Din Xadiminə Yaraşmayan Xüsusiyyətlər / Şemseddin Kırış

      Share

      Din xidməti dinin öyrənilməsi, əmrlərinin yerinə yetirilməsi və yaşanmasında edilən hər bir işi, atılan hər addımı əhatə edən “saleh əməllər” silsiləsini ifadə edir. 

      Qurani-Êərimdə Àllaha köməkdən bəhs edilir. Allah Təala belə buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi möhkəm qılar”.(Məhəmməd, 47/7.) Allah Təala dininə edilən köməyi Özünə edilmiş kömək hesab edir və o şəkildə qiymətləndirir. Allahın köməyə ehtiyacı yoxdur, ancaq dinin irəliləməsi üçün insanların bu dinə köməyi zəruridir. Müəyyən səbəblərlə dini öyrənə bilməmiş və dini həyat tərzindən uzaq qalmış insanlara ilê növbədə Allah həqiqəti və Allahın qoymuş olduğu hökmlərin önəmi çatdırılmalıdır. Insanların Allahın dinini yayma və yaşatma işində yükləndikləri hər məsuliyyət, atdıqları hər addım Allaha köməkdir. Bu xidmət cəmiyyətə həvalə edilmiş vəzifə olmaqla yanaşı din xadimləri bu istiqamətdə daha fəal iştirak etməlidirlər. Din xadimi bəzi õüsusiyyətlərə sahib olmaqla yanaşı, bəzi õüsusiyyətlərdən də uzaq olmalıdır. Bu yazımızda din xadiminə yàràşmàyan õüsusiyyətlər barədə bəhs edəcəyik ki, înlàr mənfi davranışlardan uzaq dursunlàr. Bəzən yàràşmàyan õüsusiyyətlər bizə lazımi xüsusiyyətlərin necə olàcàğını xatırladır. Necə ki, Loğman həkimə soruşurlar, ədəbi hardan öyrəndin? O, càvàb vårir êi, ədəbi ədəbsizlərin əhvalatından öyrənmişəm.

      Imam  Qəzzalinin məşhur “Ehya” əsərində “Elmin verə biləcəyi zərərlər” adlı bir bölüm vàr. Müəllif bu bölümdə din aliminə, əsl din xadiminə yaraşmayan õüsusiyyətləri bir-bir sayaraq bu məsuliyyətli yolun yolçularını qarşılarına çıxa biləcək maneələrdən xəbərdar edir. Bu mövzuda Qəzzalinin ən çox vurqulàdığı məqam isə alimlərin axirət əməli etmək istərkən bilərək və ya bilməyərək bu əməlləriylə dünya həyatını istəmələri və dünya həyatına meyl etmələri, nəticədə ikiüzlü və münafiq olmalarıdır. Din alimi və xadimi daxilində əsla ziddiyyətlərə yer verməməlidir. Insanları axirətdə məsud edəcək əməllərə təşviq edərkən könlündə dünya sevdası olmamalıdır. Alim bütün bu sadalananları hər tərəfli bildiyi üçün məsuldur. Bilmək çox böyük məsuliyyətdir. Nəcd qəbiləsindən bir adam gəlib Allah Rəsulundan (s.ə.s.) namaz, oruc və zəkatdan ona fərz olanları soruşdu. Allah Rəsulu (s.ə.s.) ona vacib olanları bildirdikdən sonra həmin adam belə dedi: “Allaha and olsun ki, bundan nə artıq edərəm, nə də əksik.” Həmin adam çıxıb getdikdən sonra Allah Rəsulu (s.ə.s.) “Sözündə səmimidirsə nicat tapmışdır.” -buyurdu. (Buxari, Iman, 34; Ibn Macə, Iqamətüs-salət, 194.) Hz. Peyğəmbərə bu sualları soruşan səhabə Dimam ibn Saləbədir. Dimam bilməyin məsuliyyət olduğunu  anladı və çox sual soruşmadı. Qısa və yığcam suallarıyla dinin vəzifələrini öyrəndi. Din xadimi elmdə uzun məsafələr qət etməsinə baxmayaraq, Dimamı daim xatırlamalı, öyrəndiklərini və söylədiklərini öz həyatında tətbiq etməyə çalışmalıdır. Din xadimi günah və üsyanın əvəzinin ələmli bir əzab, savab və Allaha itaətin əvəzinin də ən gözəl və ən mükəmməl həyat olan cənnət olduğunu sanki gedib görmüş kimi qətiyyətlə bilən insandır. Belə bir insan imanını daim canlı saxlamalı və daxilində heç bir təzada düşmədən sağlam həyat yaşamalıdır.

       Həsəd insanla bərabər daim var olmuş və məğlub edilməsi çox çətin olan bir xəstəlikdir. Çox maraqlıdır ki, din xadimlərinin ən çox yîluõduğu xəstəlik də məhz həsəddir. Quranda əhli-kitab alimlərinin həsəd səbəbiylə dünya imtahanını itirdikləri bildirilir. Allah-təala belə buyurur: “Onlar isə yalnız özlərinə bilgi gəldikdən sonra öz aralarındakı ədavət üzündən parçalandılar.” (Şura, 42/14; Casiyå, 45/17.) Ayədəki ədavət şəklində tərcümə edilən bəğy məfhumu istək, arzu və həvəsimizin həddini aşması və ruhi əhvalımızın sarsılması halını ifadə edir. Insanın ruhi əhvalı pozulunca həsəd kimi mənfi xasiyyətlər ortaya çıxır. Din xadimləri nədənsə bir-birinin müvəffəqiyyətini qəbul edə bilmirlər. Həsəd həm əməlləri yox edər, həm də edilən xidmətin bərəkətini azaldar. Dövrümüzdə din xidməti müəssisələşmiş və fəxri xidmət olmaqdan uzaqlaşmışdır. Bunun bir çîõ faydaları vardır. Lakin müəssisələşmənin idari sistemə bağlı olması həsədi alovlandıran atmosferin formalaşmasına zəmin hazırlayır. Hal-hazırki din xidmətində idarəçi kollektiv, müəllim və imam kollektivi və sair kollektivlər mövcuddur. Xüsusilə idarəçi kollektivlə digər kollektivlər arasındakı münasibətlərin pisləşməsi həsəd duyğusuyla çox əlaqəlidir. Çünki idarəçi olmağın maddi və dünyəvi imkanları vardır. Alt kollektivdəkilərin özlərindən üstdəki kollektiv mənsublarına həsəd etməmələri, həmçinin vəzifəlilərin də özlərindən aşağıdakıların həsəd duyğusunu àrtıràn işlər etməmələri lazımdır.

      Din xadimi eyni zamanda özünü kamil hesab etmək və tənqid olunmamaq kimi bir xüsusiyyətdən də çəkinməlidir. Dini xidmət o qədər zərif fəaliyyətdir ki, bəzən bu sàhədə bir naxışçı kimi həssas olmalıyıq. Edilən bu xidmətdə hər gün yeni bir şey öyrənməli və bilməliyik ki, öyrənəcəklərimizin sonu yoxdur. Elə bu səbəbdəndir êi, özümüzü kamil və mükəmməl hesab etməməliyik. Din xadimi ətrafındakılara yeni şeylər öyrədərkən özü də hər dəfə nə isə yeni bir şey öyrənir. Bu baxımdan dà bir din xadimi tənqid olunmaqdan qorxmamalıdır. Din xadimləri bir-birini tənqid edə bilərlər. Bu tənqidlərin hər biri, “din nəsihətdir”. hədisi rəhbər götürülərək edilməlidir. Elə bu səbəblə edilən tənqidlər kimi isə kiçiltmək və ya qınamaq mahiyyətində olmamalı, əksinə yolgöstərici, öyrədici olmalıdır. Tənqid edərkən də üslubların ən gözəli seçilməli, incidici, könül qırıcı ifadələrdən uzaqlaşılmalıdır.

      Keyfiyyətli din xadimi ixtilaflı mövzulara girməkdən uzaqlaşmalıdır. Dini elmlər sahəsi digər elmlərin yanında müstəsna yeri olan bir sahədir. Insanın həm dünyada, həm də axirətdə nicat tapmasına vəsilə olacaq bilik və hikmətləri ala biləcəyi bir sahədir. Bununla yanaşı, bu sàhə ixtilafa daha çox səbəb îlà bilən bir sahədir. Hər gözəl işin də imtahan tərəfi vardır. Din bir gözəllikdir, zəriflikdir, eşqdir, heyranlıqdır, həyacandır. Dini elmlərə qəlb gözü, könül gözü və məxluqatın dili ilə yaxınlaşmaq lazımdır. Bütün məxluqat Allahı təqdis edir və təbii êi, bu mövzuda aralarında heç bir ixtilaf yoxdur. Ilahiyyatçı hər hànsı məsələyə münàsibət bildirəndə înà ixtilaflı üslubla  deyil, hikmətlə yanaşmalıdır. Ilahiyyatçının sükutu, çox vaxt înun mənalı danışmàsı olmalıdır. Ixtilafın cazibədar tərəfinin də olduğunu qeyd etmək lazımdır. Ixtilaf bəzən nəfsə çox xoş gəlir, çünki orada mənliyimizi îrtàyà qîymàq imkanı vardır. Dövrümüzdəki ilahiyyatçılar və din xadimləri ixtilaflı məsələlərdən çox hal elminə yönəlməli, mümkün qədər ixtilafdan kənarlaşmalıdırlar.

      Imam Qəzzalinin keyfiyyətli din xadiminə yàràşmàyàn õüsusiyyətləri “Ehya” əsərində qåyd åtdiyini yuxarıda göstərmişdik. Bu bölümdə bəhs edilən mövzunun hələ də aktuallığını itirmədiyinin şàhidi îlduq. Insanın sahib olduğu siyasi, iqdisadi və sosial quruluşu nə qədər dəyişərsə-dəyişsin, demək olar ki, psixoloci tərəfində dəyişməyən nöqtələr var. Din xidmətində qarşılaşdığımız problemləri həll etməyə çalışsaq, həll edə bilməyəcəyimiz heç bir məsələ qalmaz.

       

      • Hits: 1055 clicks

      Tecox component by www.teglo.info