Yrd. Doç. Dr. Əhməd Niyazov - Şueyb Əfəndi ibn İdris Baquni Nəqşibəndi (ö.1330 /1909) və onun“Nəqşibənd silsiləsinin bəyanı” qəsidəsi

      Share

      Zaqatala tarixi keçmişidərin mənəviyyata sahib bir yurd, bir övliya diyarıdır. Bölgənin sərt təbiəti, dağı-daşı həmişə zikr sədaları ilə pöhrələnmiş, insanların mənəvi dünyası təsəvvüf böyüklərinin elm və irfanı ilə yoğrulmuşdur. Bu mənəviyyat böyüklərindən biri də Talalı Hacı Əhməd Əfəndinin (q.s) yetirməsi Şueyb Əfəndidir (q.s). Mürşidi-kamil, fəqih, sufi-alim Hacı Şueyb Əfəndi Baquni (h 1274) 1853-cü ildə Dağıstanın Baqin (indiki Çarodin) aulunda anadan olmuş, ömür fəaliyyətinin böyük hissəsini Car-Balakəndə keçirmişdir.

      Şueyb Əfəndinin atası dövrün alimlərindən Şeyx İdris Əfəndidir. O, Qandax kəndində yaşamışdır. Oğlu Şueyb ilə hələ yeddi yaşından dini elmlərin tədrisi ilə məşğul olmağa başlamış, ona əvvəlcə Qurani-Kərim qiraətini öyrətmişdir. Özünün xatirələrindən məlum olur ki, “İxlas” surəsinin təlimindən sonra Allahın inayəti ilə Quranın qalan qisminin oxunmasında müəllimə ehtiyacı olmamışdır. Bununla yanaşı İdris Əfəndi ilə birlikdə o, “الحدائق / əl-Hadaiq” kitabının mütaliəsini başa vurmuşdur.On yeddi yaşında yetim qalan Şueyb Əfəndininelmə olan həvəsi heç sönmədi. Nəqli və əqli (nəzəri və dəqiq) elmlərin təhsilinə davam etdi. Elm əhli arasında olan adət üzrə iyirmi səkkiz yaşında ikən üsulul-fiqh, tövhid və furui-fiqhi tamamladı. Sonra yenə bu yaşında ikən Rəbbi-Təalanın fəzli-kərəmi ilə Qurani-Məcidin hifzini tamamlayaraq hafiz oldu. 

      Dövrün mürşidi-kamil, alim və arif insanı Talalı Şeyx Əhməd Əfəndiyə (q.s) üz tutdu. Ustadıonaseyr-i süluk vəzifəsini Gözbarax məscidində yerinə yetirmə vəzifəsi verdi. Onun xidmətində vəzifəsini özünün də dediyinə görə iki il içərisində tamamladı. Şeyxin mənəvi tərbiyəsi ilə ədəb təlimini başa vuraraq, sülukunu ən gözəl yoldan əldə etdi.

      Müridlikdən mürşidliyə addım-addım yüksələn Şueyb Əfəndi bir mənəvi hal sahibi kimi (h.1301) 1883-cü ildə tam icazətnamə aldı. Bir müddət keçdikdən sonra şeyxi onu irşad ilə vəzifələndirdi. Ona və xəlifələrinə istiqamət sahibi olmalarını, şəriət prinsiplərini və dinin əsaslarını hər nə bahasına olursa olsun insanlara öyrətmələrini vəsiyyət etdi.

      Ərəb dilini mükəmməl bilən Şueyb Əfəndi əsərlərini də bu dildə qələmə almışdır. Onlar; 1)طبقات الخواجكان النقشبندية و سادات المشايخ الخالدية المحمودية“Tabaqatul-Xaceqan ən-Nəqşibəndiyyə və Sadatul-Məşayixil-Xalidiyyəl-Mahmudiyyə”2) قلائد جواهر الأعجام في سير سيد الانام –“Qalaidu cəvahiril-ə`cam fi siyəri Seyyidil-ənam” 3). زبدة الاخبار –“Zubdətul-Əxbar”4)التخميسət-Təxmis” 5) الفريدة المخمسة - “əl-Fəridətul-Müxəmməsə” 6) المرثية في حق التلالي حين انتقل الي دار القبور- “əl-Mərsiyyəfi haqqit-Talali hinə intəqalə ilə daril-Qubur” və ألقصيدة النظمية قي بيان سلسلة النقشبندية  - “əl-Qasidətun-Nazmiyyə fi bəyani silsilətin-Nəqşibəndiyyə”

      Silsilə, bir təriqətin bir-birinə icazət verən şeyxlərin adlarının ardıcıl sadalandığı yazı nümunəsidir. Bu, bəzən qeyri-mənzum, bəzən də nəzmformasında, yəni qəsidə şəklində qələmə alınır. Şueyb Əfəndinin silsilə qəsidəsiəslində onun “Tabaqatul-Xacəgani-Nəqşibəndiyyə” kitabının xitamını təşkil edir. O, bir baxıma bu qızıl silsilə ilə öz əsərini taclandırmış, şeirdən də görüldüyü kimi hər sətirdə silsilənin hər bir həlqəsindəki mürşid üçün onun ən üstün xüsusiyyəti ilə bağlı bir fəzilətini vəsfedərək mədhiyyə düzmüşdür. Şeiri tərcümə edərək onunla həmhal olanların könlünə bir töhfə təqdim etmək istədik. Tərcümə əsnasında sadə bir tərcümənin (düz tərcümə) məqsədə müvafiq olmayacağını, əslində müəllifin vermək istədiyinin layiqincə əks etdirilməyəcəyini bilirik.Ancaq əskik və nöqsanla dolu olsa da yenə şeir dilində tərcümə təqdim etməyimüəllifin yoluna sədaqət  və ehtiram baxımından daha uyğun hesab etdik.

       

      Nəqşibənd silsiləsinin bəyanı” qəsidəsi

      Təvəssül eyləmişik biz də sidqi qəlb ilə      

      Rəsulların seyyidi, nəbi möhtərəm ilə

      Ümmətdən hər möminin şəfaətçi sərvəri       

      Rəsulumuz Məhəmməd əleyhissalam ilə

      Sevr dağında qalan o mağara yoldaşı        

      Nəbinin sadiq dostu Siddiq-i Əkbər ilə

      Gözü Rəsulu görmüş Salmanın sevgisiylə  

      Hamıya həmdəm olan təvazökar Qasımla

      İmam və Əfəndimiz Cəfər-i Sadiq ilə

      Himməti, feyzi geniş Bəyazid Bistamilə

      Dərqahın eşq məşəli Şeyx Əbul-Həsənlə

      Əbu Əli Fərmadi hikmət sahibi ilə

      Fəzilətdə çox üstün Yusif Həmədanilə

      Mənəviyyat dənizi Pir-i Gücdivanilə

      Hüsn-ü Camal sahibi Arif Rivgəri ilə

      Yağış tək bərəkətli Mahmud Fəğnəvi ilə

      Eşq ilə pərvazlanan Əzizan Ramitnilə

      Elmdə sabitqədəm Baba Simasi ilə

      Rütbə, məqamda kamil Əmir Külali ilə

      Rəbbim sən onu bizə daim çıraqban eylə!

      Şəriəti ucaldan Ələddin Attar ilə

      Əhkamı saflaşdıran Yaqub-i Çərxi ilə

      Doğru yolu göstərən Abdullah Əhrar ilə

      Qədd-qamətdə ziyadə Məhəmməd Zahid ilə

      Zakirlər üçün söykək Dərviş Məhəmməd ilə

      Səxavətli və comərd Xacə Emkenegiylə

      Həmdedənlərə rəhbər Məhəmməd Billah ilə

      Yeni dövrə xoş səda, Mücəddid Faruq ilə

      Soyundan gələn alim, mürşid-i Məsum ilə

      Dinin sağlam qalası Xacə Seyfullah ilə

      Elmi, hikməti dərin bir irfan abidəsi,

      Bədvandan doğan günəş Nur Məhəmməd Şeyxilə

      İzzət, şərəf sahibi Mirza Mazhar Can ilə

      Daim zikirdə olan Abdullah Dihləvilə

      Dürr saçan, irşad edən qavs-ı əzəmlər ilə,

      Qol-budaq atmış kimi Xalid Bağdadi ilə

      Kəlam əhli İsmayıl Şeyx Kürdəmiriylə

      Sükutu üstün tutan Saleh Şirvani ilə

      Gönçə tək təravətli İbrahim Qutqaşenlə

      Ehsan etməyi sevən Yunus Əfəndi ilə

      Məşriqdə və məğribdə mənən uca tutulan,

      Övliyanın öndəri, hamıya əziz olan,

      Xalidi, Nəqşibəndi və Xıdridir nisbəti,

      Xalqın, millətin qütbü Mahmud Əfəndi ilə

      Möminlərə nümunə, mürşidlərə tac olan,

      Bir günəş ziyası tək qəlblərə lövbər salan,

      Həyatımızın canı Şeyximiz, öndərimiz,

      Kamil elm sahibi Əhməd Əfəndi ilə

      Könüllərdə nidası “qaddəsallahu sirrah”,

      Allah qatında, ərşdə eşidilər “zikrullah”,

      Ədəb, cəlal sahibi əziz Şeyximiz ilə,

      Hikməti dərya qədər Qusay Əfəndi ilə

      Rəbbim onu ucaltsın ən yüksək məqamlara,

      Qovuşsun şəfaəti qoy bütün umanlara!

      Bu qərib Şueyb Həqdən diləyir deyir Ya Rəb!

      Nəbinin hörmətinə, “Nun” və “Qələm” xətrinə,

      Onların feyzi dolsun hər müridin qəlbinə!

      Seyr-i sülukda olan ixvanımızdır bizim,

      Haqqın yoludur bu yol, zikridir qəlbimizin.

      • Hits: 659 clicks

      Tecox component by www.teglo.info