Xidmətdə 101 addım

      Share

      Kobud və acı dillə edilən xidmət sahibinə savab qazandırmaz, əksinə, günaha girməsinə səbəb ola bilər. Çünki qırılan bir vazanı təmir etmək qırılan qəlbi təmir etməkdən daha asandır.

      ***

      Yunus Əmrə həzrətləri belə deyir:

      Ağ saqqallı pir xoca,

      Biləməz halı necə,

      Əmək verməsin həccə

      Bir könül yıxar isə.

       

      ***

      Xidmət əhlinin yol tədarükü səbir, arxalandığı Mövla olmalıdır. Xidmətdə müvəffəqiyyətin ən əsas açarı səbir və dözümdür.

      ***

      Xidmət gəlib-keçici bir sevda deyil. Eşq və vəcd ilə son nəfəsə qədər davam edəcək ali bir vəzifədir.

      ***

      Uzun müddət xidmət fəaliyyəti ilə məşğul olanlarda zamanla xidmətə qarşı doymuşluq hissi baş qaldıra bilir. Hansı ki, bu hal xidmət əhli üçün təhlükənin başlanğıcıdır. “Artıq bəsdir” füşüncəsi insanı dünyaya çəkən bir nəfs pıçıltısıdır.

      ***

      Xidmət xüsusilə peyğəmbərlərin və övliyaların möhkəm yapışdığı elə bir fəzilətdir ki, xəstələnəndə də, hətta ölüm anında belə bu vəzifəni icra etməyə çalışmışlar.

      ***

      Xidmət edən kəslər Allah Rəsulunun bu duasını dillərindən düşürməməlidirlər:

      “Ey Rəbbim, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, əldən düşəcək qədər taqətsizlikdən Sənə sığınıram”. (Buxari, Dəavat 38)

      • Hits: 626 clicks

      Tecox component by www.teglo.info