155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Nureddin RÜSTƏMOV / BURA VƏTƏNDİR

    PDF faylını alÇapE-poçt

      Share

           “Vətəni sevmək imandandır” şüarı ilə yazıya başlamaq istəyirəm.  Həyatda az-az  insan tapılar ki, vətəni sevməsin. Ümumilikdə vətən çoxları üçün sevilən bir məkandır. Bir xalqı, bir milləti vətənsiz, yurdsuz yuvasız, təsəvvür etmək qeyri-mümkündür.  Belə bir vəziyyəti dil ilə ifadə etmək çox çətindir. Ona görə ki, belə bir vəziyyəti təsəvvür etmək üçün gərək yurdsuz, yuvasız yaşayasan və ondan sonra azadlığın ölçülməz qiymətini analyıb başa düşürsən

      .      Bəzi ölkələr bu gün öz vətəni ola-ola öz doğma vətənidə əsarət altında yaşayırlar.  Neçə illərdi ki, azadlıq uğrunda mübarizə aparırlar, çox sayda şəhid verirlər və kütləvi insan tələfatına məruz qalırlar. Bir vaxtlar Azərbaycanın da taleyində belə bir faciə hökm sürürdü. O zaman çoxlarının ağlına gəlməzdi ki, Azərbaycan nə vaxtsa azad və müstəqil, demokratik bir respublika olar. Bu hadisələrin üstündən az bir zaman keçdi, hər şey dəyişdi, Azərbaycan azad və müstəqil respublika oldu, ölkənin çiçəklənmə dövrü başladı. Beləliklə üçrəngli Azərbaycan bayrağı yüksəkliklərdə dalğalanmağa başladı. Həmin dalğalanan bu bayraq özündə üç rəngi birləşdirirdi. Bu üç rəngin hər birinin öz mənası və tarixi əhəmiyyəti var idi ki, bu rənglər müasirliyi, türkçülüyü, İslamın simvolunu özündə əks etdirirdi. Beləliklə üçrəngli  bayraq milli kimliyimizi dünyaya tanıtdırdı. O gündən sonra  dünyanın bir çox yerində yüksələn  Azərbaycan bayrağı hər bir azərbaycanlı üçün sevinc  və qürur hissi oldu. Məlum məsələdir ki, bu bayrağın yüksəklərdə dalğalanması və dünyada tanıdılması heç də rahatlıqla başa gəlməmişdir.  Onun yüksəklərdə dalğalanması və dünyada tanıdılması üçün xalqımızın vətənpərvər oğullarının qəhrəmanlığı, vətən uğrunda ölən şəhidlərin canları, və digər bu kimi hadisələrin sayəsində olmuşdur. Həmin dövrdə Azərbaycan bayrağının göylərdə yüksəlməsi o demək idi ki, BURA VƏTƏNDİR...

           Vətən haqqında çox danışmaq, çox yazmaq olar. Amma vətənə olan sevgi nə danışmaqla nə də ki, yazmaqla olur. Əsas odur ki, insanın könlündə vətənə qarşı sevgi olsun. Onun atributlarına gərək hər kəs sevgi ilə yanaşsın vətini,bayrağını sevsin və onu həmişə hər yerdə uca tutsun.

      Hər bir ölkə vətəndaşı üçün bayrağın əhəmiyyəti çox böyükdür. Lakin müsəlman olduğumuz üçün vətən, bayraq bizim üçün daha müqəddəsdir. Bu baxımdan müsəlman sülh və əmin-amanlıq naminə bayrağını daim yüksəkliklərə qaldırmalıdır. Öz bayrağını həmişə hər yerdə şüar etməlidir. Azərbaycan Bayrağı üzərində görünməyən, daxilinə acı həqiqətlərlə tarix yazılmış bir bayraqdır. Azərbaycan bayrağı işğal altında olan tərəfə həsrətlə dalğalanan bir bayraqdır. Azərbaycan Bayrağı böyük bir vətənin, böyük bir elin üzərinə şəfəq saçan gözəllik rəmzidi. Azərbaycan bayrağı minlərlə bir şəhid anasının gələcəyə ümidlə baxdığı parlaq çıraqdır. Min bir şəhid atasının qabarlı əllərində düşmənə qarşı silahdır. Bugünün sabahı, bötöv Azərbaycandır!

           Bəli, vətən, bayraq  insana əziz və doğma olmalıdır. Bu gün hər bir azərbaycanlı öz vətəninə, bayrağına sadiq qalıb onu sevməlidir.  Valdeynlər və ölkənin maarifpərvər insanları gələcək nəslə bunu aşılamalıdır. Baxmayaraq ki, bu gün Azərbayacan müstəqil bir ölkədir, əgər gənc nəsil nə vaxtsa vətən və bayraq sevgisindən uzaq düşərsə yenidən tarixin acınacaqlı hadisələrinə qayıtmalı olarıq. Elmdə, təhsildə bütün sahələrdə vətənə sahib çıxıb onun qorumalıyıq. Var gücümüzlə çalışıb, əlimizdə olan nemətin qədrini bilməliyik ki, Uca Allah bundan sonra bizi müstəqillik həsrəti ilə imtahan etməsin. Bayraq ətrafında birləşməyi bacarmalıyıq. Necə ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Müsəlmanlar bir-birini sevməkdə, qorumaqda və bir-birinə dayaq olmaqda bir bədən kimidir. Əgər bu bədən üzvlərindən biri ağrıyarsa digərləri də o ağrını hiss edər”. (Buxari Birr 17)

      Haşiyə çıxaraq xaricdən gələn soydaşımızın vətən haqqında söylədiyi fikri bölüşmək istərdim:

           “Hansısa bir qərib ölkəyə gedirsən müəyyən bir müddətdən sonra qəlbini vətən həsrəti sıxır,  yaşadığın ölkə sənə darıxdırıcı gəlir. İstəyirsən ki, bir həmvətən tapıb söhbət edəsən hərdən kitabxanalara gedib Azərbaycan yazıçılarının yazdıqlarını oxuyub vətən ətrini onlardan alasan. Bəzən evdəkilər zəng vuranda gizli-gizli sevdiklərin üçün darıxdığından göz yaşı axıdırsan. Qərib bir ölkədə kimsə səni anlamır dərdini başa düşmür. Şəhərə gəzməyə çıxanda öz vətənində tanımadığın, bilmədiyin, anidən rastlaşdığın bir həmyerlin səni qucaqlayıb qardaş deyəndə tərifəsığmaz hisslər yaşayırsan.

      Vətən başqa şeydir, hərdən onun içərsində olanda heç bu haqda düşünmürsən. Sonradan qərib ölkədə olanda anlayırsan ki, vətən sənə çox doğmadı və ruhunla bağlı nəyin varsa, vətən torpağına bağlıdı.

           Bunu tam səmimi deyirəm, yaşadığım  ölkədə  yerləşən Azərbaycan səfirliyinin önündə yüksələn üçrəngli bayraq diqqətimi çəkdi. Üçrəngli, ay-ulduzlu bayraq mənə vətəni xatırlatdı. Üstündən illər keçdikdən sonra vətənə qayıtdım. Bakının hava limanında ucalan bayaq məni bərk həyəcanlandırdı. Özümdən asılı olmayaraq yanımda əyləşən əcnəbi vətəndaşa tərəf əyilib bax, BURA VƏTƏNDİR dedim”.

                   

                 

       

      • Hits: 1334 clicks

      Tecox component by www.teglo.info