Home Arxiv 2015 № 106 Sentyabr Kamran Məmmədov - QURAN GÜNDƏLİYİ - HƏCC SURƏSI


    Kamran Məmmədov - QURAN GÜNDƏLİYİ - HƏCC SURƏSI

      Share

      Həcc surəsi, Mədinədə nazil olmuşdur, 78 ayədir.. Əhkamla əlaqədar mövzuları ələ alır. Mədinədə enən və əhkama ağırlıq verən digər surələr kimidir. Mədinədə enmiş olmasına baxmayaraq surəyə daha çox Məkkədə enən surələrin havası hakimdir. Çünki bu mübarək surədə iman, Allahın birliyi inancı, xəbərdarlıq, qorxutma, öldükdən sonra dirilmə, cəza və hesab, qiyamət və ondakı çətinlik səhnələri açıq bir şəkildə görülməkdədir. Hətta, oxucu az qala bunun Məkkədə nazil olduğunu düşünür. 

      Bu xüsusiyyətlər, döyüş icazəsi, həcc və qurban hökmləri, Allah yolunda cihad əmri və Mədinədə enən surələrin xüsusiyyətlərindən olan digər əsas mövzular yanında bu surənin daşıdığı xüsusiyyətlərdir. Hətta bəzi alimlər bu surəni, Məkkə və Mədinədə enən surələr arasında ortaq surə saymışlar.

      Bu mübarək surə ürküdücü və sərt bir girişlə başlayır. Bu mənzərə qarşısında ürəklər titrəyər, dəhşətindən ağıllar başdan gedər. Bu, qiyamət qopan zaman meydana gələcək şiddətli sarsıntıdır. Bu hadisənin şiddəti insanın xəyal edə bilməyəcəyi qədər çoxdur. Çünki bu sarsıntı yalnız evləri və sarayları yıxmaz, onun şiddəti uşaqlarını unudan əmzikli və uşaqlarını salan hamilə qadınlara da təsir edər. İnsanlar şərab və sərxoşedici hər hansı bir şey içmədikləri halda o gün, ürəkləri sarsıdan qorxunc bir vəziyyət meydana gəldiyi üçün şərab içib sərxoş olmuş kimi səndələyir; “Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!” (əl-Həcc, 1)

      Bu mübarək surədə qiyamətin qorxunc səhnələrindən, öldükdən sonra dirilmə ilə həşrin reallaşacağını göstərən dəlillər keçir ki, insanın yox olduqdan sonra təkrar dirildiləcəyini, buradan da yaxşılığa qarşı yaxşılıq, pisliyə qarşı pislik olmaq üzrə əməlinin qarşılığını almaq üçün cəza və hesab yurduna keçəcəyinibilsinlər.

      Surə, bəzi qiyamət səhnələrindən bəhs edir. Belə ki, yaxşıların nemət yurdunda, pislərin isə cəhənnəm yurdunda olacağını qeyd edir. Daha sonra kafirlərlə döyüşə icazə verilməsinin hikmətindən bəhs edir. Zülmləri və azğınlıqları səbəbilə həlak edilən ölkələrin xalqından sözedir. Bundan məqsəd, dəvətlər mövzusunda Allahın (c.c) tətbiq qanununu açıqlamaq və səbir edənləri gözləyən yaxşı nəticə sayəsində müsəlmanlarınqəlbini rahatlatmaqdır.

      Bu surə son olaraq müşriklərin bütlərə ibadəti ilə  əlaqədar bir zərbi-məsəl gətirir və bu məbudların, görən və eşidən bir insan yaratması bir tərəfə, bir milçək belə yaratmaqdan aciz və dəyərsiz olduqlarını açıqlayır və insanları, iman qalası və tövhid dirəyi olan Hz.İbrahimin (ə.s) dininə uymağa çağırır. 

      Hz.İbrahimin (ə.s) dəvətini əbədiləşdirmək üçün bu surəyə "Həcc surəsi" adı verildi. O, Kəbənin inşasını bitirib insanları, Allahın Beyti-Haramını ziyarətə çağırmışdı, dağlar əyilmiş və səsi dünyanın hər tərəfinə çatmışdı. Hətta onun çağırışını ataların belində və anaların bətnindəkilər belə eşitmiş, "Ləbbeyk Allahummə Ləbbeyk, yəni Ey Allahım! Buyur, əmrinə tabe oldum, dəvətinə gəldim",- deyərək bu dəvəti qəbul etmişdilər.

      “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!”

      İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.

      Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirin!

      Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kəbəni) təvaf etsinlər!”(əl-Həcc, 26-29)

      Bundan sonrakı ayələr (30-37) Həcdə kəsilən qurbanlar haqqındadır. Surənin adı Həcc surəsi olsa da Həccə aid bəzi hökmlər əl-Bəqərə və Ali-İmran surələrində də qeyd edilir.

      Surənin sonu Allaha ibadət və itaət etməyi təkrar xatırladaraq yekunlaşır:

      “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)

      (Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları haqda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!”(əl-Həcc, 77-78)

      • Hits: 334 clicks

      Tecox component by www.teglo.info