Adem ŞAHİN - ŞAXTA BABA və BEŞ SALEH İNSAN

    PDF faylını alÇapE-poçt

      Share

      Şaxta baba Qərb mədəniyyətinin və təqibçilərinin vazkeçilməz yeni il simvoludur. Qarqızlar da yeni ilin yaxınlaşdığı günlərdə özlərini əsasən kişilərə göstərirlər. İstehlak çarxlarını hərəkətə keçirən Şaxta baba geyimi, köklüyü, yeyib-içməsi, israfı, spirtli içki qəbul etməyi xoş qarşıladığı üçün əsla rol model (üsveyi-həsənə) ola bilməz. Şaxta babanın sosial həyata dair heç bir fikri və təklifi yoxdur. Ağzından fikrin məhsulu söz yerinə qəhqəhə çıxar.

       Şaxta baba babalığa yaraşmayan bir insandır. Hər nə qədər əfsanə də olsa, camaatın məhrəmi sayılan evlərə bacadan girməsi qəbulediləndirmi? Qar qızlar çılpaq vücudları və rəqsləri ilə ilin müəyyən günlərinə aid cinsi simvollardır.

      Şaxta babanın indiki halını qəbul etməyərək ilk halına qayıtması istiqamətdə təklif edilsə bir çoxları “toxunmayın, qoy bu cür qalsın” deyər. Şaxta baba Əziz Nikoladır. Xristianlıqda yaxşı əməlləri ilə məşhur olan gözəl insanlar ölümlərindən sonra kişidirsə əziz, qadındırsa əzizə elan edilirlər. Əziz və əzizə İslam dinindəki övliya anlayışı ilə müvafiqdir. Əziz Nikolanın yaşıl cübbəsini soyunduraraq iri qarınlı göstərmək və ona qırmızı paltar geyindirmək təhqirdir. Hamıdan əvvəl xristianların buna qarşı çıxması lazımdır. Qarqız adı altında əziz Nikolanın qızına rəva görülənləri hansl kişi qəbul edə bilər? Əziz Nikola həyatı boyu sosial problemlərə həssas yanaşan şəxs olub. Məhəlləsində yaşayanlardan evlənə bilməyənlərə özünü göstərmədən yardım etmiş, beləliklə sağ əlin verdiyi sədəqəni sol əlin görməməsi prinsipinə görə hərəkət etmişdir. Hədiyyələşmək və insanları sevindirmək onun həyat düsturu idi. Qida və yardım torbalarını qapıya qoyaraq və ya qızıl kisələrini bacadan ataraq gözdən itmişdir. Yardımlarını başa qaxmaqla puç etməmişdir. Allaha xidmət edən Əziz Nikola Şaxta baba və qarqız adı altında böyük şirkət, dükan və əyləncə məkanları tərəfindən istismar edilməkdədir.

      “Durun, qələbəliklər, bu caddə çıxmaz sokak! Hayqırsam, qollarımı makas kimi açaraq”, deyərək Əziz Nikolanın istismarın olunmasına qarşı çıxan hər kəs geriqalmışlıq və düşmənliklə ittiham ediləcək, bir çoxlarının inadla Şaxta baba fiquruna sarılmasına səbəb olacaqdır. “Mənim yeni ilim, mənim Şaxta babam” deyərək sloqanlar atılacaq. Şaxta baba fiquruna etirazların ona rəğbəti artırmasının bir bənzəri Nuh peyğəmbər və qövmü arasında yaşanmışdır.

      Nuh (ə.s) zamanında insanlar bütlərə sitayiş edirdilər. Nuh peyğəmbər Allaha imana dəvət etdikcə müşriklər bir-birinə bütlərdən daha möhkəm yapışmağı tövsiyə etməyə başladılar: “Və (tabeçiliyində olanlara) dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”(Nuh, 23)

      Şaxta babanı və qarqızları istismardan qurtuluş çağırışı da “əsla Şaxta babanı tərk etməyin, qarqızdan əsla vaz keçməyin” şəklində qarşılanacaq. İstifadə etdiyi əşya, geyindiyi libas və əyləncə məsələsində hədsiz dərəcə müasirliyə açıq olan insanlar nədənsə inanc və adət məsələsində mühafizəkardırlar. Nuh peyğəmbər zamanında sitayiş edilən bütlər – Vədd, Suva, Yəğus, Yəuq və Nəsr daha əvvəl yaşamış olan saleh insanlar idi. Həmin beş saleh insan da eynilə Əziz Nikola kimi tarixi mərhələdə istismara məruz qalmışdır. Beş bütün təmsil etdiyi şəxslərə də eynilə Şaxta baba kimi müxtəlif məna və missiyalar yüklənmişdir. Həmin beş insan Hz. Adəmin oğullarından olan İdris (ə.s) zamanında yaşamış ən saleh insanlar idi. Yəni Nuh (ə.s) zamanında yaşayan insanların babalarıdır. Cəmiyyətdə hamının sevərək hörmət bəslədiyi bu insanlar bir-iki nəsil keçdikdən sonra bütləşdirilmişdir. Rəvayətə görə həmin beş saleh insan vəfat etdikdən sonra şeytan insan cildində gələrək “əsla bu beş insanı unutmayın, daima yad edin”,- demiş və insanları onların şəklini çəkməyə təşviq etmişdir. Sonrakı illərdə yenə insanlara be saleh insanın heykəlini düzəltmələrini bu sözlərlə təlqin etmişdir: “Onlarla üz-üzə ola bilmək üçün meydanlarda heykəllərini ucaldın. Beləliklə əvvəlkinə nisbətən həm daha tez-tez xatırlayar, həm də şəkil daşımaqdan canınız qurtarar”. Aradan bir-iki nəsil də keçdikdən və Nuh zamanına gəldikdən sonra həmin saleh insanlar artıq bütləşmiş, kim olduqları unudulmuş, dua edilən, darda qalanda imdada çağırılan varlıqlara çevrilmişdilər. Beş saleh insanın vəfatından heykəllərinə sitayiş olunmağa qaədər davam edən proses 3 əsr ərzində baş vermişdir Şaxta babanın keçmişindəki səmimi xidmətlərinin bilinməməsi kimi bu beş saleh insanın da Allaha və insanlara xidmətləri yaddan çıxmışdır.

      Sad surəsinin altıncı ayəsində müşriklərin “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun”,- deyərək inad etdikləri bildirilmişdir. Bir gəmi dolusu adam xaric hər kəs bütlərin ətrafında birləşmişdi. İnad edən insana heç sonuncu peyğəmbər də çarə olmaz. Allah Rəsulu (s.ə.s) də Əbu Cəhlə təsir edə bilmədi. Çünki o da ilahlarından möhkəm yapışmışdı. Əbu Cəhl “Ey Muhamməd, boş yerə özünü yorma! Vallahi, mən babamı bu bütün qarşısında əyillərkən gördüm. Nə etsən də əsla məni babamın yolundan uzaqlaşdıra bilməzsən!”,- demişdi.

      Şaxta baba deyənlərdən və onu sevənlərdən qaçmalı olduğumuz kimi Nuh deyib, peyğəmbər deməyənlərdən də uzaqlaşmaq lazımdır. Əbu Ləhəb və Əbu Cəhl də Muhamməd demiş, amma Rəsulullah deməmişdi. Nuh peyğəmbər deyənlərə və Şaxta babaya pis baxanlara salam olsun...

      • Hits: 725 clicks

      Tecox component by www.teglo.info