Firdovsi HƏSƏNOV - ŞAHİD OLMAQ

    PDF faylını alÇapE-poçt

      Share

      Allah yolunda canını fəda edən, dinini, vətənini, bayrağını, namusunu qeyrətlə müdafiə edərkən ölən, haqsız yerə öldürülən müsəlmana şəhid deyilir.

      Hər bir insana  yazılan və vaxtı gəldiyində təhvil təslim alınacaq bir can əmanəti var. Bu əmanət hər kəsdən bir cür geri alınacaq, kimisindən bir az tez, kimisindən bir az gec.Bu əmanətin qaytarmağın fərqli məqamlar, fərqli yönləri var. Ömrün şəhidlik zirvəsi var, dəyərsiz, unudulmuş və yük olaraq yaşamaqdan qurtulmaq var.

      Ərəb dilində “bir hadisəyə şahid olmaq”, “bildiyini söyləyib şahidlik etmək”, “bir yerdə hazır olmaq” kimi mənalara gələn şəhadət məsdərindən törəyən şəhid  kəlməsi dini termin olaraq Allah yolunda canını fəda edən müsəlmana verilən addır. Ona bu adın verilməsinin səbəbi cənnətlik olmasına şahidlik edilmiş olması, Uca Allahın hüzurunda daim yaşaması və yaxud ölüm zamanı mələklərin hazır duraraq onun ruhunu birbaşa cənnətə götürməsi, yaxud da Allah tərəfindən müxtəlif mükafatlarla mükafatlandırılmış olmasıdır.

       Eyni zamanda qiyamət günündə özündən Hz. Peyğəmbərlə (s.ə.s) birlikdə keçmiş ümmətlər haqqında şahidlik etməyi istəniləcəyi üçün ona şəhid deyildiyi bildirilir. Digər bir tərifə görə isə şəhid həyatını imanına şahid qılan kimsədir. Şəhidlər həm Allahın mədhini, həm də Hz. Peyğəmbərin (s.ə.s) sevgisini qazanan xoşbəxt insanlardır. Uca Allah şəhidlərin mənən ölmədiklərini, onlara ölülər deyilməsinin mümkün olmadığını Quranın müxtəlif ayələrində dilə gətirmişdir.

      Allah Rəsulu şəhidlərin qiyamət günü bədənlərindəki yara və al qanları ilə gələcəyini bildirmişdir. Lakin qanlarından müşk ətri ətrafa yayılacağı da qeyd olunur. (Buxari, Cihad, 10)  İslam alimləri şəhidlərin digər ölülərdən fərqlərini belə izah edirlər:

      1.     Vurulub qanı axmağa başladığı an günahları bağışlanır.

      2.     O anda cənnətdə özü üçün hazırlanmış yeri görür.

      3.     Sadəcə qarışqa sancması qədər acı hiss edər.

      4.     Qəbirəzabındanqurtular.

      5.     Qiyamətvəhesabgünününqorxularındanəminolar.

      6.     Başınatacqoyularvəimanzinətinəbürünər.

      7.     Hurilərləevləndirilər.

      8.     Qohum-əqrəbalarındanyetmişnəfərəşəfaətetməkhaqqına nail olarlar.

      • Hits: 758 clicks

      Tecox component by www.teglo.info