Sevincdə Və Kədərdə Dərd Otağı / Salih Zeki Meriç

      Share

      Bir cəmiyyətin əbədiyyən mətin qalması və dəyər verdiklərini qoruya bilməsi üçün əsla vaz keçilməz bəzi amillərin davamiyyətini qoruması lazımdır. 

      Məntiqi və bilinən əxlaqi normalarını ən yüksək insani dəyər olaraq qəbul edilən kriterlərin yaşaması və yaşadılması o cəmiyyətin müəyyən bir səviyyəyə yüksəlməsinə xidmət edir.

      Qarşılıq gözləmədən vermək, başqa bir ifadə ilə “fədakarlıq” insan xarakterində o insanın bir sıra istəklərindən vaz keçərək qarşıdakını düşünməsi və öz istəklərini bir başqasına tərcih etməsi deməkdir. Bu fədakarlığın ictimai formada hayata keçirilməsinin məssisələşmiş halı mədəniyyətimizdə olan və inkişaf edən “vəqf” düşüncəsini meydana gətirmişdir. “Xeyirxahlıq” düşüncəsinin ən zirvə nöqtəsi olaraq şəkilləndiyi, müəssisələşdiyi anlar “vəqf”lərdir. Bu düşüncə əslində ilk insan və ilk peyğəmbər Həzrət Adəm (ə.s)-dan etibarən başlayan, təməlində ilahi bir sövqün olduğu bir davranışdır. Qurani-Kərimdə davamlı sövq edilən “infaq” məsələsi və ya imkanı olan insanın üzərində məcburi bir vəzifə olan “zəkat” ibadəti bu “infaq” sövqünün nəticəsidir.

      Cəmiyyətdəki sosial yardımlaşmanı meydana gətirən, möhtac olanların halından anlama qabiliyyətini inkişaf etdirmənin ən qısa yolu özündə olanı başqa biri ilə bölüşə bilməyin uca əxlaqını göstərməkdir.

      Peyğəmbərimiz (s.ə.s)-in zamanında səhabələrin zəngin olanları Qurani-Kərimin və birbaşa Allah Rəsulunun “mallarından infaq etmə” sözlərinə cani-könüldən qulaq vermişlər və islam dinin sosial yönü ilə bir öaylaşmaq dini, fağıra, möhtaca yardım etmə ərdəmini bariz bir şəkildə həyatlarında yaşamışlar.

      Bu uca mədəniyyət İslam mədəniyyətinin yayıldığı bütün coğrafiyalarda özünü göstərmiş və sosial mühitin xüsusiyyətlərindən müsbət mənada nə qədər fərqli olduğunu göstərmişdir.

      İslam mədəniyyətində hanlar, hamamlar, karvansarayar, çeşmələr, camelər çox vaxt dövlət tərəfindən inşa edilməmiş, dövlətin müşfiq üzünü cəmiyyətə göstərən “vəqflər” vasitəsiylə ortaya qoyulmuşdur.

      Xüsusilə İslam mədəniyyətinə misilsiz mədəniyyət varlıqları qazandıran və dünya dövlətlər tarixində uzun müddət hökmranlıq edən Osmanlı dövlətində “vəqfçilik” mədəniyyəti ən zirvə nöqtədə olmuş, cəmiyyətin ən alt təbəqəsinə qədər gedib çatan “vəqflər”, xeyir müəssisələri vasitəsilə həyata keçirilmişdir.

      Günümüzdə qeyri-hökumət təşkilatları olaraq cəmiyyət həyatına maddi-mənəvi istiqamət verən bu müəssisələr adətən cəmiyyətin şah damarları və ictimaətin bütün təbəqələrinə qan vuran “ürək” vəzifəsini göstərməkdədir.

      Osmanlı dövləti tarixinə nəzər yetirdikdə insanı heyrətə salacaq dərəcədə incə düşünülmüş və xidmət sahələri çox, hətta çox maraqlı, maraqlı olduğu qədər də mühüm “vəqf”lər qurulmuşdur.

      Osmanlı “insan”a verdiyi yüksək qiymətlə yanaşı qurduğu vəqflər sayəsində “insan”dan başqa digər məxluqlara da əlindən gəldiyi qədər diqqət və qayğı ilə yanaşmışdır. Bu diqqət və qayğını vəqflərin adlarından da asanlıqla başa düşürük.

      Əsri-səadətdə “Əshabi-süffə” ilə başlayan bu paylaşma düşüncəsinin ən gözəl nümunələrini Həzrət Osman (r.a)-ın su quyularını satın alaraq müsəlmanların xidmətinə verməsi, Həzrət Əbu Bəkrin xurma bağlarını xəzinəyə vəqf etməsi olaraq görürük.

      İslam insanın sahib olduğu zənginlikdə ehtiyac sahiblərinin də haqları olduğunu və zəngin olan şəxslərin o zənginliklərini cəmiyyətin rifahı üçün sərf etməsini hər zaman tövsiyə etmişdir.            

      • Hits: 1009 clicks

      Tecox component by www.teglo.info