155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Quranin Şəfa Verməsi / Mehman İsmayılov

      Share

      Xəstəliklərlə mübarizə hər şeydən əvvəl tibb elminin mövzusudur. Ancaq insanlar bəzən tibbin aciz qaldığı zamanlarda dinə sığınaraq ondan mənəvi və ruhi cəhətdən qidalanmışlar. 

      Qurandakı surə və ayələr vasitəsi ilə xəstəliklərə çarə axtarmışlar. Lakin unutmamaq lazımdır ki, Quranın əsas gəliş məqsədi insanların maddi xəstəliklərinə deyil, mənəvi xəstəliklərinə şəfa verməkdir. Əlbəttə, bəzi surə və ayələrin xəstəlikləri müalicə etdiyinə dair hədislər vardır. Biz bu ger,’yi inkar etmirik. Məsələn, səhabələrdən olan Əbu Səid əl-Xudrinin əqrəb sancan bir qəbilə başçısını Fatihə surəsini oxuyaraq müalicə etməsini Hz. Peyğəmbər də təsdiqləmişdir. İslam alimləri də xəstəliklərin müalicəsində bəzi ayə və surələrin oxunmasını məqbul saymışlar. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi Quranın şəfa olması əsasən mənəvi cəhətdəndir. Başqa cür ifadə etsək “kamil insan şəxsiyyəti” yetişdirməkdir.

      Qurani-Kərimdə üç ayə vardır ki, bu ayələr Quranın insanlar üçün şəfa olduğunu bildirir. Bunlar Yunus surəsinin 57-ci, İsra surəsinin 82-ci və Fussilət surəsinin 44-cü ayələridir.

      Yunus surəsinin 57-ci ayəsində Quranın qəlblərdə olana şəfa olduğu bildirilir:

      “Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, qəlblərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!”

      Alimlər bu ayədəki “qəlblərədə olana” ifadəsini müxtəlif şəkillərdə təfsir etmişlər.  Bəzilərinə görə bu ifadədə qəsd olunan məna oradakı cəhalət, şəkk-şübhə, nifaq və sairədir. Məhəmməd Əsəd bu ayəni təfsir edərkən Quranın qəlblərdə olana şəfa olmasını çox gözəl şəkildə açıqlayır: “Quran, haqqa, həqiqətə və əxlaqi gözəlliklərə tərs düşən nə varsa hamısı üçün şəfadır.”

      İsra surəsinin 82-ci və Fussilət surəsinin 44-cü ayələrində isə Quranın iman edənlər üçün şəfa olduğu xəbər verilir:

      “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.” (əl-İsra, 82)

       

      “Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar).” (əl-Fussilət, 44)

      Birinci ayəni təfsir edən Əlmalılı belə deyir:” Burada dünya, müxtəlif xəstəlik və bəlalarla dolu xəstəxanaya, Peyğəmbər həkimə, Quran da şəfa verən dərmana bənzədilir. Şübhə, riya, küfr, zülm, haqsızlıq, ümidsizlik, cəhalət, gerilik, pis niyyət kimi əxlaqi, sosial və psixoloji xəstəliklərə qarşı Quran şəfa və rəhmət qaynağıdır”.

      Nəticə olaraq Quranın şəfa verməsini düzgün anlayıb, mənəvi xəstəliklərimizi onunla sağaltmağa çalışmalıyıq.

       

       

      • Hits: 683 clicks

      Tecox component by www.teglo.info