İsmayıl VELİYEV-Şəxsi Performans Dəyərləndirilməsi

      Share

      Bilirəm ki, daha məhsuldar olmaq istəyirsiniz, hədəfləriniz var, həyatı daha ciddi yaşamaq istəyir, həm özünüzə, həm də digələrinə faydalı olmağı arzulayırsınız. 

      Bunu hardanmı bilirəm? Burdahazırda bu yazını oxuyur olmağınızdan.

      Biz özümüzü çox aldadırıq, düşündüyünüzdən də çox. Bu aldatmaların bəziləri çox zərərli olmasalarda, ciddi neqativ təsiri və nəticələri olanları da var. Bu gün sizinlə bunlardan birini paylaşmaq istəyirəm.

      Biz özümüzü nə qədər çox işlədiyimiz, hədəflərimiz, həyatımızı daha yaxşıya dəyişmək, digərlərinə kömək etmək, töhfə vermək üçün nə qədər çox vaxt sərf etdiyimizlə bağlı aldadırıq. İlk öncə bunu sizinlə paylaşmaq və bir daha özümə xatırlatmaq istəyirəm ki, baxışımızı dəyişək və iki mövzuda razılaşaq:

      1. Biz vaxtı idarə edə bilmərik. Bu mifə inanmayaq artıq. Vaxtı idarə etmək kimi qarşısına bir hədəf qoymaq illuziyalara aparır sadəcə bizi. Biz yalnız özümüzü idarə edə bilərik, yəni diqqətimizi, maraqlarımızı və enerjimizi.

      2. Bir gün ərzində, kitablarımızın, dərs materiallarımızın, laptopumuzun arxasında keçirdiyimiz,misal üçün, 3 saat - əslində bizim o gün üç saat işlədiyimiz anlamına gəlmir. Bundan sonra nə qədər çalışdığımızı əsla və əsla kitabxanada, iş masamızın arxasında neçə saat oturduğumuza görə dəyərləndirməyəcəyik.

      Laptopum və kitab-dəftərimlə keçirdiyim vaxtın nə qədərini lazım olan, hədəflərimə aparacaq işlərə sərf edirəm? Yəni,çalışmaq üçün ayırdığım vaxtın nə qədərini fokuslaşmış və işimə konsentrasya olmuş olaraq keçirirəm?

      Bunu ölçmək, öyrənmək, analiz etmək biraz mürəkkəb səslənə bilər, amma çox sadə bir metodla biz bunu çox əla bacara bilərik.

      Bu gün sadəcə sizinlə “soyuq” sualı deyil, həmçinin bu sualın icraatını və nəticə almağın yolunu dapaylaşacağam.

      Bunu edə bilmək üçün lazım olan lojistika isə bir qələm və kağız parçasıdır.

      Bu sadə bir metoddur, amma etmək disiplin, diqqət, dürüstlük, cəsarət, reallığı görmək və qəbul etmək üçün istək tələb edir.

      Hər gün ən önəmli işinizi etməyə başlayarkən saata baxın və başladığınız anı o kağız parçasına yazın.  Və davam edin işləməyə...Nə vaxt o işdən ayrılsanız və özünüzü başqa məşğuliyyətlərə dalmış halda görsəniz bu anda saata baxın və yenə ilk mərhələnin bitişiyi kimi saat neçədirsə, qeyd edin kağıza.

      Bunu günün sonuna qədər davam etdirin və sonda hesablayın ən önəmli işləriniz üçün nə qədər vaxt sərf etmisiniz. Bu sizə çox açıq, şəffaf olaraq gündəlik, əslində, neçə saat işlədiyinizi göstərəcək.

      Yox, yox, bunu ömür boyu etmək məcburiyyətində deyilsiniz. Sadəcə bir həftə vəya on gün davam edin və bundan sonra qərar verin - bunu etmək sizə faydalıdır, yoxsa yox və eynilə də davam etmək lazımdır, yoxsa yox.

      Bir müddət bunu etdikdən sonra daha sonralar hər gün etməyə də ehtiyac qalmayacaq və yazmadan da - tam dəqiq olmasada -performansınızı təxmini hesablaya və ölçə biləcəksiniz.

       Amma yazmaq çox fərqli və daha çox effektlidir.

      Bu yolla harda, hansı hallarda həvəslərinizə, kənardan diqqətinizi cəlb edənlərə məğlub olduğunuzu görəcək, sizin məhsuldarlığınızı azaldan, zərər verən və çox da səthi olmayan, amma ciddi olaraq sizidavamlı geri salan vərdişlərinizi tapacaqsınız, daha doğrusu bunlar, 3d bir rəsmə baxarkən ordakı rəsmin bir anda aydınlanması və nə olduğunu gördüyünüz andakı kimi bir kəşf anı yaşadacaq sizə. Və bunu da öyrəndikdən sonra, əlbəttəki, daha məhsuldar, inamlı və uğurlu olacaqsınız. 

      Bunun mükəmməl olmasını hədəfləməyin, hətta başlanğıcda gün ərzində sadəcə iki dəfə belə qeyd almış olsanız belə, bu da uğurdur.  İlk başlayarkən, bəzən unuda  da bilərsiniz yazmağı, nə vaxt başladığınızı... Və ya heç yazmaya bilərsiniz, günün sonunda yadınıza düşə bilər ki, siz bu metodu sınamağı özünüzə söz vermişdiniz. Bunları özünüz üçün stress qaynağına çevirməyin. Günümüz həddən ziyadə dolu olur, bəzən hardan başlayacağımızı da bilmirik.Baş verən sürpriz, önəmli və təcili - bizdən qərar, seçim və icraat gözləyən hadisələr anidən həyatımıza daxil olur.Bunun üçün də, sınamadan nə bu metodun sizə faydası olmayacağını düşünün, nə bacarmayacağınıza dair bir qənaətə gəlin, nə də bu sizi neqativliyə sürükləsin. İnansanız, bacaracaqsınız!..

      Sonda isə bunu demək istəyirəm ki, bunun ən ideal icraatı sizə ən uyğun  olanıdır. Yəni bunu sadəcə üzərində  işlədiyiniz bir və ya iki-üç hədəf layihəyətətbiq edə bilərsiniz.

      • Hits: 288 clicks

      Tecox component by www.teglo.info