Mustafa ŞAHİN / İNADKAR VƏ ÖZÜNƏ QAPALI UŞAQ NECƏ TƏRBİYƏ EDİLİR?

    PDF faylını alÇapE-poçt

      Share

         Kiçik uşaqlarda 3-5 yaş arasındakı dövr inadkarlıq dövrüdür. Uşaqlar bu dövrdə özlərini qəbul etdirməyə can atırlar. Bu, normal və təbii inkifaşın əlamətləri kimi qəbul edilməlidir. Bu, qızlarda daha tez müşahidə edilir. Buna psixiologiyada "ilk mənfi dövr" də deyilir. 

           Uşağın dirəniş gücünü qırmağa çalışmaq çox səhvdir, beləliklə mənlik duyğusunu zədələmiş olarsınız. Əlbəttə, bu dövr həddi-büluğ dövrünün ilk illəridir. Uşaqlar bu yaşda artıq müstəqil olmaq istəyirlər. Öz başına qərarlar verməyə, böyüklərin qərarlarına uymamağa meyl edirlər. İnadkarlığın səbəblərini ortaya çıxaraq: İnadkarlığı inadla yox etmək mümkün deyil. İnadkar hərəkətlər qarşısında siz də daha inadkar olmayın.

         * Yemək-içmək, istirahət, təmizlik, qayğı və sevgiyə olah ehtiyaclarını sağlam və düzgün, vaxtlı-vaxtında təmin edin. Uşaqlara və gənclərə sərt münasibət bəsləməkdən, ağır cəza verməkdən uzaq durun. Bildiyinizi yeritmək üçün sərt və kobud olmayın.

         * Uşaqların istəklərini normal hərəkət etdikləri vaxt yerinə yetirin, onlara əsəbiləşməyin, bağırmayın.

         * İnad etdiyi vaxt uşağın diqqətini başqa istiqamətə çevirin. İnadkarlıq göstərəcəkləri müddətdə istəklərini yerinə yetirməyəcəyinizi hərəkətlərinizlə başa salın.

         * Cəza vermək əvəzinə inadkarlığın səbəblərini tapın. Əgər sizin inadcıl hərəkətləriniz varsa, onları düzəldin. Uşağınıza əsla pis nümunə olmayın.

         Uşaqları həmişə öz istəklərimizə görə böyütmək istəyirik. Halbuki onların da özünəxas şəxsiyyəti, maraq və ehtiyacları var. Bizim istəklərimiz ilə onların istəkləri çox vaxt üst-üstə düşməz. Ən böyük xüsusiyyətlərdən biri inadcıllıq olan 2-2,5 yaşındakı uşaqlara qarşı bunları tətbiq etsəniz nəticəsi yaxşı olar:

         * İsrar etmək, təzyiq göstərmək kimi yollardan istifadə etməyin.

         * Uşağın əsəbini nəzarət altında saxlayın və başqa-başqa mövzulara yönləndirin. Enerjisini özünə və başqalarına zərər vermədən sərf etməsini təmin edin.

         * Qərarlı davranın. Yumşaq, təmkinli olun. Səs çıxaran, sökülüb yığıla bilən oyuncaqlar alın.

      Uşaqlar nə üçün utancaq olurlar?

         Bəzi uşaqlar artıq dərəcədə utancaq olur və özlərinə qapanırlar. Heç kimə zərər verməzlər. Hətta problem çıxarmadıqlarından ötrü böyüklər tərəfindən sevilirlər. Fəqət öz mənlikləri ilə mübarizə aparırlar. Utancaqlığın anadangəlmə olduğunu düşünənlər də var. Uşaqlar qapalı hərəkət etsələr, "utancaq" kimi xarakterizə edilirlər. Ana-ata fərqində olmadan uşağı özünə qapalı kimi qiymətləndirməməlidir. Bu, uşağın həyatı boyu bu cür qalmasına səbəb ola bilər. Bu uşaqlar özünə inamsızlıq və cəmiyyət içində reaksiyasız insanlara çevrilirlər. Böyüklərin və ya sosial mühitin təsiri bu xüsusiyyətləri yetişdirə də bilər, dəyişdirə də. Sinifdə söz söyləmək üçün əl qaldırmayan, səssiz oturan, heç bir problem çıxarmayan şagird müəllimi və yoldaşları tərəfindən sevilə bilər. Bu sevgi uşağın daima özünə qapalı qalmasına səbəb ola bilər. "Sakit" damğası uşaq tərəfindən mənimsənməmişdir. Əslində evdə bu cür uşaqlar ana-ata tərəfindən qorunan və nəzarət edilən uşaqlardır. Çöldə çəkinən, utancaq uşaqlardan evdə yaramaz, nadinc olanları da var. Evdə dedikləri olmazsa, ayaqlarını dirəyib inad edir, kəmhövsələ olurlar. Çox vaxt istədiklərini etdirirlər.

         Qız-oğlan ayrı-seçkilyini edilən ailələrdə böyüyən qız uşaqları içəqapanıq olurlar. Onlar yetkin qadın olanda da hər şeydən çəkinən, qorxaq, narahat və inamsız olurlar.

         Özünə qapanmağı necə aradan qaldırmaq olar? Valideyn özünə qapalı uşaqlarla danışmalı və davranışlarının onlar üçün problem olub-olmadığını öyrənərək dünyalarına girməlidir. Digər insanlar içində özlərini daha sərbəst hiss etmələri üçün necə köməkçi olacağını soruşmalıdır. Xüsusilə, uşaqlar başqalarının yanında utancaq olduqlarına görə tənqid edilməməlidir. Uşaq geri çəkilirsə, söhbətə məcbur edilməməli və onun yerinə danışıb cavab verilməməlidir. Söhbətə davam edilməlidir. Uşaq hazır olanda özü söhbətə qoşulacaq. Bəzi uşaqlar utancaqlıq bəhanəsi ilə lazım olan hərəkətləri ehmal edirlər. "Utana bilərsən, amam bu işi etməlisən. Hansı mövzuda köməyə ehtiyacın varsa, de, kömək edim!"- deyərək bəhanəni ortadan qaldırmaq lazımdır. Özünə qapalı uşaqları ürəkləndirmək lazımdır. Qorxduğu hərəkətləri etməmək lazımdır. Məsələn, bir çox adamın etdiyi səhvlər var: Dəniz qorxusu olan uşaqların başını güclə və ya qəflətən suya salmaq. Bu metod uşaqların üzməyi öyrənməsinə mane ola bilər. Xüsusilə də uşaqların müsbət addımlarını alqışlayıb yeni nailiyyətlərə həvəsləndirmək lazımdır. Özünə qapalı uşaqlar imkan daxilində sosial fəaliyyətlərə sövq edilməlidir. İbrahim Ünal: "Kim deyib ki, uşaq kiçikdir? Bir uşaq, bəlkə də, ən böyükdür!"

      • Hits: 834 clicks

      Tecox component by www.teglo.info