Müsəlmanlarda Mədəniyyət / Hacı Arif Ceylan

      Share

      Keçmiş əsrlərə aid həyat tərzi ilə bàğlı hadisələr haqqındakı məlumat və xəbərlər daima insanları maraqlandırmışdır. Çünki bunlar bəzən bilik və təcrübə qazandırır, bəzən ibrət dərsi verir.

       Bəzən də insanları düşünməyə sövq edir.

      Yer üzündəki insanlar fikri inkişaflarını tərəqqi etdirdikdən sonra keçmişdəki hadisələri və yaşayış tərzini öyrənmə arzusuna düşürlər. Çünki tarix-yaddaş qabiliyyətlərini hərəkətə keçirən bir güc mərkəzi olaraq bəşəri və təbii hadisələrin nəticələrinə söykənməklə mənəvi qabiliyyətləri rəhbər tutan tənzimləyici elm sahəsidir.

      Söz yox ki, tarixini bilməyən bir millət yaddaşını itirmiş insan kimidir. Qədim romalı bir  fikir adamının dediyi kimi, “êeçmişindən xəbərsiz bir toplumun uşaqlardan heç bir fərqi yoxdur”. Çünki ikisinin də keçmişi mövcud deyildir. Keçmişini pisləyən də gələcəyindən əmin ola bilməz. Bu həqiqəti sevimli xalq şairimiz Bəxtiyar Vahabzadə çîõ gözəl qåyd åtmişdir:

      “Keçmişini söyən gələcəyinə güllə atır”.

      Insan həyatında onun bildiklərinin və həyat təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyi inkar edilə bilməz. Bu baxımdan, keçmişə aid məlumatları yaxşı bilib, tarixdən dərs alanlar çox zəngin bir təcrübə xəzinəsinə malik olurlar. Kahkaşandi (öl.1418) tarixi sahili olmayan bir dəryaya oxşadıb, onunla tanış olan insanları həmin dəryanın müxtəlif nemətlərindən  istifadə edən kimsələr kimi qəbul etmişdir.[1]

      Onu da qeyd edək ki, keçmiş hadisələrin əsas mövzusu insandır. Əsas mövzusu insan olan tarixin məqsədi isə onu Allahın rızasına uyğun olaraq yetişdirməkdir. Bu səbəbdəndir ki, tarixin ilk təzahürlərinə bilavasitə Qurani-Kərimdə şahid oluruq. Çünki Qurani-Kərim insan həyatının yalnız mənəvi cəhətini deyil, sosial həyatını da əhatə edir.

      Həqiqətən də bu günü anlamaq və gələcəyə ha-zırlaşmaq üçün tarixin mühüm hadisələrini dəyərləndirib ondan ibrət dərsi almaq lazımdır. 

      Tarixin bir hissəsi olan “Mədəniyyət  tarixi” də yer üzünün hər hansı bir bölgəsində olan cəmiyyətin keçmişdə özünəməxsus yaşayışını, dini inanclarını, adət-ənənələrini, dil və ədəbiyyatını, incəsənət fəaliyyətini, fikir, fəlsəfə və digər elmləri, dövlətin idarə îlunmàsını və təşkilatlanmasını geniş şəkildə mənimsəyən, bütün ünsürlərin mənbəyini, inkişafını, dəyişməsini və zəifləməsini araşdırıb incələyən bir elm sahəsidir.

      Islam mədəniyyəti isə müsəlman cəmiyyətinin sahib olduğu mədəniyyət üçün işlədilən bir ifadədir. Hz. Peyğəmbərdən bəri müsəlman olan bütün xalqların birgə meydana gətirdikləri bir mədəniyyətdir. Fikir nöqteyi-nəzərindən mədəniyyətlərin yaranması, inkişafı və da-ğılması fərqlilik göstərməklə bərabər, ümumiyyətlə iki ünsürdən meydana gəlir. Bunlar maddi və mənəvi ünsürlərdir.

      Islam mədəniyyəti, əsas mənbələri maddi və mənəvi ünsürləri öz daxilində yaşadan Quran və sünnə dediyimiz ilahi bir mədəniyyət – ilahi bir nizamdır.  Bununla bərabər Islam mədəniyyətini layiqincə tanıyıb, onun insanlığın xidmətinə təqdim etdiyi imkanları tədqiq edib gün işığına çıxarmaq güman edildiyi qədər asan deyildir. Çünki bu, başqa-başqa diyarların müxtəlif və rəngarəng çiçəklərindən bir dəstə gül meydana gətirmək deməkdir.[2]

      Incəsənətdə, ədəbiyyatda, memarlıqda, hətta bir çox adət-ənənəmizdə belə o müqəddəs ruhun sonsuz təzahürləri gözləri qamaşdırır.

      Ancaq şüurumuzun sarsılıb zəifləməyə başlaması ilə varlığımızın əzəmətli binası daxildən və xaricdən mütəmadi olaraq dağılmağa başladı. Əsrlərlə bütün dünyanın diqqətini özümüzə yönəldə bildiksə də, nəticədə ən kiçik düşmənlərimizi belə gözümüzdə böyütməyə, bütün əcnəbi millətlərə hörmətlə baxıb heyran olmağa və bizdən olmayan hər şeyi özümüzdən daha üstün tutmağa başladıq.

      Nəhayət, mədəniyyəti əcnəbilik zənn edəcək qədər rüsvayçılığa düçar olduq. Millət üçün şəxsiyyət dəyişdirməyin fərd üçün cinsiyyət dəyişdirməklə eyni olduğunu yaddan çıxardıq.

      Əgər milli və dini mənliyimizi yox olmaqdan tamamilə  qurtarmaq istəyiriksə, bunu yaxşı dərk etməliyik ki, Qərb mədəniyyəti dediêdə, əslində Qərb dünyasının adət-ənənələri deyil, elm və sənətə malik bir mədəniyyət məcmuəsi başa düşülməlidir ki, onun da Qərblə və Qərbçiliklə heç bir əlaqəsi yoxdur. Çünki, o hər şeydən əvvəl bir Islam əsəridir. Hind alimi bu həqiqəti gözəl izah edir:

      “...Bu günkü Qərbin bütün elmləri, fərqində belə olmadığımız Islam mədəniyyətinin məhsuludur. Bu nöqtə, xüsusilə on doqquzuncu əsrdən bəri Qərb alimlərinin bütün təfərrüatıyla təsbit və etiraf etdikləri bir həqiqətdir.

      Əgər bu günkü Qərb mədəniyyətindən Islam elmləri götürüləcək olsa, fabriklər işləməz, banklar dərhal bağlanar və xəstəxanalar qəbiristanlığa çevrilər...”[3]

      Bizim üzərimizə düşən əsàs vəzifə Qərbə nəql edilmiş öz mədəniyyətimizi heç vaxt itirmədən özümüzə qaytarmaqdan başqa bir şey dåyildir. Hər halda yaddan çıxarmamalıyıq ki, biz zəiflədikcə qərbliləşirik. Indi isə ancaq irəliləyib özümüzə qayıdıb şərqliləşə bilməliyik. Çünki, Qərb mədəniyyəti əslində ålə Şərq mədəniyyəti dåməêdir.[4]

      -----------------------------------------------

      [1] Əhməd ibn Əli əl-Kahkaşandi, “Subhul-Aşə fi Sına’atil- Inşai”

      [2] Prof. Z. Kazıcı, “Islam mədəniyyəti və müəssisələri tarixi”       

      [3] Asəf  Feyzi, “Conferences sur l’Islam”

      [4] I. H. Danişmənd, “Qərb mənbələrinə görə islam mədəniyyəti”

       

      • Hits: 1069 clicks

      Tecox component by www.teglo.info