Ələddin SULTANOV - Bir ayə

      Share

      يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُواْ قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاء لِلّهِ وَلَوْ عَلَى أَنفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالأَقْرَبِينَ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقَيرًا فَاللّهُ أَوْلَى بِهِمَا فَلاَ تَتَّبِعُواْ الْهَوَى أَن تَعْدِلُواْ وَإِن تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

      “Ey iman gətirənlər!Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, ədaləti ayaqda tutan və Allah üçün şahidlik edən kimsələr olun!(Şahidlik etdiyiniz kimsələr)istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də(sizdən) daha yaxındır.Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) büksəniz, yaxud (şahidlikdən) boyun qaçırsanız(bilin ki), həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!”[1]

      Amerikanın Harvard Universitetinin Hüquq fakultəsinin girişində, hüquq və ədalətin önəminə diqqət çəkən mesajların yazıldığı bir lövhə var. Həmin lövhədə yer alan mesajlardan ikincisi, məhzbu ayədir.

      Allah-Təalanın, bəndələrində ən çox görmək istədiyixüsuslardan biri də, heç şübhəsiz, ədalətdir. Allah ədalətlidir və hər bir şeyi ədalət prinsipi ilə yaratmışdır. Adil olan Rəbbimiz, xəlq etdiyiinsanın da ədalətli və dürüst olmasını istəyir. Bu ayənin nazil olma səbəbinə gəldikdə, təfsirlərdə belə bir rəvayət nəql olunur ki, bir zəngin ilə bir kasıb Hz. Peyğəmbərin (s.ə.s) yanında bir-biri ilə mübahisə  edirdi. Allah Rəsulu(s.ə.s), kasıbın zənginə haqsızlıq etməyəciyini düşünmüş və qəlbində onun haqlı olduğunu güman etmişdi. Bu səbəblə yuxarıdakı ayə nazil olmuş və kimliyindən, qohumluq əlaqəsindən və maddi imkanından asılı olmayaraq müsəlmanlarınhər kəsə qarşı ədalətli davranmaları əmr olunmuşdur.

      Qurani-Kərimincanlı nümunəsi olanHz. Peyğəmbərin (s.ə.s) həyatında, bu ayənin təzahürünü də görmək mümkündür. Mövzu ilə əlaqəli olaraq Buxaridə keçən bir rəvayət belədir: “Bədr döyüşündə müşriklərdən əsir götürülənlər arasında Peyğəmbərimizin (s.ə.s.) əmisi Hz. Abbas da var idi və onun əlləri də bağlanmışdı. Əsirlər fidyə qarşılığında azad edilməyə başlanmışdı. Ənsardan bəziləri, Abbasın Hz. Peyğəmbərin (s.ə.s) əmisi olduğunu öyrəndikləri zaman onun fidyəsiz azad edilməsini istədilər. Ancaq Allah Rəsulu: “Xeyr, belə bir şey ola bilməz! Onun ödəmək məcburiyyətində olduğu fidyənin bir tək dirhəmi belə bağışlana bilməz!” - buyurdu”.[2]Ayənin ikinci hissəsində, şahidliyin önəminə diqqət çəkilmiş və şahidlərin istər məhkəmə prosesində,istərsə də başqa bir mühitdə şahidlikdən əsla geri durmamaları və həqiqəti söyləmələri əmr olunmuşdur. Çünki şahidlik, ədalətin gerçəkləşməsində rol oynayan əsas faktorlardan biridir. Ayənin son qismində isə Allah-Təala, ədalətə və şahidlik qaydalarına riayət etməyənlərə xəbərdarlıq edir və bir növ onları, əzabı ilə təhdid edir. Uca Allah bizləri ədalətdən zərrə qədər ayrılmayan qullarından eləsin!

       


      [1]Nisa, 4/135.

      [2]Buxari, Məğazi, 53.

       

      • Hits: 556 clicks

      Tecox component by www.teglo.info