Salih Zeki Meriç - BİTMƏYƏN İSTƏKLƏR

      Share

           Rəbbimizin ən şərəfli varlıq olaraq yaratdığı insan[1], bəşərivəsfləriylə və mələkixüsusiyyətləriylə digər yaradılanlardan fərqlidir. 

      İnsanın, Qurani-Kərimin ifadəsiylə,fərqli-fərqlixüsusiyyətləri və sifətləri vardır. Çünki insan tələskəndir,[2]acizdir.[3] İnsan az şükür edər[4] və nankordur.[5] İnsan ehtirasına düşkündür.[6]Bu özəlliklərinəbaxmayaraqRəbbinin hüzurunda etdiklərindən vəetmədiklərindən sorğuya çəkiləcək olan insan[7], ağıl və mühakiməetmə neməti verilmiş tək varlıqdır.

            İnsan nəfs daşıyan, nəfsinin istəkləri iləmüxatəb olan və o istəklərəqarşı zəiflik içində olan bir varlıqdır. Nəfsi duyğular, istək və arzular olaraq ifadəedilən “tuli-əməl” dediyimiz şey insanın bitmək-tükənmək bilməyən həvəsləri və arzularıdır. Bir başqa ifadə ilə tuli-əməl, insanın heç ölməyəcəkmiş kimi dünyaya aşırı bir şəkildə bağlanmasıdır. Bunun ziddiqənaət, tox gözlülük olub, insanın həmən öləcəkmiş kimi axirət üçün çalışması da“qasri-əməl” deyə ifadəedilir.Əslində mömin həyatı bu iki vəziyyət arasında gələr-gedər.

           İnsanı həyata bağlayan ünsurlar ümumi mənada dünyəvi şeylərdir. Dünya, insanın gözünəbər-bəzəkli göstərilmiş, içifərqli-fərqli cazibəünsurları ilətəchiz edilmiş bir məkandır. Dünya da insankimi keçici, fanidir. Əbədi olan Allahdır və sonsuzluqaləmi isə axirətdir.

           İnsanın dünyada əbədi olma həvəsi isə yenə nəfsinin tükənməyən istəkləri iləəlaqəlidir. Mal-mülk sevgisi, şöhrət düşkünlüyü, adının yaşaması kimi dünyaya aidehtiras dolu istəklər, insandakı ölümsüzlük arzusu ilə yaxından əlaqəlidir. Halbuki, ölümsüzlük və bəqasifəti sadəcə Allaha aiddir. Onun xaricində hər yaradılan, varlıqaləmindən üqba aləminəköç edəcək və hesab günü Rabbinə hesab verəcəkdir.

      Təsəvvüfərbabı, Allahın zikrindən uzaqlaşdırarqorxusuyla, dünya məşğuliyyətinə dalmaqdan və dünya sevgisini könüldəgöyərtməkdən şiddətləçəkiniblər. Çünki kişini ən çoxxətaya sövqedən vəyer-yer insanlıqcildindənçıxardan şey dünya vəvəzifə sevgisidir. Dünyada, olanla azmamaq, olmayana da üzülməmək gərəkdir. Dünya məşğuliyyəti vəkeçim təlaşı insanı Allahdan vəxeyirliəməllərdən uzaqlaşdırmamalıdır.

           Adətən insanla bərabər var olan vəhətta insanın ən böyük imtahanlarından biri olaraq görülən tuli-əməlin iki səbəbi vardır:Biri dünya sevgisi, digəri isə cəhalətdir. Dünyaya olanməhəbbət ona bağlanmaqla paralel getməkdədir. Dünyadan getmək istəməməyimiz, ondan umduqlarımızlaəlaqəlidir. Yığdığımız malımız, gələcəyimizüçünqurmağa çalışdığımız karyeramız, tamah duyğuları içərisindəətrafımızdan axıb gedən hayatı bir məqsəd halına gətirməyimiz, bizi dünyaya bağlayan şeylərdir.

      Əslməqsədimənəvi hüzur olan və axirət hazırlığı üçün bir tədris yeri olan dünya, bizim ehtiraslarımızı həyata keçirmək istədiyimiz bir sahəhalına gəlir. Vəziyyətbelə olanda Adəməleyhissalamdan günümüzəheç kimə yar olmayan dünya, şübhəsiz ki, bundan sonra da heç kimə yar olmayacaqdır.

          Mömin tarazlıq insanıdır. Dünya sevgisi qəlbinə yerləşmədən əvvəlqəlbini həqiqi məhəbbətlərə açmalıdır. Məhəbbətullah və Məhəbbəti-Rəsulullah ilə sevgi boşluğunu doldurmalıdır. Nəfsinin gəlib-keçici sevdalara sürüklənməsinə fürsət verməməli vəqəlbindəki dünyəvi həvəsləri tərbiyəetməlidir.

             Bir insanın dünya sevgisi, dünyada həyatını davam etdirə biləcək və insancılxüsusiyyətləri səbəbiləehtiyaçlarını qarşılaya biləcək qədər olmalıdır. Dünya sevgisi əsla bir məqsəd halına gəlməməlidir. Bunun üçüntarazlıqda bir ruh halı, tarazlıqda bir elm, tarazlıqda bir mühit vətarazlıqda bir gələcək ümidi olmalıdır.

      Uca RəbbimizQurani-Kərimində, dünya həyatının bir imtahandan ibarət olduğunu[8], onun bir oyun, bir bəzək, insanlar arasında bir öyünmə, mal vəövladda bir çoxalma, bir qürur (aldanış) olduğunu[9] açıqlayıb, buna bənzər özəllikləri səbəbilə dünya həyatının insanları aldatmamasının gərəkliliyi[10]xəbərdarlığını eləməkdədir.

             Əslində insan ilk yaradılış halı ilə cahil yaradılmamışdır. Həzrət Adəməöyrədilən“əsma”nın Allahın isimləri olduğunu müfəssirlər ifadəetməkdədir. HəzrətAdəm, Rəbbini bilir, tanıyır və Onu ucaldırdı. İnsanın əsl cəhaləti Rəbbinə verdiyi sözdə durmaması və o sözü unutmasıdır. Yenəburada araya girən nəfsinin istəkləri nəticəsində insanınəsl funksiyasını unutması bir cəhalət nümunəsidir.

                Qurani-Kərimdə fərqli şəkillərdə bəhs edilən nəfsin mərtəbələrinin ən alt səviyyəsi, insanın günahı sevməsi, ən üst səviyyə isə onun Rəbbindən, Rəbbinin də ondan razı olmasıdır.[11]Bu iki mərtəbə arasında insanın nəfsi ilə mücadiləsəyi, bilgi cəhalətindən deyil mərifət cəhalətindənqurtulma səyidir.

      Bilgili olmaq insanı mütləq cahillikdən qurtarmaz. Əsl bilgi mərifət bilgisidir. Bax insan bu mərifət bilgisindən yoxsun olarsa, dünya və onun içindəkilər insan üçün bir məqsəd halını alar. Bu cəhalətlə insandakı dünyaya qarşı zəiflik artar və dünya sevgisi bütün sevgilərin üstündə bir sevgi olar. 

      RəsulullahƏfəndimizin (s.a.v), ümmətinin tuli-əmələ dalmasından və nəfslərinin həvasına uymalarından qorxduğunuifadəetdiyinəql edilməkdədir. Tuli-əməl, axirəti unutdurur, nəfsin istəklərinə uymaq isəinsanı doğru yoldan sapdırır. Dünya sevgisini könüldən çıxarıb atmaquzun çəkən bir səy tələb edir.

      Yunus nə gözəl deyir;

      Bilirəm səni yalan dünyasan, övliyaları alan dünyasan, qaçan qurtulmaz səninəlindən, dəmir qəfəslər qıran dünyasan…

      Yalan dünya üçünaxirətiheçetməyə dəyərmi?

      AxirətdəƏfəndimizləhövzi-kövsərin başında görüşüb Cəmalullahı seyr etmək var ikən, dünyanın saxta zövqlərinə aldanmaq hansı fərasət sahibi möminin edəcəyi bir qəflətdir!

       


      [1] İsra, 70

      [2] Enbiya-37

      [3] Maide-30-31

      [4] Araf-10

      [5] Hud-9

      [6] Mearic-19-20-21

      [7] Al-İmran, 158

      [8](Mülk, 67/2

      [9](Hadîd, 57/14)

      [10](Lokman, 31/31)

      [11] Fecr, 28

       

      • Hits: 1210 clicks

      Tecox component by www.teglo.info