İzinə Həsrət... / Şemseddin Kırış

      Share

      İnsanlar sıxıntılı zamanlarda arayışa çıxarlar. Bu axtarış böyük insanlara olan həsrəti ifadə edir. Rəsulullahı axtarmamaq mümkünmü? Rəsulullah bir hədisində yanındakı əshabına

       “Nəfsimi qüdrət əlində tutan Allaha and olsun ki, gün gələcək məni aranızda görməyəcəksiniz. Sonra ele bir zaman gələcək ki, məni görmək, ailəniz və malınızdan daha çox aradığınız və həsrətini çəkdiyiniz bir şey olacaq.”[1]buyurmuşdur. allahın Rəsulu bununla yanındakı o bəxtiyar insanları tənbeh edir. Yaşadığınız zamanın qədrini, qiymətini bilin deyir. Aranızdan ayrıldığım zaman məni çox axtaracaqsınız buyurur. Səhabə belə onun yoxluğuna alışmamışkən biz necə alışa bilərik. onu niye aramayaq ki? Onun həsrətiylə niyə yanmayaq?

                  Rəsulullahı axtarırıq deyirik, amma hələ də həyatımızda onun həyatı ilə üst-üstə düşməyən nüanslar çoxdur. Allah Rəsuluna tabe olmaq söz ilə olmaz. Onun həyatı ilə öz həyatımız arasında bir körpü qurmalı və ona bənzəməyə cəhd etməliyik. Rəsulullah özündən sonra var-dövlət miras qoymadı. Onun mirası missiyası idi. Onun missiyası isə fitrətə uyğun həyat deməkdir. Allahın yaratdığı kimi saf və təmiz qala bilmək deməkdir. Alimlərin peyğəmbər varisi olduğunu bilirik. Varis ilə mirasçı arasında mütləq bir bənzərlik olmalıdır. Varisi-nəbi Peyğəmbər (s.ə.s)-ə ən çox bənzəyəndir. Qiyamətə qədər bütün müsəlmanlara dövr edilmiş bu mirasa sahib çıxmaq üçün Rəsulullaha bənzəmək lazımdır. Məsələn Abdullah b. Mübarək, yaşadığı dövrdə namazı Rəsulullahın namazına ən çox bənzəyən adam kimi tanınırdı. Allah Rəsuluna bənzəmək quru trəqliddən ibarət deyil. Onu hər yönü ilə nümunə götürmək, onun kimi yaşamaqdır. Onun həyatında yaşadığı gözəllikləri və incəlikləri yaxşı qavrayıb həyata tətbiq etməkdir. Bu gün həyatımız ilə onun həyatı arasında böyük fərqlər var. Buna görə də ona bənzəmək və onu örnək almaq çətin görünür. Əslində həyatımız onun həyatına tamamilə bənzəməsə də  onun sevgisi bizə kifayət edərdi. Halbuki Rəsulullahı sevsəydik bu hala gəlməzdik. Eşqimiz, həyəcanımız, xidmətimiz tamam fərqli olardı.  

                  Diqqət edərsək Rəsulullhaın həyatında bir təvazökarlıq var. Böyük insanların təvazösü də böyük olur. Əgər onu örnək alırıqsa mütləq mütəvazi həyatı seçməmiz gərək. Baş verən hər yeni hadisədə əcəba, Rəsulullahın yaşadığı həyatdan uzaqlaşırıqmı dərdini əshab yaşarmış. Ənəs b. Malikin onu qonaq çağırıb çörək bişirən bir adama  belə dediyi rəvayət edilir: “Peyğəmbər (s.ə.s) Allaha qovuşana qədər xalis buğda unundan olan yumşaq çörək və quzu kababı yemədi.”[2] Yenə Ənəs b. Malikdən gələn rəvayətə görə Rəsulullah arpa çörəyi ilə quyruq və iç yağından hazırlanmış sadə bir yeməyə razı olarmış.[3] Rəsulullahın umdiğu xidmət özünə xidmətdən ziyadə möhtaclara yardım etməkdi. Bunun üçün də özünə göstərilən qeyri-təbii hörmət münasibətlərinə də müsbət baxmazdı. Hətta bir gün məclisə gəldiyi zaman ordakılar ayağa qalxmış, o da bu hərəkətə narazılığını belə ifadəı etmişdir: “Əcəmlərin bir-birinə təzim edərək ayağa qalxdığı kimi mənim üçün ayağa qalxmayın!”[4]  Bir dəfə yanına gələn bir adam onun heybətindən qorxmuş və narahat olmuşdu. Rəsulullah o adama: “Özünə gəl, qorxma! Mən kral deyiləm. Qüreyş qəbiləsindən qadid (günəşdə qurudulmuş ət) yeyən bir qadının öğluyam.” deyərək sadəliyini ortaya qoymuşdur.[5]

                  Rəsulullahın həsrətini çəkirik, onu axtarırıq demədən həqiqətən də həsrətini çəkib-çəkmədiyimizi özümüzdən soruşmalıyıq. Bu gün ona olan sevgimizi test etmənin vaxtıdır. Əgər onun mirasına sahib çıxmırıqsa və bu mirasa sahib çıxan varislərini gerçək mənada nümunə götürmürüksə ona olan sevgimizin quru bir iddiadan başqa bir şey olmadığını bilməliyik.


       


      [1] Müslim, Fədâil 1/42

      [2] Buxâri, Ət’imə 7.

      [3] Tirmizi, büyü 7.

      [4] Əbu Davud, Ədəb 152

      [5] İbn Mâcə, Ət’imə, 30

       

      • Hits: 1131 clicks

      Tecox component by www.teglo.info