155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müsəlman Və Dəyişim / Dr. Şemseddin KIRIŞ

      Share

      Yaşadığımız əsrin ən yayğın sözlərindən biri də dəyişimdir. Hər kəs dəyişməkdən bəhs edir. Varlığını sürdürmək istəyirsənsə, dəyişmək məcburiyyətindəsən. Fərd də dəyişməlidir, cəmiyyət də.

       Dünyaya uyğunlaşmaq lazımdır. Dünya durmadan dəyişməkdədir.

                  Dəyişmək insana nə gətirir? Yaşadığımız çağda gözə dəyən dəyişim fərd və arzuların ilahlaşdırılmasıdır. Fərdin arzuları -azğın arzular olsa da- "toxunulmaz" qəbul edilir. Söz gəlişi, cinsi mövzularla əlaqədar yeni bir təmayül ortaya çıxmışsa, o düşüncəni daşıyanların haqları insan haqlarıyla əlaqələndirilir. Halbuki azğın meyillərin müalicə edilməsi cəmiyyətin fərd üzərindəki haqqıdır. Çünki insan təmayüllərini idarə edə bilmədiyi təqdirdə bundan bütün cəmiyyət zərər görər.

      "İctimai yaxşılaşma"nın deyil, fərdi müvəffəqiyyətin hədəf olaraq insanların önünə qoyulması da bu əsrdə tanış olduğumuz bir dəyişimdir. Fərdi müvəffəqiyyət ictimai hədəflərlə birlikdə bir məna daşıyır. Gənclər fərdi müvəffəqiyyətə yönəldikləri üçün ictimai müvəffəqiyyətlərə liderlik edə bilmirlər. Gənclərin önünə yalnız fərdi hədəfləri deyil, ictimai hədəfləri də qoymaq lazımdır. Gənclərə "bu ölkəni dəyişdirmək, hətta dünyanı dəyişdirmək sənin əlindədir" demək lazımdır.

      Təhsilin təməl məqsədlərində və metodlarında dəyişikliklər müşahidə olunur. Bir çox ölkələrin təhsilində əsas hərəkət nöqtəsinin yeni bir dəyər kəşf edən və paylaşan insan yetişdirmək deyil, "itaətkar vətəndaş" və "yaxşı istehlakçı" yetişdirmək olduğunu görürük. İbtidai təhsildən tutmuş universitetə qədər bütün təhsil sektoru istehsalın deyil, istehlakın tərəfdarı görünür.

                  Tarixə baxaq. Dəyişimlər insana xoşbəxtlik gətiribmi? İctimai islahatların insana xoşbəxtlik gətirdiyini qeyd etməmək əlbəttə ki, doğru olmazdı. Bunun ən göz oxşayan nümunəsini Hz. Məhəmməd ortaya qoydu. Bədəvi bir cəmiyyətdən bütün dünyaya nümunəvi bir mədəniyyət nümunəsi çıxardı. İslamiyyət, Adriatik dənizindən Çin səddinə qədər yayıldı. Müsəlmanların bu parlaq dövrləri fiziki səbəblərlə açıqlana bilməz. Ancaq ruh yüksəkliyi, ali ideal ilə açıqlana bilər. Müsəlmanlıq bütün insanlığa bir ideal qazandırdı. İnsanın hədəfini ucaltdı. Həyatın ölüm sonrasını da əhatə edən mənasını öyrətdi.

      Ətrafımızdakı müsbət və mənfi bütün dəyişimlər daxilimizdəki dəyişimlərə bağlıdır.  Daxili dəyişikliklərimiz xaricimizə əks olunar. Niyyət pozuqluğumuz varsa, işimizdə və davranışlarımızda da bunun əksi müşahidə olunur. Şeytan da insan üzərində bir "dəyişim mübarizəsi" aparır. Şeytan yaradılışdakı saflığı pozmaq, dəyişdirmək istər. İnsanın yaradıldığı kimi qalmamasını, fiziki və mənəvi dəyişikliyə getməsini istər. (ən-Nisa, 119) Şeytan yalnız vəsvəsə ilə daxili narahatlığa səbəb olmur. İnsanın xarici görünüşü və fiziki quruluşuyla da oynayər. Müasir çağda cazibədar görünmək naminə fitrətə zidd geyim və bədənə edilən müdaxilələr bunu açıq şəkildə ortaya qoyur. İnsan da saf qala bilmə mübarizəsi aparmalıdır. Kamil insan olmaq bu daxili mübarizəyə bağlıdır. Bir cəmiyyət öz iç daxilini dəyişdirmədikcə Allah da onları dəyişdirməz. (ər-Rəd, 11) Peyğəmbərimiz (s.ə.s) buyurur: "Kim bir pislik görsə, onu əliylə dəyişdirsin. Əgər əliylə dəyişdirməyə gücü çatmazsa, diliylə dəyişdirsin. Diliylə dəyişdirməyə də gücü çatmazsa, ürəyi ilə dəyişdirməyə çalışsın, bu, imanın ən zəif dərəcəsidir." (Müslim, İman, 78) Əllə dəyişdirmə idarəçilərin, dillə dəyişdirmə alimlərin, ürəyi ilə dəyişdirmə də xalqın vəzifəsi olduğu qəbul edilmişdir. Ürəyi ilə dəyişdirmə edilən pisliyə nifrət, edən kimsəyə də düzəlməsi üçün dua şəklində olacağı ifadə edilmişdir. Cəmiyyətdəki pisliklərin öhdəsindən gəlinməz hala gəlməsi cəmiyyətin yaxşılıqlara yönəlməsinə ən böyük maneədir. Sağlamlığını itirmiş bir cəmiyyətdə fərdlərin də ruh və bədən sağlamlıqlarını itirdiyini söuləmək mümkündür.

      Əslində "müsəlman fərd" başqasına deyil, özünə baxan, özünü düzəltməyə çalışandır.  Hz. Peyğəmbər: "Bizə ayıb və qüsur araşdırmaq qadağan olundu." (Əbu Davud, Ədəb, 37) buyurur. Başqasına deyil, özünə baxmaq, özünü düzəltmək də müsbət nəticə qoyur ortaya. Şəxsiyyət özünü, kimliyini tapmaqdır. Elə ehy başqalarının hərəkətləriylə maraqlanan adam özünü tapa bilməz. Fərdi müstəvidə etibarlı olan bu vəziyyət ictimai müstəvidə bütün müsəlmanlar üçün də etibarlıdır. Müsəlmanlar düzəlməyi və müsbət istiqamətdə dəyişməyi həqiqətən istəyirlərsə, nəzərlərini Avropaya, Amerikaya, Çinə baxmaqdan özlərinə çevirməlidirlər. Cəmiyyət olaraq da başqasına deyil, özümüzə baxmaq müsbət istiqamətdə irəliləmə və inkişafın vazkeçilməz şərtidir. Müsəlman fərd, müsəlman ailə, müsəlman məhəllə diqqətə dəyər bir düsturdur. Ailədən dərhal sonra məhəllənin gəlməsi də mühüm məna kəsb edir. Müasir çağda müsəlmanlar məhəllə anlayışını unutdu. Halbuki məhəllə bir duyğunun, düşüncənin, inancın idealın cəmiyyətə hopmasında əvəzsiz pillələrdən biridir.

      Bütün dünyanın yeni bir dəyişimə ehtiyacı olduğu müşahidə edilir. Sevgi və mərhəmətdən məhrum olmaq böyük itkidir. Texnologiyanın sevgiyə ehtiyacı var. Fabriklərin sevgiyə ehtiyacı var. Maşınların sevgiyə ehtiyacı var. Bütün dünyanın müsəlmanların müsəlmanlığına ehtiyacı var. Biz özümüzlə fəxr etməyi çoxdan unutduq. Özümüzü unutduq, özümüz olmağı unutduq. Biz özümüz kimi olmağa davam etsəydik, etdiyimiz işlərlə insanları həm fiziki, həm də ruhi baxımdan doyuracaqdıq. Onları sevgi və mərhəmətdən yoxsul olmaqdan qoruyacaqdıq.

                  Müsəlmanlar "dəyişimi" özgələrindən öyrənməyə qalxsalar, əsarətdən qurtara bilməzlər. Müsəlmanların dəyişim prosesi öz ruhlarıyla, inanclarıyla, hədəfləriylə olmalıdır.

       

      • Hits: 1072 clicks

      Tecox component by www.teglo.info