155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müşfiq XƏLİLOV- İSLAM VƏ ELM

      Share

      Dinimiz İslam elmə dəyər və qiymət verən uca bir dindir. Bilənlə bilməyəni eyni qəbul etməyən və ilk əmri “oxu” olan yeganə din İslamdır.

       Elmi imanın dirəyi sayan, elm öyrənməyi nafilə ibadətdən və Allah yolunda cihad etməkdən daha üstün və fəzilətli görən tək din İslamdır.

      Allah-Təala şərəfli kitabımız Qurani-Kərimdə belə buyurur:

      “Yaradan Rəbbinin adıyla oxu!” (əl-Ələq, 1)

      “De: heç bilənlərlə bilməyənlər bir olarmı?” (əz-Zümər, 9)

      “ Elə isə bilməyənlərdən olma!” (əl-Ənam, 35)

      “Cahillərdən üz döndər!” (əl-Əraf, 199)

      De: Ey Rəbbim, elmimi artır”. (Taha, 114)

      “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (əl-Fatir, 28)

      Elm haqqında hədislərə gəldikdə isə Peyğəmbərimizin (s.ə.s) elm və alim haqqında bir yazı içərisinə sığmayacaq qədər çox sayda hədisi-şərifləri vardır. Bu hədislərdən bəziləri bunlardır:

      “Kim elm öyrədərsə, onunla əməl edən şəxs kimi savab qazanar, əməl sahibinin əcrindən də heç bir şey əskilməz”. (İbn Macə, Müqəddimə, 20)

      “Elm öyrənmək üçün səfərə çıxan hər kəs evinə qayıdana qədər Allah yolundadır”. (Tirmizi, Elm, 2/2647)

      “Elm öyrənmək hər müsəlmanın üzərinə fərzdir”. (İbn Macə, Müqəddimə, 17)

      “Alimlər Peyğəmbərlərin varisləridir”. (Əbu Davud, Elm 1; Tirmizi, Elm 19)

      İslamın elmə və elm adamına verdiyi bu böyük qiymət səbəbi ilədir ki, müsəlmanlar həm dini elmlərdə, həm də dünyəvi elmlərdə əsrlərcə bütün dünyaya örnək olmuşlar. İmam Buxariləri, İmam Əzəmləri, İmam Şafeiləri, İmam Qəzzaliləri, Fəxrəddin Raziləri, İbn Sinaları, Əbubəkr Raziləri yetişdirən İslamın elm ruhudur.

      Hədis, təfsir, fiqh kimi dini elmlərdə dünyaya tayı-bərabəri olmayan böyük əsərlər verərək zirvəyə çatan müsəlmanlar dünyəvi elmlərdə də mədəniyyət işıqları saçmışlar.

      Elmə hörmət edən Qərb mütəfəkkirlərinin də etiraf etdiyi kimi, bugünkü texnikanın  qurucusu nə qədim  yunanlar, nə də romalılardır. Bugünkü elmi inkişafın və mədəni səviyyənin qurucusu qeyd-şərtsiz müsəlmanlardır.

      Daha açıq söyləyirəm, bugünkü texnikanın təməli olan Fizika, Kimya, Cəbr, Astronomiya, Tibb, Tarix və Coğrafiya kimi  elmlərin banisi, heç şübhəsiz, müsəlmanlardır.

      Elmlər tarxi göstərir ki, miladi VII əsrdən XVIII əsrə kimi tam 11 əsr dünyaya elm öndərliyini müsəlmanlar etmişlər. İnsanlığın bugünkü elminin %70 –i müsəlmanlara aiddir. Tibb elminin qurucusu müsəlmanlardır. “Əlqanun Fit-tib” adlı əsəri ilə “Tibbin Sultanı” ünvanını qazanan, tibb dünyasına 700 növ dərmanı qazandırıb hədiyyə edən və bu kitabı Avropa universitetlərində dərs kitabı olaraq oxudulan İbn Sina müsəlmandır. Yenə “Kitabul-havi” adındakı 20 cildlik əsəri ilə dünya tibb tarixində əvəzsiz yeri olan, çiçək və qızdırma xəstəliklərinə dair əsərin müəllifi Əbubəkr Razi müsəlmandır. Tibb dünyasında mikrobu ilk dəfə kəşf edən və “Maddətul-həyat” adlı əsərində bunu bildirən Akşəmsəddin həzrətləri müsəlmandır.

      Bunun üçündür ki, daha iki əsr əvvələ qədər Parisdəki Sarbon universitetində professorların bir qismi müsəlmanların elmə etdikləri xidmətə görə dərslərini sarıq və cübbə geyinərək verirdilər. Bu gün hələ də İbn Sina ilə Əbubəkr Razinin portretləri Paris tibb fakültəsinin böyük salonunda asılıdır.

      Fizika elminin qurucusu da müsəlmanlardır. Bugünkü fizika elminin təməlini qoyan Muhamməd ibn Heysəm müsəlmandır. Atom və molekul nəzəriyyəsini bu elmə gətirən İbn Heysəmdir.

      Kimya elminin qurucusu da həmçinin müsəlmanlardır. Atomun parçalanacağını ifadə edən, ilk kimyəvi laboratoriyanı quran və ilk dəfə süni hüceyrəni tapan Cabir bin Həyyan müsəlmandır.

      Müsəlmanların bu nailiyyətləri İslama sarıldıqları dövrlərdə  olmuşdur. Müsəlmanlar nə zaman ki İslamdan uzaqlaşmışlar, o zaman geriləmə başlamışdır. Məhz o zaman yanacağı qurtarmış avtomobil kimi yolda qalmışlar. Bugünkü pərişan halımızın səbəbi budur.

      Buna görə də deyə bilərik ki, əgər tarixdəki o möhtəşəm yerimizi yenidən əldə etmək istəyiriksə, əlbəttə, yenidən həqiqi İslama dönmək məcburiyyətindəyik. Tək çarəmiz budur. Peyğəmbərimizin (s.ə.s) də buyurduğu kimi: “Elm müsəlmanın itmiş malıdır. Harada taparsa, onu alar”. (Tirmizi, Elm 19; İbn Macə, Zöhd 17)

      • Hits: 404 clicks

      Tecox component by www.teglo.info