Adəm ŞAHİN / KÖŞKÜNÜ SATAN MÜDRÜK

    PDF faylını alÇapE-poçt

      Share

            Oxumağa heç nə tapmayıb “Ferrarisini Satan Bilge” adlı kitabı oxudum. Sözügedən kitab 2006-cı ildə Türkiyədə ən çox satılan kitabların başında gəlir. Kitabın ana mövzusu dünyanı tərk etmək və ona könül verməməklə bağlıdır. Ferrarisini satan müdrik-bilgə əlli yaşlarında çox varlı və məşhur bir vəkildir. Yaşadığı infarkt xəstəliyindən sonra var-dövlətini, ferrarisini sataraq bütün pulunu banka qoyur. Pulunun aylıq faizi ilə dolanmağa başlayır və Hindistana gedib buddistlərdən müdrikliyin sirlərini öyrənməyə başlayır.

            Varlı vəkil Hindistanda öyrəndiyi müdrikliyin sirlərini çay vasitəsilə izah edir: dostunun stəkanına çay tökür. Stəkan dolub daşmağa başlasa da müdrik vəkil çay tökməyə davam edir. yerdəki xalçalar islanmağa başladıqda dostu: “Kifayətdir, stəkan doldu, bundan artığı sığmaz, əl saxla”,- deyir. Müdrik vəkil: “Bilirəm, amma sən də bu stəkan kimisən. Ehtiraslarınla, fikir və zövqlərinlə dolusan. İçindəki stəkanı boşaltmadan yeni heç nə ilə dola bilməzsən”,- cavabını verir.

            Kitabın məğzi budur. Əslindən və özündən uzaqlaşmış milyonlarla insanın oxuduğu və müdrikliyindən nümunə götürdüyü qəhrəman budur. Əslində kitabın adı hər şeyi açıq şəkildə ortaya qoyur: “Ferrarisini satan bilge”... Vəqf edən, hədiyyə edən deyil.

           İmanın ilk şərti olan lə iləhə illəllah cümləsindəki lə (xeyr) sözü süpürgə kimi qəlb evinə doldurulmuş ehtirasları, arzu və bütləri süpürür. Sonda illəllah deyərək qəlbə yeni bir şey yerləşdirilir. Format atılacağı zaman  kompüterdəki viruslu fayllar silinir, sonra yeniləri yüklənir. Yeni evə köçərkən əvvəlcə təmizlik, sonra yerləşmə başlayır. Lə iləhə illəllahdakı boşaltma və doldurmadan (təsfiyə və təhliyə) xəbəri olmayan kökündən və mədəni irsindən uzaq insanlar Robin S. Sharmanın kitabını ağzının suyunu axıdaraq oxuyurlar.

           Sür çıxar əğyarı dildən, ta təcəlli edə Haqq,

           Padişah girməz saraya xanə məmur olmadan.

           Könül sarayından Allahdan başqa nə varsa hamısını çıxart. Çünki sarayda abadlıq olmadan padşah təşrif buyurmaz”.

           Robin S. Sharma xoşbəxt və firavan yaşamaq üçün tövsiyələrində belə deyir: “Hər gün riayət ediləcək çox qiymətli dörd xüsus var: Səhər erkən qalx, meditasiya ilə məşğul ol, ibadət et və ən az 30 dəqiqə sənə hüzur və ilham verən bir kitab oxu!”.

           Müəllif erkən qalx deyir, amma erkən qalxdıqdan sonra nə ediləcəyini, ibadətin nə olduğunu və oxunacaq hüzur verən kitabın adını verə bilmir. Ey təhəccüddən, sübh namazından, rabitədən, saleh əməldən və Qurandan bixəbər insanlar, bu dörd tövsiyə xoşunuza gəldi, sizdə maraq oyatdı və qələmlə altından xətt çəkdiniz, eləmi?

           “Subbuhun quddusun rabbunə və rabbul-mələikəti vər-ruh” deyənə bütün sürüsünü verən İbrahim peyğəmbərdən xəbərin olmasın, amma ferrarisini satıb pulu ilə dolanan bir adama müdrik deyərək sözlərini və nəsihətlərini oxu!

           30.08.2013 tarixli “Bugün” qəzetində Əlif Qorxmazel adlı yazar “ürəyimizi qoruyaq, lazım olar” başlıqlı bir məqalə yazmışdı. Qəzet oxumaq insanlardakı dinə-imana yadlaşmanı, yəni köksüzlüyü göstərmək baxımından çox mühümdür. Yazısında eynilə belə deyir: “Çinli həkimlərin araşdırmalarına görə ürəyin sağlam olması üçün ən yaxşı metod gün ərzində qısamüddətli yatmaqdır. Araşdırmalar göstərir ki, gündə yarım saat yatan insnaın infarkt keçirmə nisbəti yatmayanlara görə yüzdə otuz faiz daha azdır... Siesta müdriklik nişanəsidir”. (http://www.bugun.com.tr/kalbimizi-koruyalim-lazim-olur-yazisi-775757)

          Müsəlman torpaqlarda doğulmuş və adını Quran əlifbasının ilk hərfindən alan yazarımıza yaraşan ifadə günorta yuxusu mənasına gələn italyanca siesta sözündən çox Hz. Peyğəmbərin əməli olan qaylulə kəlməsi idi. 1500 il əvvəl bu müdrikliyi həyata keçirən Hz. Peyğəmbərə ehtiram və tərif sözləri ilə yazısını şərəfləndirməli idi. Qaylulədən xəbərsiz olarkən siestanı bilmək 24 saatlıq qəflət yuxusunda olmağın əlamətidir. Siesta (qaylulə) haqqında müsəlman həkimlər tərəfindən qələmə alınan minlərlə məqalə olduğu halda qaynaq da göstərmədən çinli həkimlərin araşdırma nəticələrindən söz açmaq da başqa bir aşağılıq kompleksinin nişanəsidir.

          Ey İbrahim bin Ədhəm, sənə minlərlə salam və hörmət olsun. “Ferrarisini satan bilgə gündəmdə olduğu halda sənin taxt-tacı, səltənəti tərk etməyin, “sataram bu dünyanı” deməyindən söz açılmır artıq. Nə də olsa əcnəbidir, əcnəbilərdən gələn hər şey bizimkilərdən daha üstün, daha yaxşıdır. Onların yeyib-içmək, danışıq mədəniyyətləri də bizimkindən daha yaxşıdır, sorğusuz-sualsız qəbul etmək lazımdır. Dünyanı üç talaqla boşayan alimlərimiz, övliyalarımız və könül sultanlarımız var. Onlara bağlanmaq, onlardan qidalanmaq və onları örnək almaq lazımdır.

          Qan tökülməsin, fitnə böyüməsin deyə xilafətdən vaz keçən, əhli-beytdən Hz. Həsən əfəndimiz var bizim. Atasından qalan boğaz mənzərəli köşkü əlindən çıxaran müdrikimiz var bizim. Ferrarisini satan müdrik pulunu banka qoydu. Köşkünü satan müdrimiz isə pulunu kasıblara, tələbələrə xərclədi. Axtaran Mövlasını da tapar, bəlasını da,- demişlər. Axtaran ferrarisini satan saxtakar müdriki də tapar, köşkünü Allah üçün satan müdrikləri də…   Biri canlı, digəri cansız… Hər ikisi eyni şəhərdədir. Anadolu dolu-doludur. Nə axtarsan taparsan.

      • Hits: 1243 clicks

      Tecox component by www.teglo.info