155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Saleh ŞİRİNOV/ NAMAZIN ƏHƏMİYYƏTİ

    PDF faylını alÇapE-poçt

      Share

           Allahın insana bəxş etdiyi bir çox nemətlər vardır ki, Rəbbimiz bütün bu nemətlərin şükrünü, bizdən istəməkdədir. Hər nemətin şükrü öz cinsindən olur. Məsələn; malın şükrü zəkat və sədəqə verməklə, elmin şükrü insanlara öyrətməklə, marifləndirməklə və s. Bədənimizin şükrü isə namaz və orucla yerinə gətirilir.

           İmandan sonra İslamın ən əhəmiyyətli əsaslarından biridir namaz. Namaz Allaha təşəkkür etməyin ən gözəl ifadəsidir. Namaz beş vaxt olaraq insanlar üzərinə fərz qılınmışdır. Namaz ibadəti digər ibadətlərdən, məsələn; ildə bir ay tutulan orucdan, ildə bir dəfə verilən zəkatdan və ömürdə bir dəfə də olsa yerinə yetirilən həcdən fərqli olaraq hər gün, gündəlik beş dəfə yerinə yetirilən ibadətdir. Çünki namaz fərqlidir, namaz insanın hər şeyidir, namaz insan üçün hər şeydir. “Namaz dinin dirəyidir, möminin meracıdır, gözümün nurudur” -deyə Peyğəmbərimiz tərif edir. Peyğəmbərimizdən sonra bizə ən gözəl örnək olan sələflərimiz, əshabi-kiram və onların izindən gedən alimlər, Haqq dostları əsla namazlarında ehmalkarlıq etməzdilər. Çünki namaz Allahın yaratdığı bir insanın, inanan bir müsəlmanın tərk edə bilməyəcəyi bir ibadətdir. Xəstə olanlara belə namaz qılma şəkli öyrədilərək dinimiz namazın tərk edilməsinə icazə verməməkdədir.

           Nə üçün namaz? Namaz niyə bu qədər əhəmiyyətlidir -deyə düşünülərsə, namaz qılmayanlara, namaz qılmaqda ehmalkarlıq göstərənlərə namazın əhəmiyyətini və dəyərini təmsili bir misalla belə anlada bilərik: “Ana bətnində olan bir uşağın gözü, qulağı, əli və ayağı var. Bütün əzaları tam şəkildə ona verilmişdir. Halbuki bunların heç birinə onun orada ehtiyacı yoxdur. Uşaq qidasını göbəyindən anasına bağlı bir xortumla alır. İndi bu uşaq: -Ya Rəbb! Bu xortum mənə yetər, verdiyin bu ağız, qulaq, göz, əl və ayaqlara ehtiyacım yoxdur, bunlar heç bir işə yaramır -deyərsə, hər halda Allahın cavabı belə olacaqdır: “–Tələsmə, qulum. Sənin bilmədiyin və düşünmədiyin şeylər var. Sən qısa bir müddətdən sonra elə bir aləmə gedəcəksən ki, burada `hər şeyim` dediyin xortum, orada heç bir işə yaramayacaq və hətta kəsilib atılacaq. Gərəksiz zənn etdiyin göz, ağız, əl və ayaq kimi şeylər də ən gərəkli bir ehtiyac halına gələcək.” O uşaq buna inanmasa da bir müddət sonra dünyaya gəldiyində həqiqətən də bunun belə olduğunu, xortumun deyil, gərəksiz gördüyü digər əzaların işə yaradığıni görsə, onlarsız yaşamağın nə qədər çətin olduğunu anlasa, utanmazmı? İnanmadığı üçün peşmanlıq çəkməzmi? Bu an biz də o uşaq kimi sanki bir ananın qarnındayıq, yəni dünyadayıq. 9 ay, 9 il və ya 90 il sonra başqa bir dünyaya, başqa bir aləmə doğulacağıq. Bu dünyamızı dəyişib doğulacağımız o biri dünyanın adı da axirətdir. Biz bu an dünya anamıza maddi xortumlarla, mədəmizlə bağlı vəziyyətdəyik. Əgər biz də; -5 günlük dünyadı, yaşayırıq. Ya Rəbb! Bu namaza, oruca, həcc və zəkata, dinə, imana, İslama nə gərək var- deyəriksə, əlbəttə, Rəbbimizdən belə bir cavab alarıq: “–Ey qullarım! Qısa bir müddətdən sonra bu dünyadan ayrılacaqsınız. Elə bir aləmə aparılacaqsınız ki, orada `hər şeyim` dediyiniz bu maddi xortumlarınız heç biri işə yaramayacaq. Gərəksiz zənn etdiyiniz, əhəmiyyət vermədiyiniz namaz, oruc kimi ibadətlər ən gərəkli şeylər halına gələcək. Orada insanların surətinə və yaraşığına, puluna, sərvətinə və maşınına görə deyil; qəlbinə, əməlinə və ibadətlərinə, namazına görə dəyər veriləcəkdir. Yəni namaz, oruc, zəkat, xeyir işlər axirətdə sizin üçün hər şey olacaqdır. Bunlar orada əl olacaq, ayaq olacaq, göz olacaq, ev olacaq, qurtuluş olacaq, sonu olmayan, əbədi zənginlik olacaq, səadət olacaq və qısa olaraq cənnət olacaq.” Əgər biz də, imkan və şəratimizlə, texnikanın inkişaf etdiyi bu əsrdə olduğumuzla, Rəbbimizin hikmət diliylə buyurduğu bu həqiqətləri qəbul etməz, tənbəl, ibadətsiz və ya inkarçı olaraq axitərə gedər və həqiqətləri görəriksə, ibadətlərin hər şey olduğunu anlayarıqsa, ana qarnında ağızı və gözü gərəksiz görən o uşaq sayağı utanıb peşimanlıq çəkmərikmi?

           Ona görə peşman olacağımız o gün gəlmədən davarnış və əməllərimizi düzəldək. Namazlarımıza və əhəmiyyət göstərək. Namaz insana daim Allahı xatırladaraq qəlblərə məsuliyyət duyğusunun yerləşməsinə səbəb olan bir ibadətdir. Hər cür pislik və haramlardan insanı qoruyar. Çünki namaz Allahı xatırladan bir ibadətdir. Allahı xatırlayan bir insan da yanlışlığa və pisliklərə meyl etməz, heç kimin malına, canına, namusuna göz dikməz. Bu xüsusda Allah-Təala Qurani-Kərimində belə buyurmaqdadır: “..Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər…” (Ənəkəbut 45).

           Namaz təmizlik və vücud sağlamlığı baxımından da insana çox faydası olan böyük bir ibadətdir. Çünki namaz qılan bir insanın gündə bir neçə dəfə dəstəmaz alması həm maddi, həm mənəvi yöndən, sağlamlıq və tibbi yöndən böyük faydalar bəxş etməkdədir. Namaz insanın həyatını düzənli hala gətirər, namaz möminləri təhlükələrdən qoruyar. Və namaz qılanın bütün etdikləri ibadət yerinə keçər.

           Rəbbimizin nemətlərinə qarşı bir şükür, təşəkkür ifadəsi olan bu ibadəti yerinə gətirməliyik, yerinə yetirmək məcburiyyətindəyik. Çünki namaz bizim qulluq borcumuz, yaradılış məqsədimiz və Allahın hüzurunda hesaba çəkiləcəyimiz ilk ibadətdir. Bu qulluq borcumuzu yerinə yetirərək Allahın rizasını qazana bilərik. 

      • Hits: 1138 clicks

      Tecox component by www.teglo.info