Saleh ŞİRİNOV / QURANIN HƏYAT TƏRZİMİZDƏKİ YERİ VƏ ƏHƏMİYYƏTİ

    PDF faylını alÇapE-poçt

      Share

            İnsanları yoxdan var edən Uca Rəbbimiz həyatlarına yön verməsi üçün onlara Quran göndərmiş və onların Quranı haqqıyla anlamalarını istəmişdir.

            Quranı anlamaq, bütün maneələrin qarşı gəlməsinə rəğmən, zalımlar qarşısında haqqı və həqiqəti axtarmaq deməkdir.

            Quranı anlamaq, qula qulluğu rədd etmək, həyat nizamı olaraq Uca Allahın qanunlarını mənimsəməkdir.

      Qurani-Kərim insan həyatını ən gözəl şəkildə nizama salan, cəmiyyətin istər sosial yaşantısını, istərsə də ekonomik yaşantısını düzgün şəkildə proqramlaşdıran yeganə bir kitabdır.

            Qurani-Kərim həqiqi mənasıyla anlaşıldığı təqdirdə, bir millətin hüzur və rifahını təmin edən, bəşəriyyəti içinə düşdüyü pis vəziyyətdən qurtarıb, səadətə çatdıran tək qurtuluş ünvanı Uca Allahın Hz. Peyğəmbər (s.ə.s) vasitəsilə bütün insanlığa rəhbər olaraq göndərdiyi bir kitabdır.

            Hədisi-şəriflərdə bildirildiyi üzrə hər hərfinə ən azı on savab verilən və bir çox məna təbəqələrini əhatə edən Qurani-Kərimin məna dərinliyini tanımaqdan, qurtuluş yolu olan gözəlliklərini anlamaqdan, müsəlman olaraq, təəssüf ki, çox uzaqda qalmışıq.

      Rəsulullah (s.ə.s) bir hədisi-şərifində: “Quranı oxuması baxımından insanların ən gözəli, oxuduğu zaman Allahdan (sayğı ilə çəkinib) qorxduğunu gördüyüm kimsədir” ,– deyə buyurmaqdadır.

      “Quranı oxumaq” demək, onu sadəcə tilavət etmək (yəni üzündən oxumaq) demək deyil, eyni zamanda onu anlamaq, ona inanmaq və ona görə yaşamaq deməkdir. Buna görə iradə və nəfsə hakim olmaq lazımdır.

            Hz. Ömər (r.a) sadəcə “Bəqərə” surəsini 8 ay kimi bir zaman içərisində əzbərləmişdir. Lakin onun bu qədər zaman içərisində əzbərləməsindəki əsas hikmət; o, hər bir ayəni əzbərlədikdən sonra həyatında tətbiq edir və o ayənin nurunu qəlbinə sindirərərk, digər ayələrə keçirdi..

            Quranı oxumaq, Quranı əzbərləmək, Quranı anlamaq budur!..

             Əgər bir kimsə Qurani-Kərimin faydasını görmək istəyirsə və əgər bir millət Allahın yardımını görmək istəyirsə, Quranı bu şəkildə oxuması və anlaması şərtdir.

            Mövzunu bir az da aydınlaşdırmaq üçün, belə bir misal verək: Fərz edək ki, bizə bir məktub gəlib və bu məktub bizim anlamadığımız bir dildə yazılıb. Belə bir halda nə edərik? Əlbəttə ki, ora-bura müraciət edib, bu dildən anlayan birini axtarmağa çalışarıq. Bu məktubun içərisində yazılanların mənalarını öyrənincəyə qədər narahat olar, içimizdə bir həyəcan qalar. Amma gələn bu məktub adi bir iş-güc məktubudur. Üç-beş qəpik maddi dəyəri olan belə məktub üçün bu qədər həyəcanlandığımıza görə, demək ki, aləmlərin yaradıcısı olan Haqq-Təala tərəfindən bizə bir məktub gəlsə və bu məktubda bizim üçün xeyli dini və dünyəvi faydalar olarsa, o zaman nə edərik? Bu məktubu bir tərəfəmi atarıq? Məktubun içərisində nələrin olduğu haqda maraqlanmarıqmı? Məktubun mənasını heç kimdən soruşmarıqmı?

            O halda diqqətli olun! Allah Əzimuşşandan bizlərə Onun mesajı istiqamətində yaşadığımız təqdirdə xoşbəxt olacağımızı bildirən bir məktub gəlmişdir. Onun göstərdiyi həyat tərzini mənimsədiyimizdə mələklərdən daha üstün olacağımızı bildirən bir məktub gəlmişdir. Onun (Allahın) əmrləri istiqamətində həyatını sona çatdıran şəxsə, ən böyük neməti olan cənnəti müjdələyən bir məktub gəlmişdir.

            Elə bir qövm yoxdur ki, əlində Allahın kəlamı olduğu və bu kəlam Allahın və Rəsulunun əmr etdiyi kimi anladığı halda, bu qövm dünyada aşağılanaraq alçaqlığa uğrayacaq və başqa qövmlərin (millətlərin) əsiri olacaq, cırıq-sökük çarıqlar geyinmək məcburiyyətində qalacaq, boynuna başqalarının köləsidir deyə halqa taxılacaq, bu şəxs də bir zavallı kimi yadların əlində əsir kimi oynayacaq. Belə bir şey ola biməz! Ancaq nə vaxt olar, bilirsinizmi? Bir millət əlində olan Allah kəlamının qiymətini, haqq və hüququnu bilməz və bu kəlama qarşı vəzifəsini yerinə gətirməz, Allah kəlamı olan Quranı bir tərəfə atarsa, bax o vaxt olar.      

            Quran səadət və hüzur qaynağıdır. Əgər bir kimsə qurtuluş istəyirsə, əgər bir millət ədalət istəyirsə, əgər bəşəriyyət barış, sülh dolu bir dünya istəyirsə, Quranı anlayaraq yaşaması şərtdir. Çünki Quranın insanlardan istədiyi tək şey, onların həm dünya, həm də axirətdə xoşbəxtliyə nail olmalarıdır.

            “Yunus” surəsinin 42-ci ayəsində Allah-Təala buyurur: “Onların içərisində (Quran oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də vardır. (Fəqət hələ anlamırlarsa, Onu) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?!”

      • Hits: 873 clicks

      Tecox component by www.teglo.info