həqiqətən;

● Məqbul bir qulluq həyatı üçün “elm” zəruridir. Lakin elm bəndəni xüşu, təqva və saleh əməllərə sövq edərək mərifətullaha çatdırarsa Haqq qatında bir qiymət ifadə edər. Ayeyi-kərimədə buyurulur:

“...Allahdan Öz bəndələri içərisində ancaq alimlər (layiqincə) qorxar...” (Fa­tır, 28)

Ardını oxu...

 
 

Məhəmməd FÜZULİ / SU QƏSİDƏSİ

Yazan redaktor 20.06.13 07:15

Saçma ey göz, əşkdən könlümdəki odlarə su

Kim, bu dəklü tutuşan odlarə qılmaz çarə su.

 

Abgüundur günbəndi-dəvvar rəngi, bilməzəm,

Ya mühit olmuş gözümdən günbəndi-dəvvarə su.

Ardını oxu...

 
 

Səhifə 3 > 5-dəan