Ulvi MƏMMƏDOV HƏYAT DƏFTƏRİNDƏN

    PDF faylını alÇapE-poçt

      Share

      TANIMADIĞIN ADAMLARA QOYUNU NECƏ YEDİRDİN?

      Qonaqpərvərliyin mükafatını göstərən bu hadisə necə də gözəldir.

      Hz. Həsən, Hz. Hüseyn və Abdullah bin Cəfər (r.anhum) bir gün həccə getmək niyyəti ilə Mədineyi-Münəvvərədən yola çıxdılar. Yolda əşyalarını itirib ac və susuz qaldılar. Çöldə bir çadır görüb yanına getdilər. Çadırda yaşlı bir qadın vardı. Qadından içməyə bir şey olub-omadığını soruşdular. Qadın:

      - Bir qoyunum var, südünü sağıb için!,- dedi.

      Südü sağıb içəndən sonra ac olduqlarını, yeməyə bir şeyin olub-olmadığını soruşdular. Qadın belə cavab verdi:

      - Bu qoyundan başqa heç nəyimiz yoxdur. Onu kəsin mən də bişirim.

      Qoyunu kəsib yedilər. Oradan ayrılanda qadına dedilər:

      - Biz Qüreyş qəbiləsindənik. Həccə gedirik. Sağ-salamat Mədinəyə qayıtsaq, mütləq bizi tap. Bizə etdiyin yaxşılığın əvəzini vermək istəyirik.

      Axşam qadının əri gəldi. Vəziyyəti öyrənən kimi arvadının hərəkətinə bərk hirsləndi.

      - Tanımadığın adamlara qoyunu necə yedirdin? Qüreyşdən bir neçə nəfər deyirsən. Heç belə də adam tapmaq olar?,- deyərək deyinməyə başladı.

      Bu ailə bir müddət sonra Mədinəyə köçməyə məcbur oldu. Çöldən təzək yığıb satır və bir təhər dolanırdılar. Bir gün Mədinə küçələrindən keçərkən Hz. Həsənin evinin yanından keçirdilər. Qadın qapının ağzında oturan Hz. Həsəni tanımasa da, o, qadını tanıdı. Hz. Həsən o saat onların yanına getdi. Qadının etdiyi yaxşılıqları xatırlatdı, ona çoxlu qızıl və qoyun verərək Hz. Hüseynin yanına göndərdi. O da qadına eyni hədiyyələri verərək onu Abdullahın yanına gödərdi. Abdullah da Həsən və Hüseynin verdiyinin iki mislini verərək belə dedi:

      - Əvvəlcə onlarla rastlaşmağın yaxşı olub. Çünki əvvəlcə mənimlə rastlaşsaydın, onlar çətin vəziyyətdə qalardılar.

       

      • Hits: 877 clicks

      Tecox component by www.teglo.info