Prof. Dr. Mehmet GÖRMEZ*- DİRİLİK BİRLİKDƏDİR

      Share

      Heç kim başqa birini İslamı özünün başa düşdüyü şəkildə dərk edib tətbiq etmədiyinə görə təkfir edə bilməz.

      Özlərindən olmayan hər kəsi təkfir edərək başqalaşdıran anlayış İslam dünyasının qəlbinə bir xəncər kimi saplanmış haldadır.

      Heç bir strategiya müsəlman qanının tökülməsinin qarşısını almaqdan daha dəyərli deyil.

      Tarixdə Əndəlüs və Mavəraünnəhr mədəniyyətlərini itirdik, indi də Bağdad, Yəmən kimi mədəniyyətləri itirməkdəyik.

      Axan qanın sünnisi-şiəsi olmaz, axan qan qardaş qanıdır.

      Bir-birimizi təqsirləndirməklə bölgəmizdəki atəşi söndürə bilmərik.

      Cihad – terrorun, vəhşətin və öldürməyin deyil, dirildici bir səyin, həyat verməyə yönələn bir mücadələnin adıdır.

      Allahın dini iki kəlmə üzərində qurulmuşdur: Allahın təkliyi və ümmətin birliyi.

      Gəlin, torpaqlarımıza əkilən fitnə toxumlarının daha çox filizlənməsinə imkan verməyək.

      Müsəlmanların vəhdətini, üxüvvətini və məsləhət birliyini ön planda tutmaq və bu uğurda hər cür riski gözə alaraq haqqı, həqiqəti, ədaləti və əxlaqı müdafiə etmək müsəlman alimin yanaşma tərzi olmalıdır.

      Bizlər bu dinin şüarını üstümüzdə daşıyan elm insanları olaraq, təəssüf ki, Həcc ibadətini yerinə yetirərkən bir qarışqanı əzməyin hökmünü uzun-uzadı izah etdik, amma məsum insanları qətl etməyin haramlığını və bir insanı haqsız yerə öldürməyin bütün insanlığı öldürmək demək olduğunu hayqırmağı ehmal etdik.

      Bir-birimizi təqsirləndirməklə bölgəmizdəki atəşi söndürə bilmərik.

      Şiə də olsun, sünni də olsun, amma hamısı bir yerdə tək ümmət olsun.

      Şiə və sünni arasındakı ixtilafı 14 əsrdir həll edə bilmədiyimizə görə və bundan sonra da həll edə bilməyəcəyimizə görə sünnisi ilə, şiəsi ilə,

      Ey İslam Alimləri!

      Gəlin bu ixtilafdan münaqişə çıxarmaq yerinə fərqliliklərimizi olduğu kimi buraxaq, bunu qanlı münaqişələrə bəhanə etməyək.

      Gəlin küfrün qarşısında tək səs, xainin qarşısında tək ürək, zalımın qarşısında tək bilək olaq.

       

      Qlobal sionizm gözlərini bizə dikib fürsət gözləyərkən tarixin səhifələrindəki ixtilaflı mövzuları gündəmə gətirməyin nə xeyri var?

      Məzhəbimizin və ideologiyamızın deyil, İslamın tövhid anlayışının yayılmasını əsas götürək.

      Ya Rəbb! Sən qəlblərimizi birləşdir, səflərimizi sıxlaşdır, məzlum ümmətləri nicata çatdır.

      Ümməti-İslamı tövhid üzrə sabitqədəm qıl!

      • Hits: 230 clicks

      Tecox component by www.teglo.info