Nurəddin RÜSTƏMOV/ ELMİN FƏSADLARI.

    PDF faylını alÇapE-poçt

      Share

           Günümüzdə elm sürətlə inkişaf edir. Bu çox sevindirici haldır ki, elmin sürətlə inkişaf etməsi insan həyatına rahatlıq gətirmişdir. Bu gün insanlar bir vaxtlar arzu etdikləri həyatı indi rahatlıqla yaşaya bilirlər. Günümüzdə elmi-texniki naliyyətlərdən yararlanmayan insan yoxdur. Sözsüz ki, elm hər bir dövrdə insanı istənilən arzuya çatdırmağı qarşısına məqsəd qoymuşdur. Bu gün elm adamlarının da məqsədi günü-gündən elm sahəsində yeni nailiyyətlər qazanmaqdır. Şübhəsiz ki, ildən-ilə qazanılan bu nailiyyətlərin şahidi oluruq.

            Elm sonsuz  bir şüadır, ona yaxınlaşmağa insan  ömrü çatmır. Yalnız ondan bir-iki faiz bilənə alim deyirlər. Alimlərin özü də etiraf edirlər ki, elm. Hər hansı bir elmi nailiyyət və elmi araşdırmanın özü də sübüt edir ki, dünyada elə şeylər var ki, sadəcə onun haqqında insan beynində cavabsız  sual yaranır və alimlər illərlə bunun üzərində nə qədər düşünsələr də, bu suallara cavab tapa bilmirlər. Yerin, göyün və kainatın yaranması haqqında sadəcə fikir yürüdürlər. Bu fikirlər bəzən üst-üstə düşməyə də bilr, çünki öz beyinlərində bu haqda təxəyyül formalaşdırırlar. Dağların yaranması, yağışın yağması, gecə və gündüzün vaxtı-vaxtında dövr etməsi, günəşin, ayın sirləri və s. məslələr  hələ də elm adamlarına müəmmalıdır, bunu özləri də etiraf edirlər.

           Məlum məsələdir ki, günümüzdə tibbi sahədə bir çox uğurlar qazanılıb. Sağalmaz xəstəliklərə çarələr tapılıb. Lakin bir məsələ də hələ gündəmdədir ki, Qərb alimləri ölümsüzlüklə mübarizə aparırlar. Onlar düşünürlər ki, elm sahəsində bu qədər nailiyyətlər qazanılıbsa, ölümsüzlüyə də çarə olmalıdır və insan həyatda əbədi yaşamalıdır. Elm adamları hər nə qədər də canlı robotlar düzəltsələr, canlı klonlasalar da bu sahədə çəkdikləri zəhmət onların ürəyincə olmamışdır. Çünki normal insanın yaradılışı tamamilə fərqlidir və insan dünyaya bir dəfə gəlir. Bu məsələni problem edən Avropa alimləri belə bir nailiyyəti əldə edə bilmədiklərinin səbəbini elmi zəiflikdə görmüşlər. Onlar hələ də güman edirlər ki, nə vaxtsa öz arzularına çatacaqlar. Digər bir məsələ texnologiya alimlərinin dünya haqqında təsəvvürləridir. Onların fikirlərinə görə texnologiya elə bir səviyyəyə gəlməlidir ki, insan lüks şəraitdə yaşamalıdır və həyat texnologiya sahəsində gözəlləşməlidir. İnsan isə ömrünü daim istirahətdə keçirməlidir. Bütün problemlər texnologiya ilə həll olmalıdır.  Hətta buna əbədi xoşbəxtlik deyən alimlərə də rast gəlmək mümkündür.

           Bir sıra müasir filosoflar öz fikirlərində belə qənaətə gəlirlər ki, insan həyatını sərbəst və azad yaşamalıdır və onun həyatına heç bir şey maneəçilik törətməməlidir. Dindən uzaqlaşmalıdır və dini mifologiya kimi qəbul etməlidir. Reallıq haqqında düşünməlidir və bu məsələlərdə özünü yormamalıdır. Kübar bir həyat yaşamalıdır, ümidsizliyə düşməməlidir. Ata-ana, övlad dərdi çəkməməlidir, təkcə özünü düşünməlidir. Bir sözlə, hər bir insan özü üçün həyat yaşamalıdır.

      Qeyd etdiyimiz kimi, bu gün elm sahəsində müəyyən problemlər öz əksini doğurur. Dünyanın hər tərəfində bu baxımdan problemlər yaşanır. Günü-gündən intihar, cinayət hadisələri çoxalır və insanlar yaşamaq uğrunda mübarizə aparırlar. Hər bir insan həyatda xoşbəxt yaşamağa can atır və var gücü ilə özünü başqalarına oxşatmağa çalışır. O qədər dünya ləzzətinə heyran qalır ki, sonunda özündən xəbərsiz insanlığını itirir. Psixoloqların əksəriyyəri bunu təsdiqləyirlər ki, bu gün dünya ləzzətinə həris olanlar və özlərinə görə kübar yaşayanlar. sonda hər şeyi buraxıb əxlaqdan kənar şeylərdən həzz alırlar.

           Lakin bir fakt var ki, heç bir şey səbəbsiz deyil. Dünyanın özü də səbəbsiz yaranmamışdır. Bu dünyanı yaradan yeganə bir varlıq var ki, onun adı da Allahdır. Elm adlandırdığımız qüvvənin özü də onun 99 isimlərindən biridir. Bu da o deməkdir ki, yaradılış etibarı ilə heç bir kəsin onun elminə gücü çatmaz. Hər şey Onun əlindədir. Yalnız Allahın insana öz elmindən verdiyi dəyər ağıldır. İnsan hər şeyi öz ağılı ilə ölçüb biçməlidir. İstər alim ol, istərsə də kim olursan ol sadəcə onu dərk etməlisən ki, səni yaradan Allahdır və Ondan kənar səni həyatda heç bir varlıq xoşbəxt edə bilməz.

      Bütün elmi nailiyyətlərin sonunda Allah dayanır. Hər nə qədər ölümsüzlüyü araşdırsan da, həyatı texnologiyaya bağlasan da, insanı azad, sərbəst etsən də, nəticədə onun həyatı ölümdür. Kasıbına, zəngininə, aliminə baxmadan öldürən və dirildən Allahdır. Sadəcə bir müsəlmana Hz. Peyğəmbərin (s.ə.s) həyatından  istədiyi ölçüdə ibrət almaq ona bəs edir ki, bu dünyanın faniliyini dərk etsin.

           Hz. Peyğəmbərimiz (s.ə.s) ümmətinə elmli olmağı tövsiyə edir ki, insan öz düşüncələrində Allahın necə də mükəmməl bir varlıq olduğunu dərk etsin. Biz İslam aləmində yetişən bu cür alimlərin əksəriyyətindən misallar gətirə bilərik:

           İslam coğrafiyasında yetişən İbni Sinalar, Fərabilər, Qəzzalilər, Əbu Hənifələr, Şafeilər kimi alimlər elmi Allah üçün öyrənib cəmiyyətdə elmə əxlaqi bir yol açmışlar. Yoxsa Qərb alimləri kimi insanların həyatını, ailəsini və bütövlükdə cəmiyyəti zəhərləməsinə zəmin yaratmamışlar. Əgər elm adamı özünə alim deyirsə, öz yaradılışına baxıb Allahı xatırlasın və bir gün bu cəsədin ölüb yenidən dirləcəyini düşünsün. Hər bir insan elmdən yararlanmalıdır, lakin bir şərtlə; elmin fəsadlarından uzaq olmaq şərti ilə.

      • Hits: 880 clicks

      Tecox component by www.teglo.info