Ələddin SULTANOV - Bir Ayə

      Share

      بسم الله الرحمن الرحيم

      لَنْ يَنَالَ اللهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ

      “(Qurbanlıq heyvanların) nə ətləri, nə də qanları Allaha çatar. Lakin sizdən Ona çatacaq olan təqvadır. Beləcə onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!” (əl-Həcc, 37)

      Hz. İbrahim peyğəmbərin mirası vəAllaha yaxın olmaq üçün bir vəsilə olan qurban haqqındakı bu ayədən anlayırıq ki, Allah-Təala qatında dəyərli olan, qurban kəsilən heyvanın əti yaxud qanı deyil, qurban kəsən kimsənin qəlbindəki təqva, ixlas və səmimiyyətdir. Yəni ancaq ixlas və səmimiyyətlə kəsilən bir qurban nəticəsində onu kəsən şəxs böyük bir savaba nail ola bilər. Yoxsa Allahın, qurbanlıq heyvanın ətinə yaxud qanına ehtiyacı yoxdur. Qurbanın niyyəti və təqvası Allaha, əti isə ehtiyac sahiblərinə çatar.Hz. Peyğəmbər (s.ə.s) İslamiyyətin ilk illərində qurbanın ətini üç gündən artıq saxlamağı qadağan etmiş, ancaq daha sonra: “Sizə qurbanların ətindən üç gündən artıq yeməyi, bir çoxunuza qurban əti çatsın deyə qadağan etmişdik”[1]buyuraraqbu qadağanı qaldırmış və bunun hikmətinin, müsəlmanlar arasında paylaşma və infaq duyğusunun möhkəmlənməsi  olduğunu ifadə etmişdir.

      Qurani-Kərimin bizə xəbər verdiyi qissədən bilirik ki, Hz. Adəmin iki oğlu da qurban kəsmiş, ancaq onlardan birinin qurbanı Allah tərəfindən qəbul olunmuşdu. Buna görə də qurbanı qəbul olunan qardaş digərinə: “Allah yalnıztəqvasahibikimsələrdən(qurbanı)qəbuledər!”[2]demişdi. Buradan da başadüşülürki, qurbanın Allah tərəfindənqəbulolunmasıüçüntəqvailəkəsilmişolmasıgərəkdir.

      Mücahiddən nəql olunan bir rəvayətə görə müsəlmanlar, kəsdikləri qurbanlıqların ətlərini, müşriklər kimi Kəbənin ətrafında sərib qurutmaq istəmişdilər. Bunun üzərinə yuxarıdakı ayə nazil oldu və bu qadağan olundu. Yenə İbn Abbasdan gələn bir rəvayətə görə cahiliyyə dövründə ərəblər qurban kəsilən heyvanların qanı ilə Kəbənin divarlarını boyayardılar. Müsəlmanlar da belə etmək istədikləri zaman bu ayə nazil oldu və bu kimi işlər müsəlmanlara qadağan edildi.

      Digər tərəfdən bu ayədə, qurbanlıq heyvanların insanların xidmətinə verildiyi ifadə edilməklə, o heyvanların güclü və böyük olmalarına baxmayaraq Allahın onları insanların istifadəsinə verdiyinə və onları rahat bir şəkildə kəsəbildiklərinə diqqət çəkilmiş və buna görə də Allahı uca tutub Ona şükür etmələriistənilmişdir. Ayənin sonunda isə, istər qurban ibadətində, istərsə də digər ibadətlərdəixlasla hərəkət edən yaxşı əməl sahibləri Cənnət və axirət nemətləri ilə müjdələnməkdədirlər.

       


      [1]Ebu Dâvud, Edâhî 10.

      [2]əl-Maid, 27.

       

      • Hits: 519 clicks

      Tecox component by www.teglo.info