Nurəddin RÜSTƏMOV / ORUCLUNUN AĞIZ QOXUSU

    PDF faylını alÇapE-poçt

      Share

           İnsan ac qalanda ağzından qoxu gəlir. İnsanların əksəriyyəti bu qoxunu sevmir. Bu səbəbdən də ağız qoxusu cəmiyyət arasında insanlara utancverici bir problemdir. 

           Ağız qoxusunun tək bir səbəbi yoxdur, səbəbləri müxtəlifdir. Ona görə də insanın vaxtlı-vaxtında qidalanması lazımdır ki, bu qoxunu aradan qaldıra bilsin. Məsələni araşdırdığımız zaman bu problemin tibbi yolları çoxdur. Lakin biz məsələyə tibbi yöndən deyil, Allah Rəsulunun hədisdə vurğuladığı “oruclunun ağız qoxusu” nöqteyi-nəzərindən toxunacağıq.

           Ramazan ayının gəlişi səbəbi ilə oruc tutan müsəlmanlar vaxtlı-vaxtında qidalana bilmədikləri üçün, ağız qoxusu onlarda da özünü büruzə verməyə başlayır. Hər halda bu qoxu bəzilərinin xoşuna gəlməsə də, oruclunun ağız qoxusu Allaha daha xoş gəlir. Çünki Rəsulullah bir hədisində: “Oruclunun ağız qoxusu qiyamət günü Allah dərgahında müşk qoxusundan daha xoşdur”, -deyə buyurmuşdur.

           Ağlımızda belə bir sual yaranır ki, görəsən, niyə məhz oruclunun ağzından gələn qoxu Allaha bu qədər xoş gəlir?

           On bir ayın sultanı Ramazan ayı müsəlmanın fərz olaraq yerinə yetirməsi lazım olan bir ibadətdir. Bu ibadətin digər ibadətlərdən fərqi ondadır ki, bu ayda Allah üçün ac və susuz qalırsan. Ac və susuz qalmaqla yanaşı, bədən üzvlərini də Allaha təslim edirsən. Gecə ibadətində Allaha daha da yaxın olmaq istəyirsən. Sənə kim nə deyirsə desin, sənin qoxun insanların xoşuna gəlmirsə-gəlməsin, əsas odur ki, sən oruclu ikən ağzından gələn qoxu Allaha müşk qoxusundan daha xoş gəlir.

           Oruclunun ağız qoxusu Allaha ona görə xoş gəlir ki, bu ayda əsəbiləşmək yoxdur, deyinmək, dedi-qodu etmək, söyüş söymək, qəlb qırmaq yoxdur, əksinə bir qəlbi sevindirmək, xoş söz danışmaq, hər atacağı addıma diqqət etmək orucluya məxsus bir haldır. Bu səbəbdən də Allah öz bəndəsinin bu halını çox sevir.

           Ona görə ki, Ramazanda zənginin qarnı kasıbın qarnından fərqli deyil.

           Ramazan ayında çalışmalıyıq ki, Allaha olan borcumuzu layiqincə verək. Müsəlman olaraq oruc tutmağın məsuliyyətini dərk edək. Allaha layiqli bir qul olaraq bizim də ağzımızdan gələn qoxu, qiyamət günündə Allah dərgahında müşk qoxusundan daha xoş olsun. Yoxsa  tutduğumuz orucun bizə heç bir faydası olmaz.

      • Hits: 1007 clicks

      Tecox component by www.teglo.info