Salih Zəki MERİÇ / GƏLİN ALLAH DEYƏK!

    PDF faylını alÇapE-poçt

      Share

           Nə zaman başın dara düşərsə, Allah de!

           Nə zaman çıxılmaz bir yola girdinsə, Allah de!

           Nə zaman könlün daraldısa, Allah de!

           Nə zaman kədərləndinsə, Allah de!

           "Allah" hər dərdin dərmanı. Hər çətinliyin sonunda rahatlıq. Hər kədərdən sonra sevinc.

           Allah- hər hərfi ayrı bir məna, hər hecası bütün dərdlərə dəvadır.

           Allah- varlığın, yoxluğun sahibidir. İmkanın, imkansızlığın malikidir. Nöqtənin, vergülün, zərrənin, kürrənin, makronun və mikronun sahibidir. Sahibi Allah olanın başqa sahibə nə ehtiyacı var ki!

           Allah- İsmi-Əzəmdir. Uluhiyyətə məxsus sifətlərin hamısını özündə cəm edəndir. Bir an belə yoxluğunu fərz etmək qeyri-mümkün varlıq deməkdir. Allah zatının əsmasının sərlövhəsi. Allah, ən uca addır.

           Bir kəz Allah desə eşq ilə lisan

           Tökülür cümlə günah misli-xəzan

           Qəlblər Allahın adı ilə dirilir. Gözlərə nur gəlir, bir kərə məhəbbətlə dil Allah desə. Varlıq aləmi, yoxluq aləmi daima Allah deyir. Bax ətrafına! Allah deməyən bir şey varmı? Bax ətrafına, cansız bir şey varmı? Dağlar, daşlar, ağaclar, buludlar Allah deyir. Can suyu verir hər nəfəsdə Allah demək varlığa. Torpağın altında cücərən toxumlar, budaqlara gedən su, qayaları çatladan köklər daima Allah deyir.

           Allah deyir səslər, nəfəs sayısı qədər yol var. Hər yol Allaha gebib çıxır. Hər baxış, hər duruş...

      **

           İnsan unudan, üsyan edən varlıqdır. Hər şey Allah dediyi halda,  insan Allahı necə unudur!

           "Allaha sahibsənsə, nədən məhrumsan, Allahdan məhrumsansa, nəyə sahibsən!"

           Ey insan!

           Sən yaradılmışlaırn ən gözəli, əşrəfi-məxluqusan. Rəbbini tanımaq və Ona qul olmaq şərəfinə layiq varlıq sənsən. Həzrət Adəmdən bəri varlıq aləmində hər şey sənin üçün yaradıldı. Sən Rəbbinin sevdiyi nemətlər bəxş etdiyi Həzrət insansan.

           Ey insan!

           Kainatda düşünən, təfəkkür edən, zikr edən tək varlıq sənsən.

           Sənə, məna verən imandır.

           İmanına ləzzət qatan ehsandır.

           Allah səni addım-addım yanına çağırır.

           Allah sonsuz aləmdə bir dünya, bu dünyada insan deyilən ayrı bir kəlam yaratdı. Onda o sənsən.

           Allah qüdrəti sonsuz, hikməti sonsuz, mərhəməti sonsuz, neməti sonsuzdur.

           Ey insan!

           Həmdinlə, şükrünlə Onun adını dərk etməli, Onun adına yaşamalı və Onun məhəbbəti üçün yanmalısan.

           "Məni xatırlayın ki, Mən də sizi yada salım!" (Bəqərə, 152) buyurur Allah. Başqa bir ayədə: "Ey iman gətirənlər! Allahı çox zikr edin!" (Əhzab, 41) buyurur.

           Ey insan!

           Allah sənə Özünü zikr etməyə görə qəlb verdi ki, Onun sevgisindən başqa sevgilərin ora girməyəcək, Onun adından başqalarının adını xatırlamayacaq. Allah sənə özünün bir nəzərgahı ola biləcək bir qəlb verdi. Qəlb insanın haldan-hala özü necədirsə, insanı da elə edən tək yerdir. Qəlb mərəzlərin olduğu, nifrətin, kinin, həsədin yuva saldığı həssas bir nöqtədir.

      **

           Allah insanların istiqamət üzrə olmaları üçün aralarından seçib göndərdiyi elçilər vəfizələndirmişdir. Peyğəmbərlər bəşəriyyətin mənəvi öndərləridir. Peyğəmbərlərin vəzifəsi insanları Allahın birliyinə və özlərinin də Onun nəbisi peyğəmbəri olduğuna dəvət etməkdir. Bu dəvət Həzrət Adəmdən Peyğəmbərimiz Həzrət Muhammədə (s.ə.s) qədər davam etmiş, sonra da Onun buraxdığı Quran və Sünnə vasitəsilə davam edəcəkdir.

           İslam, İman və Ehsan məfhumları möminlik dərəcəsini meydana gətirən üç əsas xüsusdur. İnsanın Rəbbi dərgahında mötəbər olması, İslam dairəsini içərisinə girməsi ilə başlayır. Bu, kəlmeyi-tövhiddə ifadə edilən "La ilahə illəllah, Muhammədun Rasulullah" ilə olur. İmam dəryasına girmək üçün təslimiyyətin ifadəsi olan bu cümlə şərt qoşulur. Allahdan başqa ilah olmadığına Həzrət Muhamməd Peyğəmbərimizin Onun Rəsulu olduğuna iman gətirir və bundan sonra Rəbbinin hər cür əmrinə təslim olur insan. İnsan ağlı və məntiqi ilə açıqlaya bildiyi xüsusları qəbul etməkdə bir problem yaşamır. Ancaq iman məsələləri olan mövzulara gəlincə, əgər onları da ağıl ilə izah etməyə çalışırsa, o zaman dərk etdiyi şeyləri qəbul edir, edə bilmədiyi şeyləri isə rədd edir. Onda iman burada lazım olur insana.

           Bir kəz Allah desə eşqi ilə lisan

           Tökülür cümlə gühan misli-xəzan.

           Ey insan!

           Qəlbinlə Allah de! Könlünlə Allah de! Dilinlə Allah de! Fikrinlə Allah de! Əməlinlə Allah de!

           Gəl yan, Rəbbinin atəşi-eşqi üçün. Yandıqca yan və qansın qəlbinin susuz çölləri. Gəlin bir yerdə kaş ki demədən Allah deyək...

      • Hits: 840 clicks

      Tecox component by www.teglo.info