Gənclərlə MÜSAHİBƏ

    PDF faylını alÇapE-poçt

      Share

      Osmanov İlfan

      Əmək və Sosal Münasibətlər Akademiyası-Maliyyə

      4-cü kurs

      - Virtual aləm deyəndə nə başa düşürsünüz?

      -Virtual aləm dedikdə çoxlarımızın istifadə etdiyi internet şəbəkəsi nəzərdə tutulur.

      İnternet şəbəkəsi adlandırdığımız  bu sistemdən siz nə məqsədlə istifadə edirsiniz?

      -Burada əksərən mən Feysbuk,Tvitter və s. kimi sosial şəbəkələrdən dostlarımla ünsiyyət qurmaq, yeni əlaqələr yaratmaq məqsədilə istifadə edirəm.Eyni zamanda dərslərimin əksəriyyətini də buradan həll etməyə çalışıram.Dostlarımla Universitet yoldaşlarımızla biz burada müzakirələrə qoşuluruq və hər hansı bir məsələni internet üzərindən həll etməyə çalışırıq.

      - Gün ərzində internetə nə qədər vaxt sərf edirsiniz?

      -Elə də çox vaxt ayırmamağa çalışsamda bu, gün ərzində mənim təxminən 5-6 saatımı alır.

      - Bildiyimiz kimi internet qlobal bir şəbəkədir və bunun müsbət cəhətləri olduğu kimi mənfi cəhətləri də mövcuddur.Gənc nəslin nümayəndələri üçün nə məsləhət verə bilərdiniz?

      -Doğrudur siz düzgün qeyd etdiniz.Mənfi və müsbət cəhətlərindən danışsaq bunun istifadəçinin şəxsi seçimindən asılı olduğunu demək mümkündür.Yəni baxır kimnecə və hansı məqsədlə istifadə edir.Elə insanlar var ancaq vaxtını boş şeylərə sərf edir,elələri də var ki bundan ancaq səmərələnməyə çalışır.Tövsiyəm o olardı ki daha çox faydalanmağa çalışsınlar vaxtlarını boşa itirməsinlər.Xüsusəndə azyaşlı uşaqların bu şəbəkədən çox da istifadə etməsinin tərəfdarı deyiləm.Valideynlərin buna diqqət etməsi lazımdır,çünki bu uşaqlarda asılılıq yaradır.

       

       

       

      Verdiyev Coşğun

      Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər-Politologiya

      4-cü kurs.

      Virtual aləm deyəndə nə başa düşürsünüz?

      -Virtual aləm deyəndə ümumiyyətlə hamının başa düşdüyü internet portalı,sosial şəbəkələr başa düşülür.

      - İnternet şəbəkəsi adlandırdığımız  bu sistemdən siz nə məqsədlə istifadə edirsiniz?

      -Hərənin bir cür məqsədi var.Mənim məqsədim medianı izləmək,yeni informasiyalar əldə etmək,dostlarımla ünsiyyət və dərslərimlə bağlı müzakirələri də burdan həll etmək və s...

      - Hər gün internetə nə qədər vaxt sərf edirsiniz?

      -Ümumiyyətlə məndən olsa 24 saat istəyərəm.Lakin tələbə olduğumuzu və vaxt məhdudiyyətimizin olduğunu nəzər alsaq, orta hesabla təxminən 1 yada 2 saat istifadə edirəm.

      - Gənc nəslin nümayəndələrinə internetlə bağlınə məsləhət görərdiniz?

      -Hər şeyin yaxşi və pis tərəfi olduğu kimi virtual aləmin də mənfi və müsbət tərəfləri olduğu doğrudur.Ən əsası az istifadə etməklə zərərlərindən qorunmaq olar. Artıqvirtual aləmin hər kəsin həyatında bir rolu var. Məncə qlobal şəbəkədən dərs üçün istifadə etsək daha yaxşı olar.Daha çox vaxt ayırmaq asılılığın başlanğıcıdır və gələcəkdə fəsadları ola bilər.Ən əsası isə psixologiyaya təsir edir.

       

       

      Ağayev Nurlan

      Azərbaycan Texniki Universiteti- Nəqliyyat

      4-cü kurs

      - Virtual aləm deyəndə ilk növbədə ağlınıza nə gəlir?

      -İlk olaraq qlobal şəbəkə sistemi  yada düşür.Ümumi olaraq sosial şəbəkə, ünsiyyət vasitəsi desək, yanılmarıq.

      - İnternet şəbəkəsi adlandırdığımız  bu sistemdən siz nə məqsədlə istifadə edirsiniz?

      -Mənim istifadə məqsədim gündəlik olaraq dostlarımla ünsiyyət qurmaq,dərslərimi həll etmək,dünyada olan hadisələri izləməkdir.

      Bunun üçün gündəliknə qədər vaxtınızı alır?

      -Dərslərin çoxluğunda demək olar ki o qədər də vaxt sərf etməməyə çalışıram.Düzünü desək, bir o qədər vaxt da olmur.Amma hər gün ən azı bir saat istifadə etməyə çalışıram.

      Sizcə internetin mənfi cəhətləri varmı? Varsa, bundan qorunmanın yolları nədir?

      - İnternetin mənfi cəhətləri çoxdur.Xüsusəndə şagirdlərə.Çünki onların bu yaşda psixologiyası ağ kağız kimi olur və ləkə düşdüsə, təmizlənməsi çətin olur.Bunun üçun də onların qlobal şəbəkədən istifadə etməsinə xüsusi diqqət etmək lazımdır.Bu yaşda uşaqlar böyük ehtimalla virtual aləmdən,məqsədyönlü şəkildə istifadə edə bilmirlər.Valideynlər uşaqları kompüterdən uzaq tutmaq üçün müxtəlif proqramlar təşkil etməli,müxtəli oyunlar qurmalıdırlar.

       

       

      Mikayılov Nail

      Azərbaycan İqtisad Universiteti-Menecment

      3-cü kurs

      Virtual aləm deyəndə nə başa düşürsünüz?

      -Virtual aləm zamanın önə çəkilməsidir.

      İnternet şəbəkəsi adlandırdığımız  bu sistemdən siz nə məqsədlə istifadə edirsiniz?

      -İnternetdən əsasən zəruri hallar üçün istifadə edirk. Yeni informasiyaların alınması, yeni dostluqların qurulması,dərslərimizin hazırlanması üçün istifadə edirəm.

      - Gün ərzində nə qədər vaxtınızı internetə sərf edirsiniz?

      -Əsasən yeni informasiyaların alıması üçün istifadə etdiyimdən bu təxminən gün ərzində 4-5 saatımı alır.Ümumiyyətlə çox vaxt ayırmamağa çalışıram, amma düşünsək ki, dərslərimiz də internet üzərindəndir,ona görə bir az vaxtımız çox gedir.

      İnternetin zərərləri ilə bağlı gənclərə nə kimi tövsiyələriniz var?

      - İndiki gənc nəslin internetdən istifadə etməsi normal haldır.Cəmiyyət daim informasiya tələb edir, ona gorə də gənc nəsil də bundan faydalanmağa maraq göstərir.Məncə çalışmalıyıq ki, yalnız müsbət tərəflərindən istifadə edək.Valideynlər də bu işdəyol göstərməlidirlər.

       

      Natiq Ağcayev

      Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Beynəlxalq Münasibətlər

      4-cü kurs

      - Virtual aləm deyəndə nə başa düşürsünüz?

      -Virtual aləm deyəndə XXI əsrin digər bir üzü olan,hansı ki,sosial-ictimai,elmi,iqtisadi,siyasi və digər informasiyalara əl çatan, məlumatları bizim istifadəmizə verən və istənilən məsələ üzərində əməliyyatlar aparmağa imkan verən şəbəkə nəzərdə tutulur. Fikrimcə virtual aləm özündəsosial şəbəkələri,müxtəlif internet portallarını,internet vasitəsi ilə axtarış aparıla bilən istənilən sahəni əhatə edir.

      -Bəs siz bu sistemdən nə məqsədlə istifadə edirsiniz?

      -Bildiyimiz kimi əsrin yeniliyi olan internet və bunun ətrafında qurulan hədsiz-hüdudsuz şəbəkənin özünəxas müsbət və mənfi təsirləri var. Mən daha çox internet şəbəkəsindən lazımlı məlumatları almaq,həmçinin dünyada baş verən yenilikləri istər beynəlxalq,istərsə də daxili miqyasda öyrənmək və ünsiyyət üçün istifadə edirəm. Eyni zamanda özümə və digər yaxın insanlara dair məlumatları yaymaqla reklam məqsədlidə yararlanıram.Dünya internet şəbəkəsi sayəsində getdikcə daha kiçik bir forma alır və imkanlardan faydalanmaq üçün şərait yaranır,məlumata asan yolla çatmaq reallığa çevrilir

       

      - İnternetə nə qədər vaxt ayırırsınız?

      - Təxminən 4-5 saat."Google"da axtarış edirəm. “Feysbuk” və “vatsap”da dostlarımla yazışıram, “yutub”da musiqi dinləyirəm,filmlərə baxıram.

      - Bildiyimiz kimi internetin müsbət cəhətləri olduğu kimi mənfi cəhətləri də var. Həmyaşıdlarınıza nəyi tövsiyə edərdiniz?

      - Təəssüflər olsun ki,internet portallarından mənfi istiqamətdə faydalanma halları daha çoxdur. Əksər gənclər  bütün günü sosial şəbəkələrdə beyinlərini lazımsız informasiya ilə doldururlar. Məsələn: Feysbukda qız axtarmaq,tanımadığı şəxslərə mesaj göndərmək,provakativ xarakterli məlumatlar yaymaq, “yutub”da neqativ halları özündə birləşdirən videolar paylaşmaq və digər bunun kimi mənfi həərkətləri saymaq olar.Məsləhətim odur ki,gənclərimiz əllərində olan bu nemətdən pozitiv yönümlü faydalansınlar,mümkün olduqca mənfi informasiyaları ehtiva edən məsələlərdən qaçsınlar və gənclik illərindən lazımınca faydalansınlar.

      • Hits: 902 clicks

      Tecox component by www.teglo.info