Home Arxiv 2016 № 115 Iyun Mübariz ƏLİOĞLU-Hər anımız yaşanan bir Quran həqiqətidir


    Mübariz ƏLİOĞLU-Hər anımız yaşanan bir Quran həqiqətidir

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Hər bir kəs ölümü dadacaqdır.Yoxlamaq məqsədi ilə biz sizi şər və xeyirlə imtahana çəkərik və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün ancaq) bizim hüzurumuza qaytarılacaqsınız”. (əl-Ənbiya, 35)

      Aləmlərin Rəbbi olan Uca Allaha şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz.Muhammədə salətu-salam olsun.

      Dünyada yaşadığımız hər anımızla böyük bir imtahan həyəcanının səhifələrini çevirməkdəyik. Anbaan açılan bu əməl və niyyət səhifələrinə, düşünərək və ya düşünmədən verdiyimiz cavabların Rəbbimizi nə qədər məmnun edəcəyiböyük bir müəmmadır. Bu müəmma pərdəsini aralamaq üçünbəşəriyyəti bürümüş olan qəflət burulğanından qurtularaq dünya imtahanı ilə əlaqəli hər bir işimizi Külli Aləmin Sahibinə etibar etmə fərasətini bir an olsunbelə nəzərdən qaçırmamalıyıq.  Osman Nuri Topbaş əfəndinin də ifadə etdiyi kimi: “(Dünyamız və axirətimiz ilə əlaqədar olan bütün hallarda) Qullar üçün yeganə qurtuluş məkanı ilahi Rəhmətin qanadları altına sığınmaqdır. Çünki Haqq-Təalanın məxluqatına olan mərhəməti sonsuzdur. O sonsuzluğun səyyahı olmağı bacaranlar necə də bəxtəvərdirlər”.

      Əbədiyyət aləminin səyyahı olma istiqamətini qarşısına məqsəd qoyan hər bir müsəlman bu işdə ona rəhbər olacaq yol göstərənin yardımına daim ehtiyac duymaqdadır. Bu məsələdə özünə çarə axtaran və kainata ibrət nəzəri ilə baxan insan övladı əslində hər bir məqamda və zaman anında gerçəkləşən hadisələrin Quran həqiqətləri ilə canlı bir bağlantı halında olacağını heyrətlə seyr edəcəkdir:

      “Ərzurumlu İbrahim Haqqı həzrətlərinin Şakir və Zakir adında iki oğlu var idi. Zakir adı kimi haqqı zikrlə məşğul olan saleh bir övlad idi. Şakir isə gününü meyxanələrdə keçirərdi.Bir gün İbrahim Haqqı həzrətləri Zakiri yanına alıb bir yerə gedəcəklərini söyləyər. Gedərkən meyxanənin önündə Zakirə gözləməsini söyləyən ataiçəri daxil olar.  Oğlu Şakiri masa başında özündən getmiş vəziyyətdə görən İbrahim Haqqı həzrətləri oğlunun bütün borclarını meyxanə sahibinə ödəyərək oradan çıxar və Zakirlə yollarına davam edərlər. Atasının ardından oyanan Şakir borcunu ödəmək üçün meyxanə sahibinə yaxınlaşsa da, ondan:“Borcun yoxdur. İndicə atan hamısını ödədi”, -cavabını eşidir. Bu vəziyyətdə inanılmaz bir utanc və həya duyğusunun mənliyinə sirayət etməsini hiss edən Şakir atasının ardınca yola düzəlir. Atdığı hər addımda İlahi mərhəmətin mənəvi kimliyini pisliklərdən şiddətlə arındırdığına və yeganə amalının Haqqa sidqlə boyun əyməkdənibarət olduğu həqiqətinin qəlbinə həkk edildiyinə şahid olur. Müdhiş bir ilahi hikmət illərlə yığılan qəflət yükünü saniyələr içində əridərək Şakiri mənəvi yetişkinliyin  zirvələrinə doğru istiqamətləndirirdi.Atasına və qardaşına bir uçurumun kənarında yetişən Şakir,İbrahim Haqqı həzrətlərinin Zakirə bunları söylədiyini eşidir: “Oğlum, mənəviyyat səlahiyyətini daşıyan 40 nəfərdən biri vəfat etmişdir. Gözlə görünən bu uçurumdan atıl ki, mənəviyyat qanadları ilə şərəflənərək qırxların, bu hikmət ərlərinin dəstəsinə qatılasan”.  Həmin anda səmada 39 quşdan ibarət bir dəstə süzməkdə idi. Malik olduğu elmə rəğmən Zakiri bir anlıq tərəddüd hissi bürüyür. Uca Rəhmana müstəsna bir bağlılıq hissi ilə alışıb yanan Şakir dərhal atasının təklifindəki hikmət parıltılarınınqəlbindəki qovuşma sevdasına səs verdiyini anlayır və “haqqını halal et, ata” deyərək uçurumdan atlanır. Atlanaraq göyə yüksələn Şakir qırxlara qarışır. Mənəviyyat aləminin Haqqa təslim olmuş 40 səyyahı arasında qardaşı Şakiri də görən Zakiri dəhşətli bir çaşqınlıq hissi bürüyür. Tam o zaman İbrahim Haqqı həzrətləri  Zakirin çaşqınlığını ovunduracaq bu möhtəşəm ifadəni səsləndirir:“Xarabat əhlini xor görmə Zakir!(Əmsalı olmayan necə) Dəfinələrəmalik viranələr vardır”.

      Kənardan atanın intihara təhrik edici, oğlunun isə intihar qurbanı kimi görünməsi hadisəsi ağılları məşğul edə bilər. Hətta zamanında böyük elmi kəşflərə imza atan yunan filosofu Empedokl (eradan əvvəl 490-430 illər) şəxsində tanrılıq əlamətlərinin olduğunu elan etmişdi. Elmə verdiyi töhfələrin çoxluğundan beyni dumanlanan bu şəxs böyük  insan kütləsi qarşısında Etna vulkanının lava püskürən boğazına tullanacağını və oradan da sağ çıxaraq ilahlıq iddialarını sübut edəcəyini bəyan etmişdi. Lakin Şakirdən fərqli olaraq Empedoklun bu tullanışı onun həlakı ilə nəticələnmişdi. Diqqətlə baxsaq, İbrahim Haqqı  həzrətlərinin hərəkətlərinin vaxtı iləilahi əmri tətbiq üçün hazırlaşan Hz.İbrahim əleyhissalamın qətiyyətinə, bu əmrə canla-başla sədaqət göstərən oğlu Şakirin də təslimiyyət abidəsi olan Hz.İsmayıl əleyhissalama bənzərliyi gözlər önündən qaçmayacaqdır. Empedoklun da ilahlıq iddiaları ilə bədbəxt sələfi Nəmruda bənzəməsi izləyicilərdə heç bir şübhə yeri qoymayacaqdır.Fələyin çətin sınaqları qarşısında heç də hamı Hz.İbrahim əleyhissalamın, oğlu Hz.İsmayıləleyhissalamın və onların izlərindən gedən Allah dostlarının şücaətini göstərməyə qadir deyil.  Yalnız ilahi rəhmətin qanadlarına sığınan peyğəmbərlər və İbrahim Haqqı həzrətləri kimi bu yolda müstəsna bir təslimiyyət nümunəsi sərgiləyən Allah dostları qətiyyətləri ilə sonsuz lütflər aləminin əbədi səyyahlarına çevrilə bilərlər. Deməli, Quran həqiqətlərizaman və məkan fərqinə varmadan hər an yaşanmaqdadır. Quran həqiqətləri ilə təmas halından qəflətdə olan ümmətini oyandırmağa çalışan Allah Rəsulu belə buyururdu:

      Mənim bildiklərimi bilsəydinizaz gülər, çox ağlardınız. (bəlaların dəf edilməsi üçün) Allaha (c.c) fəryad edərək yalvarardınız...” (Tirmizi, Zöhd9)

      • Hits: 240 clicks

      Tecox component by www.teglo.info