Rəşad MANAFOV - İKİ NƏFƏS ARASINDAKI MÖCÜZƏVİ HƏYAT

      Share

      İnsan “iki nəfəs” arasındakı ömrünü xeyirli və bərəkətli keçirməlidir. Bu iki nəfəsdən ilki dünyaya gələrkən ilk nəfəsimiz, ikincisi isə bu dünyadan gedərkən verdiyimiz son nəfəsimizdir. Bu iki nəfəs arasında saysız nəfəslər alıb veririk.

      İnsanın nəfəs alma şəkli, havadakı oksigen miqdarı, həmçinin hava təzyiqinin insanın inkişafına təsiri böyükdür. Bəzi insanlar yağışlı havanı, bəziləri isti havanı, bəzi insanlar isə qarlı havanı xoşlayırlar. Bu kimi şeylər insanların üzərində havanın nə qədər təsirli olduğunun bariz nümunəsidir. Ümumiyyətlə, açıq günəşli, orta dərəcə isti olan havanın insanda daha çox müsbət hisslər yaratdığı sübut edilmişdir.

      Sidneydə psixoloq Josef Forgas tərəfindən aparılan bir araşdırmada, günəşli havanın insanların ağıl kəskinliyinə təsir göstərdiyi açıqlanmışdır. Aparılan bu araşdırmada bir mağazadan alış-veriş edərək çıxan insanlardan, mağazanın yanında, girişə qoyulmuş oyuncaq traktorlar, avtomobillər və bunun  kimi qeyri-adi 10 obyekti fərq edib etmədikləri soruşulur. Buludlu hava ilə müqayisədə bu oyuncaqların, günəşli havada fərqinə varılması və insanların diqqətini çəkməsinin 7 dəfə daha çox baş verdiyi ortaya çıxmışdır. Bu və buna bənzər bir çox təcrübə göstərir ki, günəşli və xoş havanın insana müsbət yöndə təsiri vardır. Fransız psixoloq Nicolas Gögön və başqa bir çox alim tərəfindən də bu cür halları təsdiqləyici təcrübələr aparılmışdır.  

      Bunu da qeyd edək ki, günəşli və xoş hava şəraiti dərimizin günəş işığından faydalanmasını və beynimizdə seroton vəzisinin iş fəaliyyətini artırır, bununla da ruh yüksəkliyimizin artmasına səbəb olan D vitamini istehsalını təmin edir. Parlaq işıqlara məruz qalma mövsümü duyğusal bir pozuqluq olan qış depressiyasından təsirlənən insanlar üçün terapevtik bir üsul olaraq istifadə edilir. Hətta bu qrupa aid olan elə insanlar var ki, "qış nevrozu" deyilən xəstəliyə tutulurlar. Günəş şüası görünən zaman avtomatik olaraq onlar heç bir dərman qəbul etmədən düşdükləri ağır vəziyyətdən çıxmış olurlar. Ancaq havanın duyğu atmosferinə təsirləri sadəcə bioloji bir hadisə deyildir.

      Hava təzyiqinin insan xarakterinə təsiri də danılmazdır. Dəniz səviyyəsində yaşayan insanlarla dağ başında yaşayan insanların xarakterlərinin eyni olmadığını hər kəs yaxşı bilir. Küləyin güclənməsi,  rütubətliliyin bir qədər çox olması,  atmosfer təzyiqinin düşüb-qalxması meteohəssas insanlarda problemlər yarada bilir. Meteohəssas insanlar belə havalarda başqalarından daha çox narahatlıq keçirirlər. Onların əhvali-ruhiyyəsi bir növ günəşin istisindən asılı olur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin 75 faizdən çoxu meteohəssas insanlar qrupuna aiddir. Bu cür insanlar iqlim şəraiti dəyişikliyini digər insanlardan daha tez hiss edirlər. Meteohəssaslığın ən geniş yayılmış əlamətlərindən biri qəflətən meydana çıxan baş ağrısıdır. Doğru nəfəs alma şəkli də insanlar üçün çox önəmlidir. Orqanlarımıza gedən oksigeni daşımaqda başlıca təməl olan ürəyimiz belə vəziyyətdə çətinliyə düşə bilər, infarkt keçirmə ehtimalımız da artmış olar. Qan təzyiqinin yüksəlməsi, xərçəng xəstəliyi, ani sancılar, sətəlcəm, astma, stress kimi problemlərin bir səbəbi də məhz nizamsız nəfəs alıb verməklə ortaya çıxır.

      Gözəl qoxuları tənəffüs etmək insanın ruhuna ruh qatır, onun zehninin yenilənməsinə səbəb olur. İbn Sina və Biruni kimi həkimlər gül qoxusundan ağıl xəstəliyi olan insanların müalicəsində istifadə etmişdir. Alman alimi Frits Albert Pop bütün canlı hüceyrələrin işıq saçdığını, bunun da qaynağının DNA olduğunu (və ətrafına frekans saçdığını) açıqlayaraq ortaya yeni bir fikir atdı və tədqiqatlarıyla bunu sübut etdi. Dr.Raymond Rife və Nikola Tesla kimi bir çox alim də frekansların gücüylə (frekans ahəngiylə) bir çox xəstəliyə qalib gələ biləcəyimizi sübut etdilər.

      Gül qoxusunun insan frekansını artıran ən önəmli amillərdən olduğu sübut edilmişdir. Bruce Teynino və Qary Yunq adında iki akademikin tədqiqatları göstərir ki, normal bir insanın vücudu 62-68 Mhz frekans (titrəyiş) arasındadır. Xəstəliklər isə 58 Mhz frekansın altında ortaya çıxır. Xərçəng xəstəliyi 42 Mhz və daha aşağı frekansda əmələ gəlir. Dr. Robert Beker də “The body electric” kitabında insan frekansları haqqında geniş məlumat vermişdir. Onun təsbitinə görə ən yüksək frekans verən məhz gül yağı qoxusudur (320 Mhz). Gül yağından sonra Hərdəmtazə qoxusu (181 Mhz) və Lavanda (118 Mhz) olaraq təsbit edilmişdir. İnsanın sahib olduğu və davamlı təfəkkür etdiyi mənfi düşüncələr frekansımızı 12 Mhz azaldarkən, müsbət və xoş düşüncələr frekansımızı 10 Mhz artırır. Buna əlavə olaraq dualarımız və yalvarışlarımız nəticəsində vücudumuza 15 Mhz frekans bəxş edilir.

      İnsan özünü və Rəbbini yaxşı tanımalı, lehində və əleyhində olanları bilməlidir ki, iki nəfəs arasındakı ömründə xeyir və bərəkət tapsın.

       

      • Hits: 22 clicks

      Tecox component by www.teglo.info