155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Ülvi MƏMMƏDOV- HƏYAT DƏFTƏRİNDƏN

      Share

      ONU ÇOX SEVİRDİM

      Qəbiristanlıqdakı dəfn mərasimi qurtarmaq üzrə idi.

       Bu vaxt əlli illik ömür-gün yoldaşını itirən 78 yaşlı qoca: “Onu çox sevirdim”, - deyərək hönkür-hönkür ağlamağa başladı. Qocanın səsi mərasimin səssizliyini pozmuşdu. Bu hadisədən şoka düşən ailə üzvləri və yaxın dostları eyni zamanda xəcalət çəkirdilər. Övladları ağsaçlı atalarına: “Ata, özünü ələ al, səni başa düşürük”, -deyərək ona təsəlli verməyə çalışırdılar. Yaşlı adam nəmli gözlərini yavaş-yavaş yeni qazılmış məzara endirilən cənazəyə dikmişdi. Mərasim davam edirdi. Axırda ailə üzvləri kəfənin üstünə torpaq atmağa başladılar. Qocadan başqa hamı növbə ilə torpaq atdı. Qoca isə hələ də: “Onu nə qədər çox sevirdim” sözlərini bərkdən təkrar edirdi. Qızı və iki oğlu onu sakitləşdirməyə çalışsa da, buna nail ola bilmədilər. Qoca elə hey “Onu çox sevirdim” deyirdi. Qəbiristanlığı tərk etməyə başlayan izdihamdan fərqli olaraq qoca getmək istəmirdi. Gözlərini qəbrə dikərək baxırdı. Qocaya yaxınlaşan molla: “Özünüzü necə hiss etdiyinizi anlayıram, amma getmək vaxtıdır. Buradan ayrılmalı və həyata davam etməlisiniz”, - dedi. Əlacsız qalan qoca bir dəfə də “Onu nə qədər çox sevirdim” deyərək əlavə etdi: “Məni niyə başa düşmürsünüz? Mən bunu ona yalnız bir dəfə söyləyə bilmişdim”.

       

      TANIMADIĞIN ADAMLARA QOYUNU NECƏ YEDİRDİN?

      Qonaqpərvərliyin mükafatını göstərən bu hadisə necə də gözəldir.

      Hz. Həsən, Hz. Hüseyn və Abdullah bin Cəfər (r.anhum) bir gün həccə getmək niyyəti ilə Mədineyi-Münəvvərədən yola çıxdılar. Yolda əşyalarını itirib ac-susuz qaldılar. Çöldə bir çadır görüb yanına getdilər. Çadırda yaşlı bir qadın vardı. Qadından içməyə bir şey olub-omadığını soruşdular. Qadın:

      - Bir qoyunum var, südünü sağıb için! - dedi.

      Südü sağıb içəndən sonra ac olduqlarını, yeməyə bir şeyin olub-olmadığını soruşdular. Qadın belə cavab verdi:

      - Bu qoyundan başqa heç nəyimiz yoxdur. Onu kəsin, mən də bişirim.

      Qoyunu kəsib yedilər. Oradan ayrılanda qadına dedilər:

      - Biz Qüreyş qəbiləsindənik. Həccə gedirik. Sağ-salamat Mədinəyə qayıtsaq, mütləq bizi tap. Bizə etdiyin yaxşılığın əvəzini çıxmaq istəyirik.

      Axşam qadının əri gəldi. Vəziyyəti öyrənən kimi arvadının hərəkətinə bərk hirsləndi.

      - Tanımadığın adamlara qoyunu necə yedirtdin? Qüreyşdən bir neçə nəfər deyirsən. Heç belə də adam tapmaq olar? - deyərək deyinməyə başladı.

      Bu ailə bir müddət sonra Mədinəyə köçməyə məcbur oldu. Çöldən təzək yığıb satır və birtəhər dolanırdılar. Bir gün Mədinə küçələrindən keçərkən Hz. Həsənin evinə təsadüf etdilər. Qadın qapının ağzında oturan Hz. Həsəni tanımasa da, o, qadını tanıdı. Hz. Həsən o saat yanlarına getdi. Qadının etdiyi yaxşılıqları xatırlatdı, ona çoxlu qızıl və qoyun verərək Hz. Hüseynin yanına göndərdi. O da qadına eyni hədiyyələri verərək onu Abdullahın yanına gödərdi. Abdullah da Həsən və Hüseynin verdiyinin iki mislini verərək belə dedi:

      - Əvvəlcə onlarla rastlaşmağın yaxşı olub. Çünki əvvəlcə mənimlə rastlaşsaydın, onlar çətin vəziyyətdə qalardılar.

       

      ALLAH QONAĞI

      Dilimizdəki “Allah qonağı” ifadəsi millətimizin və dinimizin qonağa verdiyi qiymətin, ona göstərdiyi etibarın qiymətidir. Əcdadımızın comərdlik və səxavət duyğuları o qədər geniş idi ki, gələn qonağa hörmət etmək üçün bir-biriləri ilə yarışırdılar. 14-cü əsrdə İslam dünyasını başdan-başa gəzən məşhur Tunis səyyahı İbn Batutanın yaşadığı bir hadisə bunun gözəl nümunəsidir. İbn Batuta və yoldaşları Anadolunu gəzərkən o dövrdə Ladik adlanan Dənizli şəhərinə gəlirlər. İbn Batuta belə deyir:

      “Şəhərə girib bazarın yanından keçərkən dükanlardan çıxan bir dəstə adamın miniklərimizin yüyənindən yapışdığını gördük. Başqa bir dəstə də gəlib onları dayandırdı və aralarında mübahisə başladı. Danışdıqlarını başa düşmədiyimizə görə qorxmağa başladıq. Yolkəsən olduqlarını düşündük. Öz şəhərləri olduğu üçün malımıza və canımıza qəsd edəcəklərini düşündük. Sonra Allah-Təala bizə ərəbcə bilən, həccə getmiş bir adam göndərdi. Ondan bunların nə istədiyini soruşdum. Bunların əxi (dərviş) olduğunu söylədi. Bizi ilk qarşılayanlar Əxi Sinanın, sonradan gələnlərsə Əxi Dumanın dərvişləri imiş. Hər iki qrup bizim onların zaviyəsində qonaqlamağımızı istəyirmiş. Onların göstərdiyi bu qonaqpərvərliyə heyran olmamaq mümkün deyildi. Nəhayət, işi həll etmək üçün püşk atmaq qərarına gəldilər. Püşk kimə düşərsə, əvvəlcə onlar bizi öz təkyələrinə qonaq aparacaqdılar. Püşk Əxi Sinanın xeyrinə nəticələndi. Bu xəbər ona çatan kimi yanındakı dərvişlərdən bir neçəsi ilə gəlib bizi qarşıladı və təkyəsinə apardı. Orada bizə müxtəlif yeməklər verdilər.

      Bir az dincəldikdən sonra Əxi Sinan bizi hamama apardı. Mənə şəxsən özü xidmət etdi. O biri dərvişlərdən 3-4-ü də yoldaşlarıma xidmət edirdi. Hamamdan sonra yenə böyük bir süfrə açdılar. Yeməkdən sonra gözəl səsli hafizlərdən Qurani-Kərim dinlədik, zikrlər etdik. Ertəsi gün Əxi Dumanla müridlərinin bizi qonaq aparmaq üçün gözlədiklərini gördük. Orada da böyük qonaqpərvərliklə qarşılaşdıq”. (İbn Batuta, Rihləti İbn Batuta, Beyrut, səh. 305,306)

      • Hits: 446 clicks

      Tecox component by www.teglo.info