Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْاَرْضِ مَرَحًا اِنَّ اللّٰهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

      “Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz”. (Loğman, 31/18)

      Qurani-Kərimin əsas qayələrindən biri insan oğluna nəsihət verməkdir. Bu ayədə Loğman əleyhissalamın oğluna verdiyi nəsihətlərdən bir qismi yer alır.  Vəzifəsi, mal-mülkü və zahiri görünüşündən asılı olmayaraq insanlar Allah qarşısında bərabərdirlər. Qurani-Kərimin ifadəsi ilə: “Allah yanında sizin ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır”. (əl-Hücürat, 49/13) Belə olan halda bir mömin əsla başqasına qarşı təkəbbür göstərməməli və ona xor baxmamalıdır. “Təkəbbürlə insanlardan üzünü çevirmə!” ifadəsi məhz buna işarə edir. Digər tərəfdən, başqalarına yuxarıdan baxıb onları xor görmək Uca Allahın yer üzündəki bölgüsünə və təqdirinə razı olmamaqdır. İmtahan dünyasında Allah-Təala insanları zəngin, kasıb, gözəl, çirkin, sağlam və ya xəstə olaraq xəlq etmişdir. Nəzərgahi-ilahi qəlbdir. Uca Allah insan oğlunun qəlbindəki niyyətə və ixlaslı əməlinə görə ona dəyər verər. Digər bir ayeyi-kərimədə: “Göylərdə və yerdə böyüklük (ululuq) yalnız Ona məxsusdur”, (əl-Casiyə, 45/37) - buyurularaq Allahdan başqa heç kimin ululuq və təkəbbür iddiası ilə çıxış edə bilməyəcəyi bəyan edilir.

      Məqalənin davamını İrfan Jurnalına abunə olaraq oxuya bilərsiniz... 

      • Hits: 77 clicks

      Tecox component by www.teglo.info