Onlar Müqəddəsatimi Təhqir Edirlər..! / Salih Zeki MERİÇ

      Share

      Əslındə bu ilk deyildi. Yüz illər boyu davam edən mübarizənin əsasını dini şüurun tərəflərə yüklədiyi müqəddəs mübarizə anlayışı təşkil edirdi. 

      Hər kəs öz aspektindən baxırdı və hər kəsin dini ona bəzi məsuliyyətlər verirdi. Ilk insandan  bu günə qədər ''haqqın'' və ''haq olmayanın'' mübarizəsi davam etmiş, bundan sonra da davam edəcəkdir.

      Kimisi, dinlərarası dialoq deyir, kimisi mədəniyyətlərarası uzlaşma, kimisi də müxtəlif layihələr… Amma bu bir həqiqətdir ki, hərənin təhtəlşüurunda öz müqəddəsatının üstün olduğu inancı vardır. Şüur altında bu var ikən insanların bir-birlərini şablonlaşmış bəzi məhfumlarla aldatmağa çalışması məsələnin tragedi-komedya yönünü göstərir.

      2005-ci ilin sentyabr ayında Danimarkada əsl üzünü göstərən sözdə Mədəniyyət uzlaşdırıcıları, bir mənada qərbin şüuraltındakı əsl üzünü də ortaya çıxarırdı.

      Islamın müqəddasatının təhqir olunması halı,   Peyğəmbər əfəndimizin yaşadığı illərdə də vardı. Bu bir mənada haq və batilin mübarizəsi idi. Yüz illər boyu davam edən oyunda deyişən yalnız üzlər və aktyorlardı. Mübarizənin məntiqi və icrasında deyişən bir şey yoxdu. Şair bir daha haqlı çıxmışdı:''Əbu Ləhəb ölmədi Ya Rəsulallah, Əbu Cəhil qitələr dolaşır.'' Müsəlmanların müqəddəs dəyərlərini təhqir etmək və müsəlmanların qürurunu ayaqlar altına atmaq bu qədər asan olmamalıdır.

      Danimarkada 30 sentyabrda yayınlanan iyrənc karikaturalar müsəlman dünyasını ən həssas nöqtəsindən vurmuşdur. Eyni karikaturaları daha əvvəl (10 yanvarda) Norveçdə Magazinet Qazeti də yayımlanmışdı. Və Magazinetin baş redaktoru Vebjoern Selbekk "Karikatura ilə müsəlmanların qüruruna toxunduqsa təəssüf hissi keçiririk" ifadəsini istifadə etmişdir.

      Jynllans Posten Qazeti 30 sentyabrda güya Hz. Muhəmmədi (s.ə.s) müxtəlif şəkillərdə təsvir edən 12 karikaturanı yayınlayarkən əslində bütün səmavi dinlərin Peyğəmbərlərinə eyni həqarəti etmiş və müqəddəs dəyərlərin tamamına bu ədəbsizliyi göstərmişdir.

      Karikatura krizisinin müsəlmanlar arasında meydana gətirdiyi gərginlik və əsəb əlbəttə ki, haqlı bir etirazdır. Ancaq bu əsəbin, şiddətə dönməsini təsdiqləmək doğru olmazdı. Hz. Peyğəmbər, bütün başqa Peyğəmbərlər kimi, müsəlmanlar üçün müqəddəsdir və Quran, Peyğəmbərləri təhqir etməyi qadağan etmişdir: Ənam Surəsinin 10. ayəsində:"Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi." buyrulur. Beləliklə, müsəlmanlar başda öz Peyğəmbəri olmaqla, Quranda adı geçən Peyğəmbərləri, Quranın bu açıq buyruğundan ötrü, müqəddəsatdan hesab etmiş və onları təhqir etməyi küfür saymışlar.

      Xristyanlıq sözə bağlı bir vəhyə dayanmadığı üçün, Kilsə müqəddəsatları, günün şərtlərinə görə, istədiyi kimi müəyyənləşdirmək səlahiyyətinə sahibdir. Hz. Isanın müqəddəsatlıqdan çıxarıldığına dair hər hansı bir ''Papalıq Qərarı'' çıxarılmamışdır.

      Avropa sənətinin müqəddəsatı, belə demək mümkünsə Kilsə sahəsi ilə məhudlaşdırmağa yönləndirmişdir. Bazar günü kilsəyə getdiyində Isa və Məryəm təsvirləri önündə diz çöküb xaç çıxaran bir xristyanın, eyni təsvirləri bir müzeydə görəndə, xaç çıxardığına şahid olmaq mümkün deyildir. Xristyanlıqda  müqəddəs də çulğalaşdırılmışdır: Isanın təsviri Kilsədə müqəddəs, müzeydə ekspanatdır; -necə ki, unitaz müzeydə sənət obyekti, tuvaletdə isə adi bir obyektdir…

      Xristyan ictimaiyyətinin müqəddəsat/ekspanatı bir-birindən ayırmaqdakı kriterləri Islama tətbiq edib  Hz. Peyğəmbəri, alçaldaraq(!) karikaturasını çəkmələri müsəlmanlar tərəfindən niyə qəbuledilməz olduğunu vurğulamaq lazımdır. Bir müsəlman üçün müqəddəsat, bir məkanla, məsələn məscidlə məhdud deyildir. Müsəlmanlar, Hz. Peyğəmbərin adı, yalnız məsciddə və ya məscid xaricində ibadət edərkən çəkiləndə salavatla yad etməz, eyni zamanda  ibadət yerləri və hərəkətləri xaricində də çəkərkən eyni şəkildə Onu yad edər.

      Qərblilərın, bu məsələdə Müsəlmanlardan 'tolerant' gözləməsinin də, bir məntiqi tərəfi yoxdur. 'Tolerant' və ya 'dini dözümlülük', müqəddəsatın təhqir olunmasına göz yummaq deyildir.

      Hz. Peyğəmbərin müqəddəsliyi, Onun nübüvvəti ilə əlaqədardır. Nübüvvət də vəhyə məzhər olmaq, Vəhy almış olmaq mənasında müqəddəsatın sahəsində yer alır. Islam dini, vəhylə müəyyənləşmiş olan müqəddəsatının sahəsinin daraldılmasını və ya müəyyən şərtlərə bağlanmasını qəbul etməz. Buna görə də Islamın ümumbəşəriliyi və şəxsin həyatının hər sahəsinə müdaxilə etməsi müsəlmanın hər zaman və hər məkanda dini baxışı və dinin həssaslığının olmağı ilə izah olunur. Müsəlmanlıq xristyanvari müəyyən sahələrdə mümkün olduğu kimi qavramaq və dini xristyan məntiqi ilə qəbul etmək Islamı anlamamaq manasını verir.

      Müsəlmanları daha çox provokasiya etmek üçün yayınlanan karikaturalar haqqında əslində mülahizələrə və fikir yürütməyə ehtiyac belə yoxdur. Burada açıqlığa qovuşması lazım gələn  müsəlman baxış tərzinin necə olması və niyə görə müsəlmanların belə həqarətlərə məruz qalmasıdır. Bu və bənzər başqa hadisələr əvvəlcədən düşünülmüş və zamanı gəlidikcə tətbiq olunan planın hissələridir. Karikatura və buna bənzər hadisələr ilk olmayacaq və bunun ardı də gələcəkdir. Buna görə də müsəlmanların ortaq hərəkət edəcəkləri platformalar təşkil etmək və emosiyalardan uzaq, uzun vədəli çalışmalar həyata keçirmələri lazımdır. Hər zaman etirazdan uzaq və ağılla atılan addımlarla müsəlmanlar özünə inam duymağı, hər yerdə özünü ifadə edə biləcək təchizata sahib olmağı, bu və buna bənzər hücumlardan özünü qorumağı bacarmalıdır.

      Unutmamaq lazımdır ki  Peyğəmbərimizə həqarəti hər zaman bariz şəkildə islam düşmanlğı edən insanların hərəkətlərini düşünməkdən ziyadə öz içimizdə Peyğəmbəri baxış tərzi və vəhy anlayışını tam manası ilə qavraya bilməmək Peyğəmbərə edilmiş ən ağır və bərpası olmayan həqarətdir. Aynanı həmişə öz üzümüzə çevirməliyik.

       

      • Hits: 990 clicks

      Tecox component by www.teglo.info