Şükür ƏNDƏLIFOV - İLAHİ DİNLƏRDƏ TƏMİZLİK

      Share

                  Təmizlik bütün dinlərin müştərək əxlaq  qanunlarından biridir. Bəşəriyyət tarixi boyunca ortaya çıxan bütün bəşəri sistemlər də insanların və cəmiyyətin faydası üçün təmizliyə əhəmiyyət vermişdir.

       Təmizlik ümumilikdə maddi və mənəvi olmaqla iki qismə ayrılır.  Maddi təmizlik dedikdə insanın bədəni, paltarı, yaşadığı evi, məhəlləsi və ətrafı nəzərdə tutulur. Mənəvi təmizlikdə isə günahlardan, mənəvi saflığına zərər verəcək hər şeydən uzaq durmaq, tövbə etmək və bağışlanmasını istəmək nəzərdə tutulur. 

       

      Yəhudilik

      İlahi dinlərdən olan Yəhudilik daha çox maddi təmizliyə üstünlük verir. Belə ki, bununla əlaqəli Tövratda belə buyurulur: “Yuyunub təmizlənin, pislik etdiyinizi görməyim, pislik etməkdən çəkinin”. (Yeşeya, 1/16) Buradan görünür ki, yəhudilik hər cür pis işlərdən, əməllərdən uzaq durmağı  əmr edir. İslam dinində olduğu kimi, yəhudilikdə də ibadətdən əvvəl üz, əl və ayaqlar yuyularaq təmizlənir. Hahamlar isə bütün vücudunu yuyub daha sonra ibadətə başlayarlar. Bir yəhudinin paltarının hər hansı bir tərəfinə pislik (nəcis) bulaşarsa, həmin yeri yuyub təmizləməklə kifayətlənməz, hətta o qismi kəsib atacaq qədər diqqət yetirər.

       

      Xristianlıq

      Xristianlıqda maddi təmizlikdən daha çox mənəvi təmizliyə üstünlük verilir. Xarici təmizliyə daha çox  əhəmiyyət verənlər üçün İncildə belə buyurulur: “Siz xaricdən gözəl görünən, lakin içi ölü sümüklərlə və bir çox pisliklərlə dolu olan qəbiristanlıqlara bənzəyirsiniz. İnsanın xaricində olan və qəbul etdiyi heç bir şey onu kirlətməz. İnsanı kirlədən, onun içindən çıxandır (danışdığı söz, etdiyi hərəkət)” (Markos 7:15-16). İncildən bunu əsas alaraq hər növ qidaların təmiz olduğunu söyləyərlər (beləcə, halal ya da haram bir yemək olmadığı fikri ortaya çıxar). Xristianlığa görə, pis söz söyləmək və qeyri-əxlaqi davranışlar insanı  daha çox kirlədir. Buna paralel olaraq Yeni Əhiddə belə buyurulur: “Gözün günaha baxırsa, onu yerindən çıxart; əlin səni günaha aparırsa, onu kəs!” (Matta, 9/29-30)

       

      İslam

      İslam dini də təmizliyə böyük əhəmiyyət verir. Dinimiz təmizliyi həm maddi, həm də mənəvi  olaraq dinin əsas prinsiplərindən biri hesab edir və bunu ibadətlərlə əlaqələndirir.  Hz. Peyğəmbərə (s.ə.s) nazil olan ilk ayələrdə təmizlik  əmr olunur. Ayədə belə buyurulur: “De! Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)”. (əl-Müddəssir, 1-5) Qurani-Kərimdə 19 yerdə təmizliklə əlaqəli ayələr yer alır. Bunlardan üçü maddi kirlərdən, səkkizi günahlardan, əxlaqi və mənəvi kirlərdən, digərləri isə həm maddi, həm də mənəvi təmizlikdən bəhs edir. Həzrət Peyğəmbər sağlamlığımıza və təmizliyimizə daha çox əhəmiyyət verməyimizi buyurur. Belə ki, ağız, burun, diş, saç, saqqal və bığların təmizliyini xüsusilə vurğulayırdı. “Təmizlik imanın yarısıdır” (Müsnəd, V, 342-344 Darimi vudu), “Namazın açarı təmizlikdir” (Müsnəd , I, 123, Ebu Davud) kimi hədislərdən də göründüyü kimi, İslam dini təmizliyə, təmiz olmağa daha çox önəm verir.

                  İnsan maddi yöndən təmizliyinə diqqət yetirərsə, onun sağlamlığı qaydasında olar və xəstəliklərə tutulmaqdan uzaq qalar. Məsələn, Peyğəmbərimizin sünnəsinə uyğun olaraq əllərimizi hər fürsətdə yumalı, səbəbsiz olaraq heç bir kirli əşyaya toxunmamalı, əlimizi və ya əlimizdəki əşyaları ağzımıza aparmamalıyıq. Bir çox xəstəliklər ağızda yığılan bakteriyaların qana qarışması nəticəsində ortaya çıxır. Buna görə ağız və diş təmizliyimizə son dərəcə diqqət etməyimiz lazımdır. Cəmiyyət içərisinə hər zaman təmiz və səliqəli çıxmağımız insanlara verdiyimiz dəyəri göstərir. Eyni zamanda təmiz və səliqəli geyinənlərə  cəmiyyət tərəfindən də hörmət bəslənər. 
      Mənəvi yöndən təmizliyinə diqqət etməyən kəslər ruhuna zərər verər, mərhəmətsizləşər və onu müxtəlif pis vərdişlərin aludəçisi edər. İnsanın ruhuna pis xislətlər yerləşərsə, o, dünyadakı gözəllikləri görə bilməz, qəlbi qatılaşar və mərhəmət duyğusundan uzaqlaşar. 
                  Maddi tərəfdən baxdığımız zaman vücudumuzu təmizləmək üçün yuyunmağımız kifayət edir. Bəs mənəvi yöndən necə təmizlənə bilərik? Bu mənada aşağıdakı addımları atsaq, ümid edirik ki, faydalı olar:
      1.2.3.4.5.İşlədiyimiz günahı unutmaq üçün arxasından yaxşı bir əməl işləməliyik.

       

       

       

       

       

       

       

       

       

       

      • Hits: 59 clicks

      Tecox component by www.teglo.info