155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mübariz Əlioğlu - Söz və əməlin vəhdəti

      Share

      Uca Allah Qurani-Kərimdə yaratdıqlarının dili ilə bu həqiqəti bildirməkdədir: “Biz həqiqi heyranlıq verən bir Quran dinlədik. O, haqqa və doğruya götürür. Bundan dolayı biz də iman etdik və bir daha heç nəyi rəbbimizə şərik qoşmarıq”. (əl-Cinn, 1-2)

      Aləmlərin Uca Rəbbinə şükürlər və həmd-sənalar,Onun Haqq Rəsuluna salətu-salam olsun.

      İlahi kəlamın,ilahi dəvətin qədir qiymətini bilmək, ona bütün varlığımızla bağlanma eşqindən asılı olan əmsalsız bir bəxtəvərlikdir. Unutmayaq ki,yalnız sözdə deyil həm də əməldə bu uca kəlama bağlanma səadətinə Rəsulullahın əhli-beyti və səhabə nəslimüyəssər olmuş və onlarınşanlı mücadiləsi ilə bu mübarək yaşantı günümüzədək gəlib çatmışdır.Lakin nədənsə müasir dövrdə Quran həqiqətlərininyaşanması nəfslərəağır gəlmiş, bu səbəbdən də əməldə yaşantı həyəcanından daha çox sözlə tanınma, sözlə mücadilə, sözlə mübahisə həyəcanı islami həyatınsimvoluna çevrilməyə başlamışdır. Bu çətin durumdan qurtulma yollarına baş vuran insan təbiidir ki, Allahu-Təalanı tanıma və Ona gərəyincə təzim etmə mərifətinə yiyələnmə ehtirasını özündə daşımalıdır. İlahi bəyanın aləmləri lərzəyə gətirən ehtişamı önündə qəlb aynalarını bu möhtəşəmliyə açan insan övladı nəfsə ağır gələn əsil qulluq həyəcanını yaxalaya bilər. Allah Rəsulu hədisi-şərifdə belə buyurur:

      “Allah-Təala əmrini bildirməyi diləyəndə vəhy yoluyla danışar. Danışdıqca göylər şiddətli şəkildə sarsılmağa başlayar. Göy sakinləri bunu eşidəndə özlərindən gedərlər və Allah üçün səcdəyə qapanarlar. Bu vəziyyətdə səcdədən ilk başını qaldıran Cəbrayıl (ə.s) Allahdan aldığı vəhyi mələklərə çatdırar. Hər bir səmaya uğrayanda oranın mələkləri: Rəbbimiz nə buyurdu? – deyər. Cəbrayıl (ə.s) gerçəyi söyləyər və “Ucalar ucası, böyüklər böyüyü Allahdır” – deyər. Beləcə “Cəbrayıl (ə.s) göydə və yerdə vəhyi Rəbbimizin əmr etdiyi yerə götürər.” ( İbn Kəsir Təfsirul Kuranil Azim III,537 )

      Təsəvvür edin ki, idrakı haradasa mümkünsüz olansahilsiz kainat ümmanını və orada qərar tutanlarıdəhşətə gətirən bu möhtəşəm vəhy, peyğəmbərimizin timsalında  bir insan övladına yüklənilir. Haqq kəlamı Haqq üzrə yaşamaq üçün.Təsadüfi deyil ki, Rəsulullah kimi qulluq məsuliyyətini daşıma şərəfinə yiyələnən mübarək nəslin heybətindən yer üzü, göy və ərş titrəməyə başlayırdı. Bu məqamlarda kimiləri əllərindəki loğmaların, kimiləri bədənlərindəki sümüklərin belə zikrini eşidir, kimiləri üçün də Rəsulullah yanlarında ikən Uca Rəbbimiz xurma kötüklərini, cansız görünən daşları, dilsiz sanılan heyvanları zikr etdirərək, Adəm övladlarını yaradılış ahənginin bir-birini tamamlayan gözəllik və hikmət təcəlliləri ilə baş-başa buraxırdı. Bu məqamları dəyərləndirən hörmətli Osman Nurı Topbaş əfəndi kamil bir möminin də bu istiqamətdə əldə edə biləcəyi mənəvi qazancları bu şəkildə dəyərləndirir:

      “Təqva əhli kamil möminlər pərdəsiz bir könül gözü ilə aləmləri (ondakı möhtəşəm hikmət təcəllilərini) seyr edərlər. Kainatın məna dolusəhifələrini ibrətlə oxuyarlar. Nəfs planında ömür sürən zavallılar isə qəflət barmağı ilə gözlərini tutduqları üçün kainat kitabından  heç bir hikməti görə bilməzlər.”

      Qəflət həyatını özləri üçün qazanc sananlara yönələn Abdulqadir Ceylani Həzrətləri bunları söyləyir:

      “Nə qədər ki, qiymətli vaxtın tükənməyib, həmən qəlbinlə Rəbbinə dön. Sən salehlərin hallarını sadəcə dilinlə anlatmaq və o halları özün üçün də təmənni etməklə kifayətləndin.Sənin bu halın ovcuna su alaraq yumruq şəklində onu sıxan kişiyə bənzəyər ki, əlini açanda orada bir şey qalmaz”.

      “Mən insanları və cinləri yalnız mənə qulluq etsinlər deyə yaratdım.” buyuran Uca Allahın qullarından istəyi olduqca açıq və aydındır. Elm və hikmətə, mərifətullah və məhəbbətullaha  yiyələnən insan övladı Rəbbinə doğru qəlbi bir istiqamət almalıdır. Yalnız bundan sonra səhabə nəsli kimi ilahi vəhyin şəkilləndirdiyi qulluq dairəsinə yanaşmaq mümkündür. Hər bir insanın bu şəkildə qulluq məsuliyyətinə taqət gətirə biləcəyi biçimdə xəlq edildiyini bildirən Musa Topbaş əfəndi bizləri ümidsizlik girdabından qurtulmağa səsləyir:

      “Qulu mərifətullaha nail edəcək özlər, yəni toxumlar vücud torpağında hazır şəkildə gözləməkdədir. Bunların qol budaq atması üçün həmd, şükür, zikr və fikrə davam etmək lazımdır. Mərifət elminin başı, zirvəsi ilahi sənətin sirləriüzərində təfəkkürdür. Sağlam və masivadan (Allahdan qeyri hər şeydən) arınmış bir qəlblə edilən müraqəbə və təfəkkür nəticəsində insan kitablardan öyrənə bilməyəcəyi bir çox ruhani bilgilərə sahib olur”.

      Əziz qardaşlarım! Gəlin söz və əməlin vəhdətinə götürəcək bütün nəsihətləri incədən-incəyə dəyərləndirək. Mühyiddin Ərəbi həzrətlərinin qəlb aynasından əks edən bu mənaları nəfslərimizin qurtuluş rəhbərinə çevirək:

      “(İlahi ehtişamın qarşısında) Susun. Susduğunuzda (ilahi sirlərin qəlblərinizi riqqətə gətirəcək dərin mənalarını) dinləyin. Dinlədiyinizdə (bu mənaların iç üzünü, qulluğa dəvət edəcək incəliyini) anlayın. Anladığınız zaman (Yaradılış məqsədinizin ən ülvi tələbi olan) əmələ sarılın və (Allah (c.c)-ın sonsuz rəhmətinə) güvənin”.

       

      • Hits: 757 clicks

      Tecox component by www.teglo.info