Mübariz Əlioğlu - Haqqa açılan rəhmət pəncərələri

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə) kafirlə birdirmi?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”(Zümər-9)

      Aləmlərin Rəbbi olan  Uca Allaha şükürlər və həmd-sənalar olsun. Onun Haqq Rəsulu Hz. Muhamməd əleyhissalama salətu-salam olsun.

      Yaşadığımız zəmanə, Quran təfsirlərinin, hədisi-şəriflər və onlara aid şərhlərin, elmi əsərlərin bir sözlə, dinimizə aid məsələlərin böyük həcmdə internet şəbəkəsində və digər məlumat orqanlarında əhatəli şəkildə istifadəçilərin sərəncamına verilməsi ilə səciyyələnir. İstifadəçi sayı 100 milyonları aşsa da ilahi hökmlərin uyğulanma, tətbiq etmə keyfiyyəti, dini məlumat şəbəkəsindəki seçim problemini gündəmə gətirməkdədir. Səhabə nəslindən fərqli olaraq daha çox hədisi-şərif, daha çox fiqhi məsələləri bildiyimizi iddia etsək də, bu, günümüzün müsəlman kimliyinin dağınıq və bir-birinə qarşı son dərəcə aqressiv münasibəti ilə heç cür üst-üstə düşmür. Müsəlmanların daima rəhmət saçan, sözü və əməli bir olan ümmətə çevrilməsini axsadan məqamları Hz.Əbu Bəkr Siddiq, Hz.Əliyə etdiyi nəsihətlərində beləaçıqlayırdı:

      “Muhamməd ümməti zəlalət üzrə bir araya gəlməz. İcmadan ayrılmaqda təhlükə vardır. Allahın yardımı camaatladır. Nəfs və şeytan insana  yanlış bir məntiqlə mühakimə qapısı açır. Zümrələr bir-birini ittiham və qırıcı tənqidlərlə incidirlər. Bununla daqeybət, ayrılma, fitnə və ədavətin doğmasına səbəb olurlar. Bu, doğru yol deyil, fəlakətdir. Dünya nizamı üçün Yaradanın əmrlərini diri tutmaq, ehsan edilən əşya və imkanı yerində və gözəl şəkildə istifadə etmək, xalis (sadiq) insanlarla bir olmaq,şərlilərə meydan verməmək və qəlbi yalnız Allah rızasını qazanma yoluna bağlamaq lazımdır.”

      İmam Əzəm Əbu Hənifə həzrətlərinin tələbəsi ilə sual-cavablı nəsihət toplusu günümüzdəcərəyan edən bir çox problemli məsələlərə aydınlıq gətirəcək ölçüdədir. Bilənlər zümrəsindən olan alimlərimizin varlığı həqiqətən də bu ümmətə Rəbbimizin böyük lütfüdür. Tələbəsi Əbu Hənifə həzrətlərinə bu sualla müraciət edir:

      -Sizə məlum olduğu kimi elə sözlər vardır ki, bunu cahil duyduğu zaman təlaşa düşər. Açıqlamasını eşitdiyi zaman da rahatlayar. İmanı təsdiqi, yəqini və ixlası gözəl şəkildə acıqladınız. Fəqət “bizim imanımız da mələklərin və peyğəmbərlərin imanı kimidir ”- necə deyə bilərik? Axı onların Allah-Təalaya bizdən daha itaətkar olduğunu bilirik.

      Əbu Hənifə həzrətləri bu cavabı verdi:

      -Onların bizdən daha itaətkar olduğunu məndə bilirəm. Sənə imanın əməldən ayrı olduğunu söyləmişdim. Bizim imanımız da onların imanı kimidir. Bizim Allahın birliyinə, rububiyyətinə, qüdrətinə və Onun tərəfindən gələn şeylərə sidqlə bağlanmağımız, mələklərin iqrarı, peyğəmbərlərin və Rəsulların təsdiqi kimidir. Çünki biz də mələklərin görüb, bizim isə görmədiyimiz Allahın əcaib ayələrinin hamısına iman etdik. Bunlar (peyğəmbərlər)niyəAllahdan daha çox qorxurlar və Ona bizdən daha çox itaət edirlər? – sözünə gəldikdə isə, demək lazımdır ki, onlar bir çox xüsusiyyətlərə sahibdirlər.

      Bunun da bir çox səbəbi vardır:

      1.Onlar peyğəmbərlik, risalət ilə üstün tutulduqları kimi, qorxu, əndişə və gözəl əxlaqikeyfiyyətləri ilə də başqalarından üstün tutulmuşdular.

      2.Onlar bizim görmədiyimiz mələkləri və əcaib şeyləri görürlər.

      3.Onlar başlarına bir müsibət gəldiyi zaman ağlayıb sızlamazlar.

      4.Onlar günahları səbəbilə başqalarına  gələn əzabı görürlər.

      Bu da onları günah işləməkdən uzaq tutan səbəblərdən biridir.

      Bil ki, doğru qiyas haqq axtarana haqqı göstərir. Peyğəmbərlərin Allah qorxusu ilə bizim qorxumuzun necə olduğuna dair bir qiyas istəməyinə gəldikdə isə, bu xüsusda qiyas, bir-birinə bənzəyən iki üzgüçüyə bənzəyir. Bunlar suyu bol və gur axan bir çaya yaxınlaşırlar. Biri suya girməkdə çox cəsur, digəri isə çox qorxaqdır. (Düşün ki, Hz.İbrahim (ə.s) Nəmrudla mücadilədə qalib gəlmiş, Hz.Musa(ə.s) da Fironun səltənətinə diz çökdürmüşdür. Hz.Muhamməd (ə.s) da Əbu Cəhl və ona bənzəyənlərin inadlarını qırmış və insanları sirati-müstəqim deyilən doğru yola çıxartmışdır.)

      Səhabə nəsli Rəsulullah kimi Haqqa açılan misilsiz bir nübüvvət ekranında ilahi həqiqətləri seyr etməklə, Uca Allaha əzəməti-ilahisinə yaraşan şəkildəqul olma sənətinin kamil rəhbərlərinə çevrilmişdilər. Onların xələfi olan İmam Əzəm həzrətlərinin də bu əzəmətli ekranın əks etdirdiyi dirilik şüalarını bizlər üçün həqiqətə açılan pəncərəyə çevirməsi necə də təqdirəlayiqdir. Heç şübhəsiz ki, bu pəncərələrin hər biri bizləri ixtilaflı məsələlərin yaratdığı problemlərdən böyük bir qabiliyyətlə və ən əsası yekvücud  bir ümmət olaraq qurtarmağa qadir olan ilahi rəhmət aynalarıdır. Bu aynaların söylədiklərinə bir daha qulaq verərək onların qəlblərimizə nəqş edəcəyi mənaları yaşamağa çalışaq;

      “Başqalarını islah etmək üçün özünüzü islah edin”

      (Hz.Ömər bin Xəttab)

      “Allahın dini haqqında incə düşüncə və dərin elm sahibi olun”

      (İmam Cəfər Sadiq)

      • Hits: 641 clicks

      Tecox component by www.teglo.info