155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müdriklərdən Öyüdlər / Akif Hüseyinli

      Share

      * Xəstələrə baş çək, çünki bu adət insanların ən xeyirlisi olan Peygəmbərimiz (s.ə.s)-in  sünnəsidir.

      * Xəstə yetimi sevindirən qapısı bağlanmış olan cənnəti açıq olaraq görər.

      * Dininin saf və təmiz bir su kimi qalması üçün daima halal ruzi istə.

      * Haram ardınca qaçanın qəlbi bədənin içində tamamiylə ölümə məhkum edilmişdir.

      * Bilmiş ol ki, ədəb insanın bədənindəki ruh kimidir, əslində ədəb Allah adamlarının gözü və könül nurudur.

      * Əgər şeytanın başını əzmək istəyirsənsə gözünü aç, gör ki, şeytanın qatili ədəbdir.

      * İnsan oğlunda ədəb olmazsa o insan deyildir.

      * İnsan ilə heyvan arasındakı fərq ədəb ilədir.

      * Gözünü aç, başdan başa Allah kəlamı olan Qurani Kərimə bax! Quranın bütün ayələri ədəb öyrədir.

      * İman nədir?  deyə ağlımdan sordum. Ağıl qəlbimin qulağına: “İman ədəbdən ibarətdir” -deyə pıçıldadı.

      * Dünya gecəsini aydınladacaq ışıqlarn ən parlağı ədəbdır.

      * Allaha ədəbli olmaqda müvəffəq olmağımız üçün dua edək, çünki ədəbli olmayan Allahın lütfündən məhrum qalar.

      * Ədəb bir tac imiş nuri-Xudadan; Gey o tacı əmin ol hər bəladan.

      * Ağlını başına topla və ömrünü yaşadığın bu gündən ibarət bil.

      * Ölüm yolda durub gözləyir, əfəndi isə gəzib kef eləmək sevdasındadır.

      * Ölüm bizi bir-bir çəkib alır, onun heybətindən ağıllıların rəngi sapsarı olur.

      * Ölüm onu xatırlamaqdan daha yaxındır.

      * Bədəni bəsləyib şişirtməyə fikir vermə, çünki o nəticədə torpağa verilən qurbandır. Sən qəlbini bəsləməyə çalış çünki ucalara gedəcək və şərəflənəcək odur.

      * Bu leşə, yağlı, ballı şeyləri az ver, çünki bədənini bəsləyən nəfsin arzularına məhkum olub axırda rəzil olur.

      * Dirilik istəyirsənsə, ölmədən əvvəl öl. Bu ölüm səni məzara aparan ölüm deyil, səni dəyişdirən, səni insanlığa, ilahi eşqə, nura aparan ölümdür. 

      • Hits: 1007 clicks

      Tecox component by www.teglo.info